Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva və gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edib. 
 

Görüşdə qaliblərin fəaliyyət istiqamətləri, fərdi inkişaf planlarının icrası, həmçinin dövlət idarəçiliyində yeni nəsil idarəçilərin roluna dair müzakirələr aparılıb.
 

Görüş zamanı qaliblərin həyata keçirdikləri layihələr, iştirak etdikləri təlimlər, əldə etdikləri bilik və bacarıqların tətbiqi üzrə görülən işlər barədə müzakirə aparılıb. Nazir qaliblərlə fikir mübadiləsi apararaq onların idarəetmə, liderlik və innovasiya sahəsindəki suallarını cavablandırıb.
 

Nazir çıxışında “Yüksəliş” müsabiqəsinin ölkənin insan kapitalının gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.
 

Görüş zamanı qaliblərin fərdi inkişaf planlarının icrasına dəstək mexanizmləri, müxtəlif dövlət qurumlarında təcrübə proqramları, həmçinin idarəetmədə çevik qərarvermə, strategiya qurma və dəyişikliklərin idarə edilməsi kimi mövzularda təcrübə mübadiləsi aparılıb.
 

Sonda qaliblər göstərilən diqqət və yaradılan imkanlara görə minnətdarlıqlarını bildirərək əldə etdikləri bilik və bacarıqları fəaliyyətdə tətbiq etməyə davam edəcəklərini vurğulayıblar.


24.11.2025 - 16:13