Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Times Higher Education” fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 4-ə çatıb

Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən 2026-cı il üçün sahələr üzrə fənn reytinqləri dərc olunub.    11 fənn sahəsi üzrə dərc olunan reytinqə Azərbaycandan daxil olan universitetlərin sayı ilk dəfə 4-ə yüksəlib. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti müvafiq sahələr üzrə reytinqdə yer alıblar. Qeyd edək ki, 2 universitetimiz (Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti) müvafiq fənn reytinqlərinə ilk dəfə bu il daxil olublar.   Əlavə olaraq, Azərbaycan universitetlərinin təmsil olunduğu fənn sahələrinin sayı da ilk dəfə 4-ə yüksəlib. Belə ki, “Mühəndislik” və “Fizika elmləri” sahələri ilə yanaşı, bu ildən Azərbaycan “Biznes və iqtisadiyyat” və “Sosial elmlər” sahələri üzrə də aşağıdakı kimi təmsil olunur: Mühəndislik – Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti; Fizika elmləri – Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti; Biznes və iqtisadiyyat – Azərbaycan Dövlət İqtisad Universiteti; Sosial elmlər – Azərbaycan Dövlət İqtisad Universiteti. Qeyd edək ki, THE-nin fənn reytinqlərinin qiymətləndirmə metodologiyasında 5 istiqamət (tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye və beynəlmiləlləşmə) üzrə 18 meyar nəzərə alınır.

Şəhidlər xiyabanı ziyarət edilib

Yanvarın 20-də Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.

Nazir Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

Yanvarın 16-sı elm və təhsil naziri Emin Əmrullayev Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ilə görüşüb.  Görüş çərçivəsində Ukrayna ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Vətəndaş müraciətlərinin statistikası

Yanvarın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 18 170 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 675-i elektron, 875-i yazılı qaydada, 2 128-i sosial media, 12 455-i isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 037 müraciət qeydə alınıb.   Müraciətlər eksternat imtahanı, “Rəqəmsal məktəb”, şagird yerdəyişməsi və digər məsələlərlə bağlı olub.

Nazir müavini Türkiyənin Ufuk Universitetinin rektoru ilə görüşüb

Yanvarın 16-da elm və təhsil nazirinin müavini Həsən Həsənli Ufuk Universitetinin rektoru Ahmet Hakan Haliloğlu ilə görüşüb. Görüş çərçivəsində Ufuk Universiteti ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Nazir müavini Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında çıxış edib

Yanvarın 13-də Bakıda keçirilmiş Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib. İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iştirakçıları məlumatlandırıb. Nazir müavini çıxışında İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təhsil layihələrinin dəstəklənməsi, eləcə də ümumi və ali təhsil müəssisələri arasında akademik əlaqələrin dərinləşdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib.  Komissiyanın iclasında həmçinin iki ölkə arasında ticari-iqtisadi, sənaye, energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, eləcə də mədəniyyət sahələrində əməkdaşlığın mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları müzakirə olunub. Yekunda iclasın yekunlarına dair Protokol imzalanıb.

Nazir müavini Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Yanvarın 12-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kym gu Kang ilə görüşüb.    Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

2026/2027-ci tədris ili üzrə Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların siyahısı təsdiqlənib

Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən təsdiq olunmuş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ilində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.   Təsdiq olunmuş yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb.   Dövlət Proqramı üzrə illik kvota 500 nəfər təşkil edir. Bu kvota çərçivəsində rəqabət mühitinin tənzimlənməsi məqsədilə müraciət sayından asılı olaraq prioritet ixtisas istiqamətləri üzrə keçid balları tətbiq edilə bilər.   Xüsusi olaraq qeyd edək ki, Dövlət Proqramının 15 prioritet ixtisas sahəsi ilə yanaşı, "Mədəniyyət və incəsənət" sahəsi üzrə də bu il imkanlar genişləndirilib. Belə ki, ötən illə müqayisədə bu istiqamət üzrə siyahıya daxil edilən nüfuzlu ali təhsil müəssisələrinin sayı artırılıb.   Nəzərinizə çatdıraq ki, beynəlxalq reytinq sistemlərində ilk 10-luqda yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin dəyişikliklərlə tanış olmaq üçün siyahının üzərindəki qeydlərə diqqət etməyinizi xahiş edirik.   Müvafiq siyahı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:   2026/2027-ci tədris ili üzrə Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların siyahısı 

Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib

Ucar şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib.   Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 720 şagird yerlik yeni məktəb 3 mərtəbəli və 5 korpusludur.   Təhsil ocağının fənn kabinetləri və laboratoriyaları zəruri mebel və avadanlıqla, əyani vasitələrlə təchiz edilib. Şagird və müəllimlərin istifadəsinə verilən sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter, hərbi-hazırlıq, tibb, əmək təlimi otaqları, kitabxana, bufet və yeməkxana, akt və idman zalları və açıq idman meydançası tədrisin yüksək səviyyədə keçməsini təmin edəcək. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Təhsil haqqında dövlət sənədləri tam rəqəmsal formata keçirilir

Azərbaycan Respublikasının Nazirlər Kabineti təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsini təmin edən yeni qaydaları təsdiqləyib (https://nk.gov.az/az/senedler/qerarlar/tehsil-haqqinda-dovlet-senedlerinin-tesvirlerinin-9253). Qəbul edilən qərar təhsil sistemində rəqəmsallaşmanı sürətləndirməyə, sənəd dövriyyəsini müasir elektron idarəetmə prinsipləri əsasında təşkil etməyə və vətəndaşlar üçün xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmağa yönəlib.   Yeni qərara əsasən, Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli Qərarı ləğv edilir və onun əvəzinə rəqəmsallaşma və elektron hökumət prinsiplərinə uyğun yeni mexanizmlər tətbiq olunur. Belə ki, ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Bununla da, təhsil haqqında dövlət sənədlərinin verilməsi prosesi tam şəkildə rəqəmsal mühitə keçirilir.   Yeni qaydaların əsas üstünlükləri: •    Təhsil haqqında dövlət sənədləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) üzərindən elektron formatda formalaşdırılacaq; •    Təhsil sənədlərindəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təhlükəsiz şəkildə təqdim və əldə edilə biləcək; •    Bütün təhsil pillələri üzrə sənədlərə ştrix-kod əlavə olunaraq onların həqiqiliyinin operativ və onlayn yoxlanılması təmin ediləcək; •    Məzunlar sənədlərini elektron kabinetlərindən istənilən vaxt əldə edə, elektron qaydada paylaşa və zərurət olduqda çap edə biləcəklər; •    Təhsil sənədlərinin dublikatlarının verilməsi, ləğvi və yenidən tərtibi vahid, şəffaf və tam rəqəmsal prosedurlar əsasında həyata keçiriləcək.   Qaydalarda bakalavriat, magistratura və rezidentura səviyyələri, eləcə də orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə dövlət sənədlərinin məzmunu, verilmə müddətləri, verilməsindən imtina halları və hüquqi nəticələri sistemli şəkildə tənzimlənir.   Bundan başqa, Nazirlər Kabinetinin 7 yanvar 2026-cı il tarixli 2 nömrəli Qərarı ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası” da (https://nk.gov.az/az/senedler/qerarlar/muxtelif-sebeblerden-tehsilin-her-hansi-pillesini-9254) təsdiq edilib.   Təsdiq olunmuş yeni qaydalara əsasən, təhsilini müxtəlif səbəblərdən tamamlamayan şəxslərə verilən arayışlar “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) üzərindən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılacaq və müraciətçilərin Elektron Hökumət İnformasiya Sistemində (EHİS) yerləşən elektron kabinetlərinə təqdim ediləcək.   Qaydalara uyğun olaraq, arayışlarda əks olunan məlumatlar EHİS üzərindən təqdim və əldə edilə biləcək. Elektron sistem vasitəsilə təqdim olunan məlumatlar kağız daşıyıcıda təqdim edilmiş sənədlərlə eyni hüquqi qüvvəyə malik olacaq.    Qeyd edək ki, qəbul edilən normativ dəyişikliklər təhsil haqqında dövlət sənədlərinin verilməsində şəffaflığın artırılmasına, inzibati prosedurların sadələşdirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə və təhsil sistemində rəqəmsal idarəetmənin institusional əsaslarının gücləndirilməsinə xidmət edir.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı