Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edib

Avqustun 28-də elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı şəhərində vətəndaş qəbulu keçirib.   Qəbulda İsmayıllı, Ağsu, Şamaxı və Qobustan sakinləri iştirak ediblər.   Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.     Qəbul zamanı vətəndaşlar müəllimlərin iş yerinin dəyişdirilməsi, tələbə köçürülməsi, ali təhsil müəssisələrinə bərpa və digər məsələlərlə bağlı müraciətlər ediblər.   Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.  

Magistratura səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunanların nəzərinə!

Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesi 1 sentyabr saat 18:00-dək uzadılır.   Namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.     Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə AFFA-da görüş keçirilib

14-cü Futzal üzrə Universitetlərarası Avropa Çempionatının qalibi olan Azərbaycan İdman Akademiyasının komandası ilə AFFA-da görüş keçirilib.   Görüşdə elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Sərxan Hacıyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov çıxış ediblər.    Çıxışçılar komandamızın qələbəsini tarixi bir hadisə kimi dəyərləndirərək bütün komanda üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.    Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Sərxan Hacıyev çıxışında komandamızın yarışda güclü İspaniya və Fransa komandalarına qalib gəlməsini xüsusi vurğulayıb və AFFA-nın prezidenti Rövşən Nəcəfin təbriklərini çatdırıb.    Görüşün sonunda AFFA tərəfindən komanda üzvlərinə hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.    Xatırladaq ki, Azərbaycan İdman Akademiyasının komandası 17-25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində keçirilən 14-cü Universitetlərarası Avropa çempionatında ölkəmizi təmsil edib. Komandamız qrup mərhələsində İsveçrə komandasına (5:1), Xorvatiya komandasına (6:2) qalib gələrək 1/4 finalda Fransa komandası üzərində 5:4, yarımfinalda İspaniya komandasına 5:1, finalda İspaniyanın Valensiya Universitetinin komandasına 7:2 hesabı ilə qalib gələrək Avropa çempionu adına layiq görülüb.   Komandanın Avropa Çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol  Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilib.

Nazir müavini Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

26 avqust tarixində elm və təhsil nazirinin müavini Həsən Həsənli Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamas Torma ilə görüşüb.   Görüş çərçivəsində Macarıstan ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Velosiped idmanı sahəsində bölgələrdə fəaliyyət göstərəcək məşqçi-müəllimlər üçün təlim kurslarının açılışı olub

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində regionlarda velosiped idmanının inkişafına töhfə verəcək yeni layihə start götürüb.   Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov bu layihənin ölkəmizdə velosiped idmanının gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, təlimlərin əsas məqsədi regionlarda idmanın inkişafına dəstək olmaq, ixtisaslı məşqçilərin hazırlanmasına şərait yaratmaqdır. Bu, həm uşaqların və gənclərin fiziki sağlamlığı, həm də onların asudə vaxtının səmərəli təşkili üçün mühüm əhəmiyyət daşıyır. Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli velosiped idmanının sağlam həyat tərzi baxımından da əhəmiyyət daşıdığını bildirib. Nazir müavini qeyd edib ki, məktəblilər və gənclər arasında bu idman növünün inkişaf etdirilməsi onların həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir göstərəcək. Açılışını etdiyimiz kurslar gələcəkdə bölgələrdə peşəkar kadrların formalaşmasına və yeni nəslin idmana marağının artmasına xidmət edəcək. Layihə bölgələrin tanınmasına da müsbət təsir göstərəcək.    Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov  öz növbəsində bu cür layihələrin regionlarda idmanın kütləviliyinə böyük təkan verəcəyini bildirib.   Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə kurslarda iştirak edən məşqçilər üçün antidopinq qaydaları ilə bağlı təmsil etdiyi qurumun əməkdaşlarının xüsusi seminar keçirəcəyini bildirib və bu istiqamətdə onlara hər zaman dəstək verməyə hazır olduqlarını deyib.   Bildirilib ki, kurslarda iştirak edən məşqçilərə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar öyrədiləcək. Proqram çərçivəsində beynəlxalq standartlara uyğun məşq üsulları, idmançılarla işləmə metodikası və velosiped idmanında təhlükəsizlik qaydaları xüsusi diqqət mərkəzində olacaq. 12 gün davam edəcək təlim kurslarını uğurla başa vuraraq imtahan vermiş məşqçi-müəllimlərə sertifikatlar təqdim ediləcək.   Pilot xarakterli bu layihə ilkin mərhələdə Gəncə və Sumqayıt şəhərləri, eləcə də Qəbələ, Quba, Ağdaş, Ağstafa, Goranboy, Tovuz, Göygöl və Gədəbəy rayonlarını əhatə edəcək. Elm və Təhsil Nazirliyinin bu bölgələrdəki idman məktəblərində xüsusi velosiped bölmələri yaradılacaq. Nazirliyin Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə seçdiyi, velosiped idmanı sahəsində fəaliyyət göstərmək istəyən ali təhsilli məşqçi-müəllimlər həmin bölgələrdəki Gənclər və İdman Nazirliyinin Olimpiya İdman Komplekslərində xüsusi olaraq ayrılmış yerlərdə fəaliyyət göstərəcəklər. Onlar Elm və Təhsil Nazirliyinin ştatlı işçiləri kimi əmək haqqını nazirlikdən alacaq, öz fəaliyyətləri barədə həm Azərbaycan Velosiped İdmanı Federasiyası, həm də nazirliyin müvafiq qurumları qarşısında hesabat verəcəklər. Bölmələrin hər biri üçün federasiya tərəfindən 20 ədəd, ümumilikdə 200 ədəd velosiped ayrılıb.   Yaxın gələcəkdə bu təcrübədən ölkənin digər şəhər və rayonlarında da istifadə olunacağı, habelə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aidiyyəti qurumlarının da bu layihəyə qoşulacağı planlaşdırılır.

Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir

26 avqust saat 15:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən 39 lisey və gimnaziyada II mərhələ seçimlərinə start verilir. II mərhələ yalnız 1-ci seçim turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulur.   Seçimlər şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) “İmtahanlar” bölməsinə daxil olaraq edilə bilər. Bu mərhələdə hər bir şagirdə 2 seçim imkanı təqdim olunur.   II mərhələ üzrə seçimlərdə aşağıdakı şagirdlər iştirak edə bilərlər: İmtahanda 10 və daha yuxarı bal toplayan şagirdlər; I mərhələdə seçim edib, lakin qəbul olmayan şagirdlər; I mərhələdə seçim edib qəbul olan, lakin nəticəni təsdiqləməyən, imtina edən və ya sənədlərini qəbul olunduğu müəssisəyə təqdim etməyən şagirdlər; I mərhələdə ümumiyyətlə seçim etməyən şagirdlər. Məlumat üçün bildiririk ki, II mərhələ üzrə seçim prosesi 27 avqust 2025-ci il saat 23:59-da başa çatacaq.   Qeyd edək ki, III mərhələ nəzərdə tutulmayıb.

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsi başlayır

Avqustun 26-dan 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun II mərhələsinə start verilir.   II mərhələdə namizədlər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 2 sentyabr saat 18:00-dək davam edəcək.   Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.   Peşə təhsili müəssisələrinə ilk peşə təhsili və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə tələbə qəbulu ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında və ya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında iştirak etmiş ərizəçilərin isə həmin imtahanda əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.   Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.   Məlumat üçün bildiririk ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi 22 iyul – 11 avqust tarixlərində 78 peşə təhsili müəssisəsində 152 ixtisas olmaqla 32 620 plan yeri üzrə aparılıb. Peşə təhsil müəssisələrinə qəbul olan namizədlərdən 17 540 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim edib.

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların nəzərinə!

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb. Qeydiyyat prosesi 25 avqust saat 18:00-dək davam edəcək.    Qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.   Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.    Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun onlayn formatda ilk iclası baş tutub

Avqustun 21-də humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun onlayn formatda ilk iclası baş tutub.    Görüşdə elm və təhsil nazirinin müavini, humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun rəhbəri Kənan Kərimzadə, Azərbaycan tərəfindən İşçi Qrupunun üzvləri, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov, həmçinin Suriya Ərəb Respublikasının ali təhsil və elmi araşdırmalar nazirinin müavini, humanitar sahələri əhatə edən Suriya–Azərbaycan İşçi Qrupunun rəhbəri Ğeys Varqouzeq və Suriya tərəfindən İşçi Qrupunun üzvləri iştirak ediblər.    Sözügedən görüş çərçivəsində iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, habelə suriyalı tələbələrin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində təhsil alma imkanlarının araşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.    Qeyd edək ki, 4 may 2025-ci il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun rəhbərliyi ilə Suriya Ərəb Respublikasına təşkil olunmuş rəsmi səfərin nəticəsi olaraq iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun yaradılması barədə qərar qəbul edilmişdi.     

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesinin nəticələri açıqlanıb. Nəticələrə uyğun olaraq qəbul olan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılıb.   Valideyn və ya qanuni nümayəndələr övladlarının şəxsi işlərini 20 avqust tarixindən başlayaraq 25 avqust saat 12:00-dək şagirdin qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidirlər.    Sənəd qəbulu üçün son müraciət tarixi 25 avqust saat 12:00 müəyyən edilib. Qeyd olunan müddət ərzində sənədlər təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılacaq və müvafiq sorğu sistemdən silinəcək.    Nəzərinizə çatdırmaq istəyirik ki, şəxsi işlərin təhvil verilməsi zamanı valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin çıxdığı məktəbə təqdim edərək şagirdin sənədlərini almalı və cari müəssisəyə təqdim etməlidir.   Müvafiq keçidə daxil olmaqla minimum ballar və qəbul olan şagird sayı ilə bağlı məlumat əldə edə bilərsiniz:  https://tinyurl.com/5n8rrch4  

30/07/2026

✨ 24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz ? 3 bürünc medal qazanıblar. ?? Şagirdlərimizi bu münasibətilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq! #ElmvəTəhsilNazirliyi #ARTİ #Olimpiada #İnformatika

Ətraflı
30/07/2026

Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib

Ətraflı
28/07/2026

2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində yenicə məzun adı qazanmış gənclərimiz dünyanın aparıcı universitetlərində əldə etdikləri bilik və təcrübə ilə Vətənə qayıdırlar! İnanırıq ki, onlar mənimsədikləri müasir yanaşmaları və qazandıqları beynəlxalq təcrübəni ölkəmizin inkişafına yönəldərək müxtəlif sahələrdə yeniliklərin və müsbət dəyişikliklərin təşəbbüskarına çevriləcəklər. Bütün məzunlarımızı ürəkdən təbrik edir, ölkəmizin tərəqqisi yolunda onlara yeni-yeni uğurlar arzulayırıq! #dövlətproqramı #XaricdəTəhsil #dpeduaz

Ətraflı