Nazir müavini Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında çıxış edib
Noyabrın 20-də İsrail Respublikasının Qüds şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə İsrail Respublikası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib.
İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iclas iştirakçılarını məlumatlandırıb. Nazir müavini çıxışında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təhsil layihələrinin dəstəklənməsi və ali təhsil müəssisələri arasında akademik əlaqələrin dərinləşdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib.
Komissiyanın iclasında həmçinin iki ölkə arasında iqtisadi, ticarət, enerji, nəqliyyat, səhiyyə, turizm eləcə də mədəniyyət sahələrində əməkdaşlığın mövcud vəziyyəti və potensial imkanları müzakirə olunub.
Yekunda Azərbaycan Respublikası ilə İsrail Respublikası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb.
Səfər çərçivəsində nazir müavini Həsən Həsənli Qüds Yəhudi Universitetini ziyarət edib və universitet nümayəndələri ilə görüş keçirib.
21.11.2025 - 15:26
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28 -
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01
