Qarabağda Azərbaycan və Türkiyə arasında təhsil sahəsində sazişlər imzalanıb
1 il əvvəl
Sentyabrın 23-də Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağ Universitetinə rəsmi səfər edib. Səfər çərçivəsində nazir universitetin tədris mühiti və yaradılmış müasir infrastrukturu ilə yaxından tanış olub.
Səfərin davamında elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un imzalanması mərasimi baş tutub.
Sözügedən sənədlərin imzalanması iki qardaş ölkə arasında təhsil sahəsində birgə layihələrin daha da inkişafına möhkəm zəmin yaradacaq.
Digər xəbərlər
-
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) öz işinə başlayıb
30.10.2026 - 20:00 -
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
28.10.2026 - 17:31 -
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib
28.10.2026 - 15:30 -
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
28.10.2026 - 10:45 -
Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin açılışı olub
28.10.2026 - 10:00
