• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblərdə sahibkarlıq kursunun pilot tədrisinə başlanılır

Cari ildən "İnnovativ məktəb" layihəsi çərçivəsində bir neçə təhsil müəssisəsində sahibkarlıq kursu pilot şəkildə tədris ediləcək. Bu məqsədlə İsrailin ən böyük məktəb şəbəkəsi  “ORT İsrail” tərəfindən müvafiq dərs vəsaiti hazırlanıb.   Sözügedən vəsait şagirdləri gələcəyin çağırışlarına hazırlayacaq sahibkarlıq təfəkkürü, yaradıcı düşüncə və XXI əsr bacarıqlarının aşılanması kimi mövzuları əhatə edir. Vəsaitə həmçinin layihəəsaslı tapşırıqlar, komanda işləri və individual çalışmalar daxildir.    Sahibkarlıq kursunun tədrisi ilə bağlı cari ilin 4-8 sentyabr tarixlərində pilot tədris aparılacaq məktəblərin direktor və müəllim heyəti üçün “ORT İsrail” mütəxəssisləri tərəfindən təlim keçirilib. Təlimdə layihəəsaslı tədris, müəllimlərin şagirdlərə yanaşması, məktəblilərin yaradıcı düşüncəyə təşviqi, sinif otağında müəllim-şagird rolları və digər mövzulara toxunulub, praktiki tapşırıqlar, interaktiv müzakirələr təşkil edilib.    

Qusarçay kənd tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

Sentyabrın 12-də Xaçmaz rayonunun Qusarçay kənd tam orta məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilib.    Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, məktəb kollektivi, kənd sakinləri iştirak ediblər.   Bildirilib ki, Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılmaqla yanaşı, təhsil ocağı üçün 3 mərtəbəli yeni korpus və idman zalının tikintisi həyata keçirilib. 960 şagird yerlik məktəbdə sinif otaqları, fənn kabinetləri, müəllimlər otağı, kitabxana, kompüter otağı, laboratoriyalar, akt və idman zalları, yeməkxana fəaliyyət göstərəcək. Məktəbdə dərslər ikinövbəli şəkildə keçiriləcək.   Tədbirdə çıxış edənlər təhsil müəssisələrinin yenilənməsi, onların maddi-texniki bazasının təminatı ilə bağlı ciddi işlər görüldüyünü, bu işlərin də gənc nəslin daha savadlı və bilikli yetişməsinə xidmət etdiyini qeyd ediblər.   

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 12-də Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.   Konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, nazirliyin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Qubadlı, Kəlbəcər, Laçın, Cəbrayıl və Zəngilan rayonları üzrə təhsil sektorlarının əməkdaşları, həmin rayonlarda çalışan məktəb direktorları, müəllimlər və tədris ili ərzində müxtəlif olimpiada və müsabiqələrin qalibi olan şagirdlər iştirak ediblər.   Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.   Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək  ötən tədris ilində əldə olunan nailiyyətlər, təhsil islahatları, yeni tikilən məktəblər, şagird davranış qaydaları barədə danışıb, yeni dərs ilinin əsas hədəflərini konfrans iştirakçılarının nəzərinə çatdırıb.   Daha sonra Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov ötən tədris ilinə dair  hesabatla çıxış edib.   Konfransda həmçinin 2022-2023-cü tədris ilində nümunəvi fəaliyyətləri ilə seçilən məktəblər, direktorlar, müəllimlər təltif olunub.   Tədbir bədii proqramla yekunlaşdırılıb. 

Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 12-də Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.   Konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonları üzrə təhsil sektorlarının əməkdaşları, həmçinin həmin rayonlarda çalışan məktəb direktorları və müəllimlər iştirak ediblər.   Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Quba rayonunda yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.    Sonra şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.   Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli təhsil işçilərini yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, işğaldan azad olunmuş ərazilərdə təhsil müəssisələrinin tikintisindən, gənc müəllimlərin bu müəssisələrdə həvəslə çalışmaq istəyindən danışıb. Mətin Kərimli təhsil sahəsində əsas strateji hədəflər, məktəbəqədər təhsilin, peşə təmayüllü siniflərin, innovativ layihələrin əhatə dairəsinin genişləndirilməsi, təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, müasir tələblərə cavab verən təhsilverənlərin formalaşdırılması üçün sertifikatlaşdırma prosesinin əhəmiyyətindən danışıb.    Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov təhsil sahəsindəki uğurların daha da artacağına əminliyini ifadə edib və yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.   Sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev hesabatla çıxış edib.    Konfransda 2022–2023-cü tədris ilində səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində göstərdikləri fəal və nümunəvi xidmətlərinə görə bir qrup təhsil işçisi təltif edilib.

Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 12-də Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.   Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.    Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.    Konfransda elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək ölkəmizdə həyata keçirilən təhsil siyasəti,  bu sahədə müasir infrastruktur və maddi-texniki bazanın, kadr potensialının gücləndirilməsi məsələlərinə toxunub.    Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov öz növbəsində təhsil işçilərinə uğurlar arzulayıb.   2022–2023-cü tədris ilinin yekunlarına dair hesabat çıxışı edən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Rövşən Əliyev görülmüş işlər və yeni dərs ilində qarşıda duran vəzifələr barədə məlumat verib.   Tədbir bədii hissə ilə başa çatıb.

“İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib

Elm və Təhsil Nazirliyində “İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində cari ilin birinci yarımilində monitorinq və qiymətləndirilməsinə dair “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə ümumi hesabat müzakirə edilib.    İşçi qrupunun sədri, elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və strategiya barədə məlumat verib, bu istiqamətdə təsdiqlənmiş tədbirlər planlarının, o cümlədən “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi çərçivəsində işlərin vaxtında və effektiv şəkildə icrasının vacibliyini vurğulayıb. İdris İsayev strategiyanın icrasının monitorinq və qiymətləndirilməsinin aparılması üçün ayrıca portalın istifadəyə verilməsinin və nəzarətin onlayn qaydada həyata keçirilə bilməsinin innovativ yenilik olduğunu bildirib.    Daha sonra İşçi qrupunun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva hesabatla çıxış edib.   İclasda məktəbəqədər təhsilin əhatəliliyinin genişləndirilməsi, pedaqoji və idarəetmə heyətinin peşəkar bacarıqlarının artırılması, keyfiyyətə nəzarət tədbirləri və digər məsələlərlə bağlı çıxışlar edilib, hesabat üzrə müzakirələr aparılıb.

Beynəlxalq Bakalavriat Təşkilatının baş direktoru "Yeni çağırışlar"da

20 sentyabr saat 19:00-da Beynəlxalq Bakalavriat Təşkilatının baş direktoru Pekka Heinonen “Yeni çağırışlar” müzakirə proqramında qonaq olacaq. Pekka Heinonen ilə təhsildə liderlik barəsində danışılacaq.   Pekka Heinonen Finlandiyanın elm və təhsil naziri, Finlandiya Milli Təhsil Agentliyinin baş direktoru vəzifələrində çalışıb.    Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Prezident Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.   Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi.   Qeyd edək ki, bu məktəbin layihəsi Xırdalan şəhərinin ərazisindəki təhsil ocaqlarında şagird sıxlığı nəzərə alınaraq dövlətimizin başçısının tapşırıqlarına əsasən hazırlanıb və uğurla icra olunub.   Məktəb binasının tikintisinə 2021-ci ilin fevral ayında başlanıb və bu ilin sentyabr ayında başa çatdırılıb. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şəraitə malikdir. Yeni məktəbdə 74 sinif, 6 informatika otağı, məktəbəqədər 2 hazırlıq otağı, 8 otaqdan ibarət STEAM Mərkəzi, 2 idman zalı, 2 əmək otağı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika və biologiya kabinetləri, kimya laboratoriyası, kitabxana, yeməkxana və 400 nəfərlik akt zalı yaradılıb.   Prezident İlham Əliyev yeni təhsil ocağının məktəbəqədər hazırlıq, ibtidai sinif otaqlarında, biologiya kabinetində, çağırışa qədər hərbi hazırlıq otağında, STEAM Mərkəzində, fizika kabinetində, kimya laboratoriyasında, informatika otağında, idman zalında və yeməkxanada yaradılan şəraitlə tanış oldu.   STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə aşılamaqla yanaşı, onlara mühəndislik səriştələri öyrədir.   Bu məktəbin STEAM Mərkəzi də elektron lövhələr, kompüterlər, 3D printerlər, müvafiq öyrədici qurğular, elektron komponentlər və dəftərxana ləvazimatları ilə təmin olunub. Burada, həmçinin mühəndis emalatxanası, kiçik yaşlı uşaqlar üçün zona, təlim və robototexnika otaqları var.   Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər ölkələrin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib.   Xırdalan şəhəri 11 saylı tam orta məktəbin ən müasir standartlara cavab verən binasının inşası da bir daha təsdiqləyir ki, ölkəmizdə təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir.   https://president.az/

Abşeron – Xızı regionu üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 11-də Abşeron – Xızı Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.   Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.   Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.  Sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.    Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov ölkəmizdə həyata keçirilən təhsil siyasəti, qabaqcıl dünya təhsil sistemlərinə inteqrasiya, bu sahədə müasir infrastruktur və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsi məsələlərinə toxunublar.    Daha sonra Abşeron – Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin 1 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.   2022–2023-cü tədris ilinin yekunlarına dair hesabat çıxışı edən Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva görülmüş işlər və əldə edilmiş nailiyyətlər, eləcə də yeni dərs ilində qarşıda duran vəzifələr barədə məlumat verib.    Konfransda həmçinin bir sıra məktəb və bağçaların müəllim, tərbiyəçi-müəllimləri ötən tədris ilində əldə etdikləri nailiyyətlərə görə mükafatlandırılıblar.   Tədbirdə Sumqayıt şəhəri 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifaları maraqla qarşılanıb.

“Engineering Camp” tələbə düşərgəsi yekunlaşıb

“Zuğulba” Tədris İdman Bazasında Təhsil İnstitutu (ARTİ), "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Avropa Elektrik Mühəndisliyi Tələbələri Assosiasiyasının Bakı bölməsinin təşkilatçılığı ilə keçirilən mühəndislik üzrə tələbə düşərgəsi başa çatıb.    Düşərgəyə ali təhsil müəssisələrinin mühəndislik ixtisaslarında (elektrik, sənaye, kimya mühəndislikləri və s.) bakalavriat səviyyəsi üzrə III-IV kurslarda və magistratura səviyyəsi üzrə təhsil alan tələbələr olmaqla ümumilikdə 50 iştirakçı cəlb olunub.   “Engineering Camp” tələbə düşərgəsinə spiker qismində qoşulan ARTİ-nin direktoru Rüfət Əzizov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəhbəri Fariz Cəfərov, SABAH HUB-ın proqram meneceri Əminə Məlikova, Xəzər və Qərbi Kaspi universitetlərinin müəllimi Fariz Həsənli, “Halliburton” şirkətinin mühəndisi Pərviz Həsənov, “PMD Projects” MMC-nin planlaşdırma və monitorinq şöbəsinin müdiri Elxan Həsənov təcrübələrini tələbələrlə bölüşüb, hazırda dünyada müasir innovasiyalar, mühəndislik sahələrində baş verən yenilikləri çatdırıb, həmçinin tələbələrlə birlikdə praktik tapşırıqlar həll ediblər.   Düşərgədə həmçinin tələbələri maraqlandıran suallar cavablandırılıb və gələcək karyera imkanları barədə onlarla faydalı müzakirələr aparılıb. 

28/05/2024

Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. ?????? #ElmVəTəhsilNazirliyi #28may #MüstəqillikGünü #MüstəqilAzərbaycan

Ətraflı
27/05/2024

Azyaşlı uşaqlara iqlim dəyişmələri və dayanıqlılıqla bağlı biliklərin aşılanmasını nəzərdə tutan “Yaşıl bağça” layihəsinə start verilib.

Ətraflı
27/05/2024

Mayın 27-də elm və təhsil naziri Emin Əmrullayev İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://bit.ly/4dUiEDH

Ətraflı