Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Vətəndaş müraciətlərinin statistikası

Fevralın 16-dan 28-dək  Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 19 006 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 2 473-ü elektron, 1 171-i  yazılı qaydada, 12 442-si isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 920 müraciət qeydə alınıb.   Müraciətlər olimpiada və müsabiqələr, “Rəqəmsal məktəb”, şagird yerdəyişməsi, təhsil tələbə kreditinə elektron müraciət və digər məsələlərlə bağlı olub.

Aqrar sahədə ixtisaslı kadr hazırlığının gücləndirilməsi istiqamətində əməkdaşlığa başlanılır

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.   Memorandumun imzalanma mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə müasir aqrar texnologiyaların tətbiqinin və istehsalatla təhsilin inteqrasiyasının peşə təhsilinin keyfiyyətini yeni mərhələyə yüksəldəcəyini bildirib. Vurğulayıb ki, bu əməkdaşlıq innovativ yanaşmaların genişlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edəcək.   Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev çıxışında əməkdaşlığın aqrar sektorun davamlı inkişafına, insan kapitalının daha da möhkəmlənməsinə və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.   Memorandumu Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı imzalayıblar.   Sənədin imzalanmasında əsas məqsəd aqrar sahədə peşə hazırlığının səmərəliliyini artırmaq, rəqabətqabiliyyətli və ixtisaslı kadrların hazırlanmasına nail olmaq, peşə təhsilini aqrar sahənin real ehtiyaclarına uyğunlaşdırmaq, eləcə də regionlarda dayanıqlı inkişafı dəstəkləməklə peşəkar kadr hazırlığını gücləndirməkdir.   Memoranduma əsasən, tərəflər aqrar sahə üzrə ixtisaslı kadrların hazırlanması və onların rəqabət qabiliyyətinin artırılması istiqamətində birgə fəaliyyət göstərəcəklər. Həmçinin peşə təhsili müəssisələrinin tələbələrinin laboratoriya, baytarlıq, bitki mühafizəsi və kənd təsərrüfatı texnikası sahələrində praktiki bilik və bacarıqlar əldə etməsi üçün müvafiq şərait yaradılacaq.   Eyni zamanda, aqrar texnologiyaların tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi, müasir yanaşmaların təşviqi və sahə üzrə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin olunması da əməkdaşlığın əsas istiqamətləri sırasında yer alır.   Qeyd edək ki, əməkdaşlıq aqrar sahədə peşə təhsilinin yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır və gələcəkdə sektorun inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

Elm və təhsil naziri Şuşada vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 11 mart tarixində Şuşa şəhərində vətəndaşları qəbul edəcək.    Qəbulda Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak edə bilərlər.     Adları çəkilən şəhər və rayonların sakinləri 6 mart (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.   Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Kənan Kərimzadə “Təhsildə yeni çağırışlar: keyfiyyətə baxış” regional təhsil konfransında iştirak edib

Fevralın 28-də Sumqayıt şəhərində “Təhsildə yeni çağırışlar: keyfiyyətə baxış” regional təhsil konfransı keçirilib.    “Şəhərsalma və Memarlıq İli”nə həsr edilən konfrans “Təşkilati mədəniyyət” və “Məktəb mühitinin pedaqoji dizaynı” mövzularını əhatə edib.    Regional konfrans Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, “T–Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Abşeron – Xızı Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə reallaşıb.    300 nəfər təhsil işçisinin qatıldığı konfransda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Milli  Məclisin deputatı Mehriban Vəliyeva, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri, direktor müavinləri, müəllimlər və psixoloqlar iştirak ediblər.   Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva konfans iştirakçılarını salamlayaraq regionda təhsil sahəsində əldə olunan nəticələr haqqında məlumat verib. İdarə müdiri tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin cəmiyyətə, dövlətə faydalı vətəndaş kimi yetişməsi, idarəetmədə şəffaflıq və obyektivliyin təmin edilməsinin əsas prioritet məsələlərdən olduğunu diqqətə çatdırıb.   Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışında milli inkişafın təminatında təhsilin müstəsna rolu olduğunu dilə gətirərək belə bir tədbirin ikinci böyük sənaye şəhəri olmaqla yanaşı elm, təhsil və mədəniyyət mərkəzi hesab edilən Sumqayıtda keçirilməsindən məmnun olduğunu söyləyib.    Çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa dəstəyi ilə icra olunan dövlət strategiyaları, o cümlədən dövlət proqramları nəticəsində ölkədə genişmiqyaslı islahat tədbirlərinin həyata keçirilməsindən və bu islahat tədbirlərinin təhsil sahəsini də əhatə etməsindən bəhs edib.   Elm və təhsil nazirinin müavini bildirib ki, Azərbaycan təhsili yeni transformasiya mərhələsinə qədəm qoyub və bu işin mərkəzində məhz Azərbaycan müəllimi durur.     Daha sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerin konfrans iştirakçılarına videomüraciəti nümayiş etdirilib.    Milli Məclisin deputatı Mehriban Vəliyeva "Azərbaycanın müasir mədəniyyət modeli üçün təhsildə mədəniyyət konsepsiyası" adlı təqdimatında  “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na diqqət çəkərək milli-mənəvi dəyərlərə və qlobal çağırışlara cavab verən müasir mədəniyyət modelinin formalaşması məsələsinə toxunub.    Konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva və Dövlət Proqramı çərçivəsində Harvard Universitetində təhsil siyasəti və təhlili üzrə magistratura pilləsinin məzunu Lalə Əliyevanın təqdimatları ilə davam edib.    Konfrans çərçivəsində "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsiminin moderatorluğu ilə nazir müavini Kənan Kərimzadə ilə sual-cavab sessiyası keçirilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.   Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivəsi”nə və “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına əsaslanıb.     Konfransın keçirilməsində əsas məqsəd qabaqcıl müəllimlərin və təhsil idarəedicilərinin təcrübəsini öyrənmək və təşviq etmək, səmərəli əməkdaşlığa təkan vermək və regional diskussiya platforması yaratmaqdır.

Həsən Həsənli Dövlət Proqramı məzunları üçün karyera sərgisində iştirak edib

ADA Universitetində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” məzunları üçün “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisi keçirilib.   Sərginin təşkilində əsas məqsəd Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını təmin etmək və onların potensialını ölkəmizin dayanıqlı inkişafına yönəltməkdir.   Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə iştirak ediblər.   Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli dövlətimizin insan kapitalına verdiyi önəmi xüsusi vurğulayıb. Nazir müavini qeyd edib ki, xaricdə təhsilə dair Dövlət Proqramı ölkəmizdə rəqabətədavamlı kadr potensialının formalaşdırılmasına yönəlmiş dövlət siyasətinin uğurlu nümunələrindən biri olmaqla yanaşı, gənclərin qazandığı beynəlxalq təcrübə Azərbaycanın gələcək inkişafının əsas hərəkətverici qüvvələrindən hesab olunur.   ADA Universitetinin prorektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə məzunlara müraciət edərək onların beynəlxalq mühitdə əldə etdikləri akademik nailiyyətlərin yerli qurumların fəaliyyətinə yeni və mütərəqqi yanaşmalar gətirəcəyinə əminliyini ifadə edib.   Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev isə Dövlət Proqramı məzunlarının əmək bazarında rəqabət üstünlüyünə malik olduqlarını bildirib və onlar üçün yaradılan əlverişli məşğulluq perspektivlərindən söz açıb.   Rəsmi hissənin ardınca açıq elan olunan karyera sərgisində 40-dan çox nüfuzlu dövlət və özəl qurum təmsil olunub. Məzunlar birbaşa işəgötürənlərlə ünsiyyət qurmaq, CV-lərini təqdim etmək və gələcək karyera imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.

Həsən Həsənli Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb

Fevralın 27-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Türkiyə Respublikasının milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüşüb.     Görüş çərçivəsində ümumi və peşə təhsili sahələrində cari əməkdaşlıq və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edib

Fevralın 27-də elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib.   Qəbulda Sumqayıt, Abşeron, Xızı və Qubadlı sakinləri iştirak ediblər.   Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.     Qəbul zamanı vətəndaşlar iş yerinin dəyişdirilməsi,  tələbə köçürülməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.   Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Elm və təhsil naziri Sumqayıtda təhsil müəssisəsində olub

Fevralın 27-də elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində yerləşən İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində olub.    Məlumat verilib ki, təhsil müəssisəsi 2021-ci ildə əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda 3008 şagirdin təhsil aldığı məktəbdə 135 nəfər pedaqoji, 39 nəfər isə texniki işçi çalışır.   Sinif otaqlarına baxış zamanı nazir STEAM və “Rəqəmsal bacarıqlar” layihələrinin tədris prosesi ilə yaxından maraqlanıb, dərslərin təşkilini izləyib və şagirdlərlə fikir mübadiləsi aparıb. Şagirdlərin təqdim etdikləri layihə və praktiki işlərlə tanış olan nazir sözügedən layihələrin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.   Səfər çərçivəsində elm və təhsil naziri təhsil müəssisəsində yaradılmış, imtahanların təşkili üçün nəzərdə tutulan MİQ mərkəzinə də baxış keçirib. Nazir həmçinin məktəbin kitabxanasındakı mövcud şəraitlə tanış olub, şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması və oxu mədəniyyətinin təşviqinin təhsil prosesinin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.   Qeyd edək ki, məktəblə tanışlıq zamanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva da iştirak ediblər.

Elm və təhsil naziri Türkiyənin fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Fevralın 26-da elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün və Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin nümayəndələri ilə görüşüb.   Görüş çərçivəsində təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Emin Əmrullayev Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Fevralın 26-da elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamas Torma ilə görüşüb.   Görüş çərçivəsində Macarıstan ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

23/11/2026

Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırması prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçiriləcək.

Ətraflı
23/11/2026

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir.

Ətraflı
23/11/2026

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir.

Ətraflı