Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbuluna başlanılır
İyulun 16-da uşaqların dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilir.
Valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2024-2025-ci tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada bilərlər.
Uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi isə regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən baş tutacaq.
Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Qeyd edək ki, boş yerlərə qəbul il ərzində aparılacaq.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
