BMU – İNHA ikili diplom proqramı çərçivəsində Koreyada görüş keçirilib
BMU – İNHA ikili diplom proqramı üzrə növbəti Rəhbər Komitə görüşü Koreyada təşkil olunub. Görüşdə iştirak üçün Elm və Təhsil Nazirliyi, Bakı Mühəndislik Universitetinin rəsmi nümayəndələri və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Koreya Respublikasına səfər ediblər.
Səfər çərçivəsində ilk olaraq Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənovla görüş keçirilib. Görüş zamanı Azərbaycan və Koreya arasında təhsil sahəsindəki əlaqələrin cari vəziyyəti və perspektivlərindən danışılıb.
Səfər zamanı BMU – İNHA ikili diplom proqramının ilk qəbul ili üzrə təhsillərini hazırda İNHA universitetində davam etdirən sonuncu kurs tələbələri ilə də görüş keçirilib. Görüş zamanı tələbələrin təəssüratları öyrənilib və onları maraqlandıran məsələlər müzakirə edilib.
Sonra səfər iştirakçıları ikili diplom proqramının icrasına dair strateji məsələlərin müzakirəsini nəzərdə tutan Rəhbər Komitə görüşündə iştirak ediblər. Görüş çərçivəsində gündəlikdə nəzərdə tutulan bir sıra vacib məsələlərlə yanaşı, İNHA Universitetində ikili diplom proqramı çərçivəsində təhsil alan sonuncu kurs tələbələrinin təhsilinin təşkili, növbəti ildə ilk məzun buraxılışına dair müzakirələr aparılıb.
Qeyd edək ki, “2019–2023 Dövlət Proqramı” çərçivəsində icra edilən beş ikili diplom proqramından biri Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq proqramdır.
BMU – İNHA ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə (informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi) bakalavriat səviyyəsində tədris aparılır.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
