Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında iştirak edib

Sentyabrın 5-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində Budapeşt şəhərində keçirilən Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında iştirak edib.    İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində mövcud əməkdaşlığın cari vəziyyəti barədə iclas iştirakçılarını məlumatlandıraraq Türk Dövlətləri Təşkilatı çərçivəsində elm və təhsil sahəsində ölkələrimiz arasında birgə əməkdaşlıq, Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında Hökumətlərarası Təqaüd Proqramları, ali təhsil müəssisələri arasında əməkdaşlıq və bu kimi bir sıra digər mühüm məsələlərə toxunub. Nazir müavini bildirib ki, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsinin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.   Komissiyanın iclasında həmçinin iki ölkə arasında iqtisadi, ticarət, enerji, kənd təsərrüfatı eləcə də mədəniyyət sahələrində əməkdaşlığın mövcud vəziyyəti və potensial imkanları müzakirə olunub.   İclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən iclasın yekunlarına dair Protokol imzalanıb.

Bakalavriat səviyyəsinin boş qalan yerlərinə qəbul olunanların qeydiyyat prosesi

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar üçün qeydiyyat prosesinə 9 sentyabr 2025-ci il saat 11:00-da start veriləcək. Abituriyentlər (subbakalavrlar) https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.    Elektron sistem üzrə qeydiyyat 15 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq.   Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Emin Əmrullayev Özyeğin Universitetinin rektoru ilə görüşüb

Sentyabrın 4-də elm və təhsil naziri Emin Əmrullayev Özyeğin Universitetinin rektoru Barış Tan ilə görüşüb.   Görüş çərçivəsində universitetlərarası əməkdaşlıq, o cümlədən elm və ali təhsil sahəsində Özyeğin Universiteti ilə inkişaf perspektivləri müzakirə edilib.    

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

4 sentyabr tarixində peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS  göndərilib. Peşə təhsil müəssisələrinə qəbul olan şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündən əldə edə bilərlər. Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 04 - 10 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər: attestatın əsli; sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış; sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi; şəxsiyyət vəsiqəsinin surəti; 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil; hərbi bilet və ya çağırışçı şəhadətnaməsi; güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd. Qəbulun II mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Birinci və ikinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə ümumilikdə 44 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib. Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 13 640 plan yeri üzrə aparılıb. İkinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 19 292 nəfərdən 72 597 müraciət daxil olub. Ümumilikdə 8341 nəfər müsabiqədən keçib.

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların nəzərinə!

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əsas yerləşmədən qəbul olunanlar üçün qeydiyyat prosesinə 9 sentyabr saat 11:00-da start veriləcək.    Müraciətçilər  https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.    Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.    Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Vətəndaş müraciətlərinin statistikası

Avqustun 16-dan 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 64 628 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 39 035-i çağrı mərkəzləri, 13 489-u elektron, 1 114-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 10 990 müraciət qeydə alınıb.     Müraciətlər məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat, ali və peşə təhsili müəssisələrinə qəbul, şagird yerdəyişməsi, xarici diplomların tanınması və digər məsələlərlə bağlı olub.

Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 26 sentyabr tarixində Gədəbəy şəhərində vətəndaşları qəbul edəcək.  Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax sakinləri iştirak edə bilərlər.   Adları çəkilən şəhər və rayonların sakinləri 15 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.   Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

“Təhsil” üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib

Avqustun 29-da Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial – iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Təhsil” üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib.   Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclas çərçivəsində təhsil sahəsində 2027-2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub.   Qeyd edək ki, sözügedən İşçi Qrupunun məqsədi ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması istiqamətində təhsil sahəsi üzrə əsas prioritetlərin müəyyən edilməsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxıda inşa olunan körpələr evi-uşaq bağçalarının açılışında iştirak edib

Avqustun 28-də Heydər Əliyev Fondu tərəfindən Şamaxının İkinci Cabanı və Böyük Xınıslı kəndlərində inşa olunan körpələr evi-uşaq bağçalarının açılışı olub.   Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.   Leyla Əliyeva körpələr evi-uşaq bağçalarının otaqları ilə tanış olub, uşaqlar üçün yaradılan şəraitə baxış keçirib.   Bildirilib ki, hər iki bağça kəndlərin mərkəzində yerləşir. Müasir və tam təchizatlı körpələr evi-uşaq bağçalarında balacalar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, tibb otağı, yeməkxana və digər inzibati, texniki otaqlar mövcuddur. Məktəbəqədər təhsil müəssisələri zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçaların həyətyanı ərazilərində yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları quraşdırılıb.   İkinci Cabanı kənd körpələr evi-uşaq bağçasının rəhbəri Töfə Bəşirova jurnalistlərə açıqlamasında bildirib ki, bağça 41 ildir fəaliyyət göstərsə də, heç vaxt bu cür şərait olmayıb: “Köhnə bağça yararsız vəziyyətə düşdüyündən fərdi evdə fəaliyyət göstərirdik. Heydər Əliyev Fonduna müraciət etdik, qısa müddət ərzində yeni bağça inşa olunub təhvil verildi. Sabahdan yeni bağçada uşaqları qəbul edə biləcəyik. Yeni bağçada 1-3, 4-6 yaş arasında qruplar fəaliyyət göstərəcək. Qonşu kəndlərdən də bağçamıza müraciətlər var. Uşaqlarımız üçün yaradılan şəraitə görə Heydər Əliyev Fonduna dərin minnətdarlığımızı bildiririk”.   Leyla Əliyeva daha sonra Şamaxıda və Ağsuda bir neçə ailəni ziyarət edib.   AZƏRTAC

Nazir müavini Həsən Həsənli Uqandanın xarici işlər üzrə dövlət naziri ilə görüşüb

28 avqust tarixində elm və təhsil nazirinin müavini Həsən Həsənli Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri John Mulimbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   Görüş çərçivəsində Uqanda ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

30/07/2026

✨ 24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz ? 3 bürünc medal qazanıblar. ?? Şagirdlərimizi bu münasibətilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq! #ElmvəTəhsilNazirliyi #ARTİ #Olimpiada #İnformatika

Ətraflı
30/07/2026

Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib

Ətraflı
28/07/2026

2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində yenicə məzun adı qazanmış gənclərimiz dünyanın aparıcı universitetlərində əldə etdikləri bilik və təcrübə ilə Vətənə qayıdırlar! İnanırıq ki, onlar mənimsədikləri müasir yanaşmaları və qazandıqları beynəlxalq təcrübəni ölkəmizin inkişafına yönəldərək müxtəlif sahələrdə yeniliklərin və müsbət dəyişikliklərin təşəbbüskarına çevriləcəklər. Bütün məzunlarımızı ürəkdən təbrik edir, ölkəmizin tərəqqisi yolunda onlara yeni-yeni uğurlar arzulayırıq! #dövlətproqramı #XaricdəTəhsil #dpeduaz

Ətraflı