Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“THE Avrasiya Universitetlərinin Sammiti” keçirilir

Sentyabrın 24-də Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə “THE Avrasiya Universitetlərinin Sammiti”nin açılış mərasimi keçirilib.
 

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında sammitin Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. Nazir ali təhsilin əsas missiyasının insan kapitalının inkişafı və cəmiyyət üçün əlavə dəyərin yaradılması olduğunu vurğulayıb, həmçinin ali təhsilin əlçatanlığı, keyfiyyət və kəmiyyət arasında balansın qorunması, beynəlxalq tələbə mübadiləsində ədalətli yanaşma və sosial bərabərliyin təmin olunması kimi məsələlərin müzakirə olunmasının vacibliyini bildirib.
 

Emin Əmrullayev xarici universitetlər və institutlar arasında əməkdaşlığın əhəmiyyətini nəzərə çatdıraraq Avrasiya kimi önəmli regionda elmi araşdırmaların aparılmasının faydalılığı və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verə biləcəyini deyib. Çıxışının sonunda nazir sammitin əməkdaşlıq və yeni ideyalar üçün mühüm əhəmiyyətini qeyd edib.
 

 “Times Higher Education” beynəlxalq reytinq agentliyinin Qlobal məsələlər üzrə baş direktoru Fil Bati Azərbaycanın elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıq üçün unikal platforma yaratdığını bildirib. Eyni zamanda 2026-cı ildə açıqlanacaq dünya universitetləri reytinqində Azərbaycan universitetlərinin sayının əvvəlki illə müqayisədə iki dəfə artaraq 4-ə çatacağını deyib.
 

Sammitdə çıxış edən Con fon Neyman Universitetinin Müşahidə Şurasının sədri Norbert Csizmadia isə universitetlər, sənaye və hökumətlərin birgə fəaliyyətinin qlobal problemlərə cavab verən dinamik tədqiqat ekosistemləri yaratmaq baxımından əhəmiyyətini vurğulayıb. O, transmilli tədqiqatın biliklərə ədalətli çıxış və yeni həllərin tapılmasına mühüm töhfə verəcəyini qeyd edib.
 

Sammitin birinci günündə transmilli tədqiqatların qlobal təsiri, ali təhsilin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsi, Avrasiya universitetləri arasında əməkdaşlıq imkanları və beynəlxalq tələbə mobilliyi mövzularında panel müzakirələri aparılıb.
 

Qeyd edək ki, “THE Avrasiya Universitetlərinin Sammiti” 24-25 sentyabr tarixlərini əhatə edir.


24.09.2025 - 16:30