“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri ilə görüş
İyulun 12-də Qərbi Azərbaycan İcmasının inzibati binasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri ilə görüş keçirilib.
Görüşdə giriş nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli gənclərin Qərbi Azərbaycan mövzusuna böyük maraq göstərməsini vətənə bağlılığın göstəricisi kimi qiymətləndirib. Sədr Qərbi Azərbaycanın tarix və mədəniyyətinin gənc nəslə ötürülməsində sözügedən olimpiadanın rolunu xüsusi qeyd edib.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxışında gənclərimizin tarixi yaddaşımız və mədəniyyətimizin daşıyıcıları olduğunu qürur hissi ilə qeyd edib. Elm və Təhsil Nazirliyi ilə Qərbi Azərbaycan İcması arasındakı əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirən Mətin Kərimli olimpiadanın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxışında qaliblərə sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov gənclərimizin tarixi keçmişə olan maraq və biliklərini yüksək qiymətləndiriblər.
Qalib şagirdlər öz növbələrində olimpiadada iştirak etməkdən qürur duyduqlarını dilə gətiriblər.
Sonda şagirdlərə Qərbi Azərbaycan İcması adından hədiyyə və mükafatlar təqdim olunub.
Görüşdən sonra olimpiada qalibləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tovuzda vətəndaşları qəbul edəcək
12.05.2026 - 12:11 -
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52
