Apellyasiya Şurasının növbəti iclası keçirilib
Noyabrın 23-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.
İclasda Qarabağ Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Xatirə Quliyevanın, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Səbahət Tağıyevanın, Nabat Şükürlü-Fərhadzadənin, Vüqar Səfərbəyovun və İlahə Kərimovanın müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. Üç şikayətin qismən təmin edilməsi və yenidən müsahibə təşkil edilməsi, iki şikayətin təmin edilməməsi barədə şura tərəfindən qərarlar qəbul olunub.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
