Nazir müavini SAF könüllüləri ilə görüşüb
Beynəlxalq STEAM Azərbaycan Festivalı – SAF 2023-də fəaliyyət göstərəcək tələbə-könüllülərlə görüş keçirilib.
300 tələbənin iştirakı ilə keçirilən görüş Bakı Slavyan Universitetində (BSU) baş tutub.
Görüşdə giriş nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev tələbə-gənclərin könüllülük hərəkatından söz açaraq müasir Azərbaycan gəncliyinin formalaşmasında könüllülüyün rolundan danışıb.
Daha sonra görüşdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov könüllülük, gənclərin ictimai və sosial fəaliyyətlərdə iştiraklarının əhəmiyyətini vurğulayıb, həmçinin bu fəaliyyətlər vasitəsilə fərqli bacarıqlar və təcrübə qazanmağın önəmini bildirib.
Görüşün üçüncü spikeri "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov olub. İqrar Nəzərov tədbir iştirakçılarına SAF 2023-ün təşkili ilə bağlı məlumat verib və layihənin ölkə üçün əhəmiyyətindən bəhs edib.
Görüş “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Leyla Zeynalova və "STEAM Azərbaycan" layihəsinin koordinatoru Hafiz Tofidinin təlimləri ilə davam edib.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
