İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən Publik Hüquqi Şəxs kimi fəaliyyət göstərir. Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb. 2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Onların 385-i qadındır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir. Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur. Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. Hazırda mərkəzdə 138 nəfər çalışır. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi kadr hazırlığı istiqamətində dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığa özəl sektorla birgə kadr hazırlığı, mütəxəssislərin tədrisə cəlb olunması, istehsalat təlimləri, ustad dərsləri, həmçinin sosial və innovativ layihələrin icrası daxildir. https://president.az
25/02/2026 11:50
Leyla Əliyeva və Alena Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Fevralın 24-də Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər ediblər. Səfər çərçivəsində Leyla Əliyeva və Alena Əliyeva Quba şəhərində internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər. Əvvəlcə Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə baş çəkilib. Bildirilib ki, burada 79-u oğlan, 35-i qız olmaqla 114 məktəbli təhsil alır. Leyla Əliyeva və Alena Əliyeva internat məktəbində yaradılan şəraitlə tanış olub, uşaqlarla səmimi söhbət edib, onların məşğələ proseslərini izləyib, fotolar çəkdirib və şagirdlərə məktəbli ləvazimatları təqdim ediblər. Məktəbdə şagirdlər tərəfindən hazırlanan mədəni proqram təqdim olunub, şeirlər səsləndirilib, mahnılar ifa olunub. Daha sonra Quba STEAM mərkəzi ziyarət olunub. Mərkəzlə tanışlıq zamanı xatırladılıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində 2019-cu ildən etibarən STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş tətbiqinə başlanılıb. Qeyd olunub ki, STEAM mərkəzi Qubada 2021-ci ildən fəaliyyət göstərir və bütün yaş qrupları üçün nəzərdə tutulub. Leyla Əliyeva və Alena Əliyeva mərkəzdə yaradılan şəraitlə yaxından tanış olub, şagirdlərlə səmimi söhbət aparıb, onların burada əldə etdikləri bilik və bacarıqların praktiki tətbiqi ilə maraqlanıblar. Sonda uşaqlar və məktəbin kollektivi ilə xatirə şəkilləri çəkdirilib. AZƏRTAC
25/02/2026 09:45
Elm və təhsil naziri LDU-nun Baytarlıq klinikası ilə tanış olub
Elm və təhsil naziri Emin Əmrullayev Lənkəran Dövlət Universitetinin nəzdində yaradılmış Baytarlıq klinikası ilə tanış olub. Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov klinikada yaradılmış şərait, heyvanların müayinəsi və müalicəsi üçün nəzərdə tutulmuş kabinetlər, laboratoriyalar və müasir tibbi avadanlıqlar barədə nazirə ətraflı məlumat verib. Bildirib ki, klinika həm regionda ev və çöl (vəhşi) heyvanlarının sağlamlığının qorunmasına xidmət edir, həm də universitetin baytarlıq ixtisasında təhsil alan tələbələr üçün praktiki vərdişlərin formalaşdırılması baxımından mühüm tədris bazası rolunu oynayır. Elm və təhsil naziri Emin Əmrullayev universitetin baytarlıq ixtisasında təhsil alan tələbələr və müəllim heyəti ilə də görüşüb, onların fikirlərini dinləyib, baytarlıq sahəsində kadr hazırlığı istiqamətində həyata keçirilən işlərlə yaxından tanış olub, tövsiyələrini verib.
25/02/2026 09:00
“Təhsilin rəqəmsallaşdırılması” mövzusunda brifinq keçirilib
Fevralın 24-də Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) rəisi Vüsal Xanlarov media nümayəndələri üçün brifinq keçirib. Brifinqdə “Təhsilin rəqəmsallaşdırılması” mövzusunda geniş təqdimatla çıxış edən Vüsal Xanlarov bildirib ki, təhsilin rəqəmsallaşdırılması infrastrukturun gücləndirilməsi və vahid rəqəmsal həllərin tətbiqi əsasında həyata keçirilir. Bu prosesin əsas məqsədi isə təhlükəsiz və effektiv rəqəmsal mühitin yaradılmasıdır. Çıxış zamanı Bakı şəhərində istifadəyə verilən “Rəqəmsal məktəb” platforması barədə danışılıb və qeyd olunub ki, bu platforma tədrisin idarə olunmasını, monitorinqini və hesabatlılığını vahid rəqəmsal mühitdə təmin edir. Brifinqdə süni intellektin təhsildə tətbiqi imkanlarına da toxunulub. Bildirilib ki, “Microsoft” və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə müəllimlərə dəstək məqsədilə hazırlanmış “Copilot” tətbiqi təhsil mühitinin tələblərinə uyğunlaşdırılmış, kurikulum əsaslı və yerli təhsil ehtiyaclarına uyğun fəaliyyət göstərən süni intellekt alətidir. Eyni zamanda brifinqdə şagirdlər üçün nəzərdə tutulmuş süni intellekt əsaslı təhsil köməkçisi, “Müəllim” mobil tətbiqi, elektron təhsil sənədləri, Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunan təhsil xidmətləri və digər aidiyyəti istiqamətlərdən də danışılıb. Brifinq çərçivəsində vurğulanıb ki, təhsilin rəqəmsallaşdırılması prosesi mərhələli şəkildə davam etdirilir və əsas prioritet rəqəmsal infrastrukturun genişləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması və innovativ texnologiyaların təhsil sisteminə inteqrasiyasıdır. Brifinqdə media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.
24/02/2026 15:30
AzMİU-nun əməkdaşlarına yüksək dövlət mükafatları təqdim olunub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibətilə bu təhsil müəssisəsinin bir qrup əməkdaşına dövlət mükafatlarının təqdim olunması mərasimi keçirilib. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət mükafatına layiq görülən universitet əməkdaşlarını təbrik edib, bu yüksək dəyərə görə təhsil ictimaiyyəti adından ölkə başçısına təşəkkürünü ifadə edib. Nazir çıxışında AzMİU-nun keçdiyi inkişaf yolunu xatırladıb, bu universitetin məzunlarının həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qazandıqları uğurlardan bəhs edərək universitetin elmi-pedaqoji potensialının Azərbaycanın insan kapitalının formalaşmasında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, AzMİU təhsil və tədqiqat sahəsində fərqlənən ali təhsil müəssisəsi kimi ölkədə mühəndislik, memarlıq və şəhərsalma istiqamətlərinin inkişafına mühüm töhfələr verir. Tədbirdə çıxış edən AzMİU-nun rektoru Gülçöhrə Məmmədova vurğulayıb ki, hazırda universitetin əsas hədəflərindən biri tədqiqat universiteti modelinin daha da gücləndirilməsidir. Bildirilib ki, rəqəmsal çağırışlar, süni intellekt və innovativ texnologiyaların tədris və tədqiqat prosesinə inteqrasiyası AzMİU-nun strateji inkişaf xəttinin mühüm istiqamətləridir. Sonra elm və təhsil naziri tərəfindən dövlət mükafatları təqdim olunub. Tədbirin sonunda xatirə fotosu çəkdirilib. Təltif olunanlar
24/02/2026 14:48
“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir
Fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən icra olunan “Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri təşkil edilib. Məqsəd innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqidir. Eyni zamanda, tələbələrin innovativ ideyalarının inkişafına şərait yaradılması və onların ixtiraçılıq, startap fəaliyyətinə istiqamətləndirilməsi əsas prioritetlərdəndir. Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər. Tədbir çərçivəsində Dövlət Agentliyi ilə layihəyə yeni qoşulan Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyası arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb. Sonra qonaqlar startap komandalarının layihələri ilə tanış olublar. Tədbirdə rəsmilərin çıxışları dinlənilib, layihə çərçivəsində görülmüş işləri əks etdirən videoçarx nümayiş etdirilib. Çıxışında XXI əsrin bacarıq və səriştələrinə toxunan elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda yaradıcı şəxslərin yaradıcılıq fəaliyyəti müasir sosial inkişafın əsas mənbəyidir. Buna görə də geniş mənada «yaradıcılıq bu gün inkişaf mexanizmi» və ya «inkişafa aparan qarşılıqlı təsir kimi» qəbul edilir. Bu gün dinamizm, sosial və elmi-texniki inkişafın uğuru yalnız yaradıcı şəxslərin yaradıcılıq fəaliyyətinin səmərəliliyindən asılıdır. Nazir müavini dəyişən dünyada müasir problemlərin yalnız çox hazırlıqlı təhsilalanlar tərəfindən həll ediləcəyini qeyd edib və ideyaların – innovasiyalara çevrilməsi üçün xüsusi innovasiya məkanının formalaşdırılmasının zərurətini vurğulayıb. Qeyd edək ki, 2021-ci ildən bu günədək layihə çərçivəsində 15 ali təhsil müəssisəsi ilə əməkdaşlıq qurulub, 3 mindən çox tələbə tərəfindən 300-dən artıq startap ideyası təqdim olunub. Universitetlərdə hazırlanmış 130-dan çox mentorun dəstəyi ilə 29 startap komandası formalaşdırılıb və “Demo Day” tədbirlərində layihələrini təqdim edib.
19/02/2026 15:32
“AzerGold” QSC-nin peşə və ali təhsil müəssisələri üçün elan etdiyi təqaüd proqramının qalibləri mükafatlandırılıblar
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2025-2026-cı tədris ili üzrə peşə və ali təhsil müəssisələrinin tələbələri üçün elan etdiyi 5-ci təqaüd proqramı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədr müavini İlqar Cəlilov, eləcə də ali təhsil müəssisələrinin rektorları və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İlqar Cəlilov təqaüd proqramının qaliblərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. İlqar Cəlilov proqram çərçivəsində bugünədək 47 nəfərin ali təhsil, 52 nəfər tələbənin isə peşə təhsili üzrə müsabiqə qalibi seçildiyini və onlardan 13 nəfərin QSC-də işə qəbul edildiyini diqqətə çatdırıb. Dağ-mədən sahəsinin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə investisiya baxımından perspektivli üç prioritet istiqamətdən biri kimi müəyyən edildiyini qeyd edən İlqar Cəlilov vurğulayıb ki, bu sahədə insan kapitalının gücləndirilməsi, ixtisaslı mütəxəssislərin hazırlanması və gənclərin istehsalat prosesinə inteqrasiyası strateji əhəmiyyət daşıyır və təqaüd proqramı da məhz bu məqsədlərə xidmət edir. Təqaüd proqramlarını tələbələrin təhsil həyatına, onların bilik və bacarıqlarının artırılmasına mühüm töhfə kimi dəyərləndirən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu cür təşəbbüslər tələbələrin peşəkar inkişafına əhəmiyyətli təsir göstərir. Nazir müavini vurğulayıb ki, dövlət şirkəti tərəfindən yaradılan bu imkanlar tələbələrin real iş mühitinə daha sürətli uyğunlaşmasına, nəzəri biliklərlə yanaşı praktiki bacarıqlara da yiyələnməsinə və gələcək karyeralarına daha hazırlıqlı başlamalarına şərait yaradır. Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı Agentliklə “AzerGold” arasında 2021-ci ildən qüvvədə olan əməkdaşlıq memorandumu çərçivəsində peşə təhsili istiqamətində ixtisaslı kadrların hazırlanmasına yönəlmiş birgə fəaliyyətin artıq konkret və ölçüləbilən nəticələr verməkdə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, istehsalat yönümlü təhsil modelinin tətbiqi, kurikulumların əmək bazarının tələblərinə uyğunlaşdırılması və sənaye tərəfdaşlığı mexanizmlərinin gücləndirilməsi bu əməkdaşlığın əsas uğur komponentlərini təşkil edir. Çıxışlardan sonra təqaüd proqramının qaliblərinə təltifnamələr və xatirə hədiyyələri təqdim olunub. Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ali təhsil müəssisələrindən geologiya, dağ-mədən mühəndisliyi, ekologiya, metallurgiya ixtisasları üzrə təhsil alan 9, peşə təhsili müəssisələrindən isə 15 tələbə “AzerGold” təqaüdünün qalibi olub. Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədi ilə qaliblərin hər biri üçün aylıq təqaüd ödəniləcək. Qaliblər şirkətin istehsalat sahələrində təcrübə keçmək imkanı əldə edəcək, nəzəri biliklərini real iş mühitində tətbiq etməklə praktiki bacarıqlarını gücləndirəcəklər.
19/02/2026 12:25
“Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın yenilənməsi məqsədilə yaradılmış İşçi qrupun ilk iclası keçirilib
Elm və Təhsil Nazirliyində “Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın yenilənməsi məqsədilə yaradılmış İşçi qrupun ilk iclası keçirilib. Elm və təhsil nazirinin müavini, Komissiyanın sədri Kənan Kərimzadənin rəhbərliyi ilə keçirilən iclasda Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Turizm Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə son illərdə peşə təhsili sahəsinə ali səviyyədə göstərilən diqqət, aparılan sistemli islahatlar və nəticədə peşə təhsilinin əhatəliliyinin genişlənməsi ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb. Yerli və qlobal əmək bazarında baş verən dinamik dəyişikliklərin və peşə ixtisaslı kadr hazırlığının da bu dəyişikliklərə uyğun olaraq təkmilləşdirilməsi zərurətindən danışan nazir müavini mövcud “Peşə təhsili üzrə ixtisasların təsnifatı” sənədinin də yenilənməsinin vacib olduğunu qeyd edib. Daha sonra təqdimatla çıxış edən nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva hazırda peşə təhsili müəssisələrinə tələbə qəbulu üçün baza sənəd olan “Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın strukturu, təsnifatın yenilənməsini zəruri edən faktorlar və yeni təsnifat layihəsi ilə bağlı görülmüş işlərdən danışıb. Səbinə Babayeva İşçi qrupun üzvlərinə yeni təsnifat layihəsini təqdim edərək layihənin hazırlanmasında əsas götürülmüş prinsiplər, yanaşmalar və təklif olunan struktur, eləcə də İşçi qrupun üzvlərindən gözləntilər barədə məlumat verib. Daha sonra aidiyyəti qurumların nümayəndələrinin təklifləri dinlənilib. İclas müzakirə formatında davam etdirilib.
19/02/2026 11:02
“Mentorla görüş” layihəsi çərçivəsində Firudin Qurbanov gənclərlə görüşüb
Fevralın 18-də “Regional İnkişaf” İctimai Birliyinin paytaxt və regionları təmsil edən könüllüləri ilə elm və təhsil nazirinin müavini Firudin Qurbanovun görüşü keçirilib. “Mentorla görüş” layihəsi çərçivəsində keçirilən görüşdə nazir müavini ölkədə təhsil sahəsində aparılan islahatlar, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra gənclərin üzərinə düşən yeni vəzifələr barədə məlumat verib. O, XXI əsrin çağırışlarına uyğun olaraq gənclərin yalnız bilik deyil, yaradıcı təfəkkür, tənqidi düşüncə, ünsiyyət və texnologiyalardan səmərəli istifadə bacarıqlarına yiyələnməsinin vacib olduğunu vurğulayıb. Nazir müavini idman, musiqi və incəsənətlə məşğul olan gənclərin təhsil nailiyyətlərinin daha yüksək olduğunu, İkinci Qarabağ müharibəsi zamanı şəhid olan təhsil işçiləri və məktəblilərin heç zaman unudulmayacağını qeyd edib. Gənclərə vətənin müdafiəsi və qarşıya qoyulan vəzifələrə həmişə hazır olmağın əhəmiyyətini xatırladıb. Görüşdə karyera inkişafı, uğurlu insanların motivasiya mənbəyi və şəxsi məsuliyyətin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Nazir müavini gənclərə dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil imkanlarından yararlanmağın vacibliyini də vurğulayıb. Sonda iştirakçıların suallarını cavablandıran nazir müavini gənclərə sevdikləri işlə məşğul olmağı arzu edib.
18/02/2026 17:18
Emin Əmrullayev ICESCO-nun baş direktoru ilə görüşüb
Fevralın 17-də elm və təhsil naziri Emin Əmrullayev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malikin dəvəti ilə ICESCO-nun Rabat şəhərində yerləşən Baş qərargahında səfərdə olub. Nazir təşkilatın Baş qərargahı ilə tanış olub, daha sonra ICESCO-nun baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik ilə ikitərəfli görüş keçirib. Görüş zamanı iki qurum arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
18/02/2026 09:53
Filter
Elanlar
-
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03 -
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının operatorunun seçilməsi ilə bağlı müsabiqə
06.08.2025 - 16:19
Fevralın 27-də elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində yerləşən İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində olub. Sinif otaqlarına baxış zamanı nazir STEAM və “Rəqəmsal bacarıqlar” layihələrinin tədris prosesi ilə yaxından maraqlanıb, dərslərin təşkilini izləyib və şagirdlərlə fikir mübadiləsi aparıb. Şagirdlərin təqdim etdikləri layihə və praktiki işlərlə tanış olan nazir sözügedən layihələrin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22871-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı? Müəllimlərin rəqəmsal köməkçisi – “Microsoft Copilot” artıq “Rəqəmsal məktəb” platformasında! Elm və Təhsil Nazirliyi və "Microsoft" şirkətinin birgə təşəbbüsü ilə müəllimlərin gündəlik iş yükünü azaltmaq və tədris prosesini daha effektiv etmək məqsədilə hazırlanmış "Copilot” tətbiqi təhsil mühitinin tələblərinə uyğunlaşdırılmış süni intellekt alətidir. Artıq müəllimlər üçün planlaşdırma və məzmun hazırlığı daha sürətli, daha sistemli və daha yaradıcı olacaq! ? “Copilot” nə imkan yaradır? ? Tədris materiallarının hazırlanması ? Mürəkkəb mətnlərin təhlili ? Dərs planlarının qurulması ? Yeni ideyaların strukturlaşdırılması ? Rəqəmsal və interaktiv məzmunun yaradılması ? Müasir təhsil mühitində vaxtın düzgün idarə olunması və innovativ yanaşmaların tətbiqi artıq seçim deyil, zərurətdir. “Copilot” isə bu transformasiyanın mühüm addımlarından biridir. ? "Copilot"dan istifadə qaydaları ilə tanış olmaq üçün təlimat videosunu izləməyi unutmayın. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ
Ətraflı? Gələcəyin təhsil lideri olmağa hazırsınız? “Təhsil Menecerlərinin İnkişaf Akademiyası” proqramına qeydiyyat başlayır! Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində yeni bir layihəyə start verilir. Strateji düşünən, qərarvermə bacarığı yüksək, komandaya ilham verən təhsil menecerlərinin yetişdirilməsi bu günün prioritetidir. ? “Təhsil Menecerlərinin İnkişaf Akademiyası” məhz bu missiyaya xidmət edir — gələcəyin təhsil liderlərini formalaşdırmaq üçün. ? Sizi nə gözləyir? ✨ Təcrübəli mütəxəssislərdən praktik yönümlü təlimlər ✨ Praktiki tapşırıqlar və real idarəetmə nümunələri ✨ Şəbəkələşmə və təcrübə mübadiləsi imkanı ✨ Fərdi mentor dəstəyi ✨ Rəsmi sertifikat ? Kimlər qoşula bilər? ? Rəhbər vəzifədə çalışmaq və ya bu istiqamətdə inkişaf etmək istəyən pedaqoji şəxslər ⏳ Son qeydiyyat tarixi: 15 mart 2026 ? Qeydiyyat: https://forms.gle/ebED9srb8QfbSS9D6 ? İndi müraciət edin — təhsildə idarə edən tərəfdə olun! #ElmVəTəhsilNazirlyi #EduGovAz #EduAz #AGMA
Ətraflı