Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fənn olimpiadalarına qeydiyyat yenidən aktivləşdirilir

Respublika fənn olimpiadalarında iştirak etmək üçün onlayn qeydiyyat yenidən aktiv edilir. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.   Qeydiyyat sistemi 2 dekabr saat 17:00-a kimi aktiv olacaq. Onlayn qeydiyyatla əlaqədar yaranmış çətinliklərlə bağlı +994 50 791 46 31 “WhatsApp” nömrəsinə yazılı şəkildə müraciət edə bilərsiniz.

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

Noyabrın 30-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə bir qrup təhsil işçisinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.   Tədbirdən əvvəl elm və təhsil naziri Emin Əmrullayev, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.   Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb.    Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.     Daha sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib. Elm və təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə, beynəlxalq və  respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqləndiklərinə görə 133 nəfər təhsil işçisinə dövlət təltiflərinin verildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, həmin sərəncamlara əsasən 54 nəfər “Əməkdar müəllim” fəxri adına, 79 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.   Ümumilikdə 4500-dək təhsil işçisinin müstəqillik illərində dövlət təltiflərinə layiq görüldüyünü xatırladan nazir bu təltiflərin müəllim əməyinə verilən ən yüksək dəyər olduğunu diqqətə çatdırıb və təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təhsil işçiləri adından minnətdarlığını bildirib. Emin Əmrullayev Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikasiyası, bilik və bacarıqlarına görə müəllimlərin əməkhaqqının diferensiallaşması istiqamətində görülən işlərdən də danışıb.   Çıxışının sonunda nazir dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.    Tədbirin sonunda  təhsil işçilərinə dövlət təltifləri təqdim olunub.       Təltif olunanlar

Beynəlxalq tələbə forumu yekunlaşıb

23-28 noyabr tarixlərində Təhsilin İnkişafı Fondu və Gənclər Fondunun dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumu keçirilib.   Forum 5 panel müzakirədən ibarət olmaqla xüsusi mövzuları əhatə edib. Forumda “Münaqişədən sonra bərpa: yenidənqurma, uzlaşma və sülh quruculuğu”, "Münaqişədən sonra statistika sahəsində vəziyyət: məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı və reinteqrasiyası", “Müharibədən sonrakı vəziyyət: Cənubi Qafqaz və digər regionlarda sülh, təhlükəsizlik və sabitlik”, “Davamlı sülh, dayanıqlı inkişaf və əməkdaşlıq”, “Münaqişə zonalarından reportajlar, sülhün bərqərar olmasında medianın rolu” mövzuları üzrə çıxışlar olub və müzakirələr aparılıb.   Forum çərçivəsində noyabrın 26-da tələbələrin Şuşaya 1 günlük səfəri baş tutub. Səfər zamanı tələbələr işğaldan azad olunmuş ərazilərimizdə işğalın ağır nəticələri, dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar.   Qeyd edək ki, forumda xüsusi komissiya tərəfindən seçilmiş “Beynəlxalq münasibətlər”, “Beynəlxalq hüquq”, “Diplomatiya” və digər əlaqəli ixtisaslar üzrə 30 fərqli ölkədən dünyanın top universitetlərində təhsil alan 40 xarici və 10 yerli tələbə iştirak edib.

Qoşulmama Hərəkatına üzv dövlətlərin təhsil nazirlərinin görüşü keçirilib

Noyabrın 29-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin təhsil nazirlərinin onlayn görüşü keçirilib.   Görüşdə açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev pandemiya dövründə ölkəmizdə təhsilin davamlılığının təmin edilməsi məqsədilə atılan addımlar, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində təhsil sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.   Tədbirdə həmçinin UNESCO-nun Baş direktorunun təhsil məsələləri üzrə müavini Stefania Giannini, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer və Qoşulmama Hərəkatına üzv dövlətlərin təhsil nazirləri çıxış edərək təhsil sahəsi qarşısında duran çağırışlardan bəhs edib, baş verən yeniliklərlə bağlı öz təcrübələrini bölüşüblər.   Görüş zamanı Qoşulmama Hərəkatı Gənclər Təşkilatının rəhbəri Orduxan Qəhrəmanzadə də çıxış edib və təşkilatın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.

Fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçənlərin nəzərinə!

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi başa çatıb. Ümumilikdə 45 000-ə yaxın şagird qeydiyyatdan keçib.     Qeydiyyatdan keçən şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinin “Ümumi məlumatlar” hissəsindən buraxılış vərəqələrini əldə edə bilərlər. Buraxılış vərəqələrinin əldə edilməsi ilə əlaqədar yaranmış çətinliklərlə bağlı +994 50 791 46 31 “WhatsApp” nömrəsinə yazılı şəkildə müraciət etmək mümkündür.     Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də əyani şəkildə əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.     Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştiraklarının təmin edilməsidir.     Respublika fənn olimpiadaları “Kapital Bank” ilə əməkdaşlıq əsasında həyata keçirilir. 

Zaqatalada STEAM Mərkəzi istifadəyə verilib

Noyabrın 28-də Zaqatala şəhərində Z.Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbdə STEAM Mərkəzinin açılış mərasimi keçirilib.     Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, rayon üzrə təhsil sektorunun müdiri Kəmalə Əhmədova iştirak ediblər.      Mərasimdə iştirak edən qonaqlar Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar. İnnovativ texnologiyalarla tam təmin olunan Mərkəzin bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulduğu və burada "Robotics", "Art", "Science", "STEAM Kids", CNC və 3D çap mexatronika, dron istiqamətləri üzrə sahələrin mövcudluğu iştirakçıların diqqətinə çatdırılıb.    Eyni zamanda regionun digər məktəblərinin şagird və müəllimlərinin də Mərkəzdə yaradılmış imkanlardan istifadə edə biləcəkləri xüsusilə vurğulanıb.       Qeyd edək ki, 2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və s. kimi bacarıqlar formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, eləcə də fənləri onların real dünyadakı tətbiqlərinə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir.   

Nazir Şəkidə vətəndaşları qəbul edib

Noyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarında qeydiyyatda olan sakinləri qəbul edib. Qəbulda qeyd olunan ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.  Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.   Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.  

"146" Çağrı Mərkəzinin fəaliyyət sahəsi genişləndirilir

Elm və Təhsil Nazirliyi "146" Çağrı Mərkəzinin yeni fəaliyyət istiqamətlərini vətəndaşların istifadəsinə təqdim edir. Belə ki, mövcud istiqamətlərə Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı, Gəncə-Daşkəsən və Mərkəzi Aran regional təhsil idarələrinin çağrı mərkəzləri əlavə olunub.    Qeyd olunan regional təhsil idarələri ilə əlaqə yaratmaq istəyən vətəndaşlar Abşeron-Xızı üçün 146-0-1, Gəncə-Daşkəsən üçün 146-0-2, Mərkəzi Aran üçün isə 146-0-3 nömrələrinə zəng edə bilərlər.    Sözügedən regional təhsil idarələrinin fəaliyyətə başlayan çağrı mərkəzləri yalnız həmin regiona daxil olan təhsil müəssisələri ilə bağlı vətəndaş müraciətlərini cavablandırmaq üçün nəzərdə tutulub.    

Əcnəbi tələbələrlə görüş keçirilib

2022-2023-cü tədris ilində Azərbaycan Respublikasının təhsil qrantı proqramları çərçivəsində ölkəmizdə təhsil almaq hüququ qazanmış bir qrup İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları ilə görüş keçirilib. Görüş Elm və Təhsil və Xarici İşlər nazirliklərinin aidiyyəti struktur bölmələrinin rəhbər və məsul şəxslərinin iştirakı ilə baş tutub.   Görüşdə təhsil qrantı qalibləri ilə yanaşı, onların təhsil aldığı Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetinin nümayəndələri də iştirak ediblər.    Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, şöbənin sektor müdiri Müjdat Həsənov və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AIDA) rəis müavini Aliyə Ağazadə görüş zamanı təhsil qrantı proqramlarına dair zəruri məlumatları əcnəbi tələbələrlə bölüşüb və onların suallarını cavablandırıblar.   Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr təhsil alır. Belə ki, 2018-2022-ci illər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-yə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar. Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir.   2022-2023-cü tədris ilində yerli ali təhsil müəssisələrində 40 tələbə təhsil qrantı çərçivəsində təhsil almaq imkanı əldə edib. 

Elm və təhsil naziri media üçün brifinq keçirib

Noyabrın 25-də elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib.     Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev xaricdə təhsil üzrə mövcud dövlət proqramları çərçivəsində gənclərə yaradılan imkanlardan söz açıb. Nazir qeyd edib ki, hazırda 207 nəfər “2019-2023-cü illər üçün Dövlət Proqramı”  çərçivəsində xaricdə doktorantura təhsili, 353 nəfər “2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavr və magistr təhsili alır. 165 nəfər isə hökumətlərarası təqaüd proqramları (HTP) çərçivəsində xaricdə təhsil almaq imkanı qazanıb.     Daha sonra müəllimlərin sertifikatlaşdırılmasından söz açan nazir bildirib ki, ümumilikdə, 11 657 nəfər ibtidai sinif müəllimi sertifikasiyaya cəlb olunub. 51 baldan yuxarı nəticə göstərən müəllimlərin sayı 3 163 nəfərdir. Onların orta aylıq əməkhaqları 831 manata qədər qalxıb. Digər 48 faiz, yəni 5 624 nəfər 30-50 arası bal toplayan müəllimin əməkhaqqı isə 686 manat civarındadır.    Məktəblərin istiliklə təminatına toxunan Emin Əmrullayev təhsil müəssisələrində bununla bağlı yaranmış texniki nasazlıqların aradan qaldırılması üçün işlərin mütəmadi davam etdirildiyini diqqətə çatdırıb.     Yeni hazırlanmış şagird davranış qaydalarının ictimai müzakirəsinin yekunlaşdırıldığını qeyd edən Emin Əmrullayev bildirib ki, qaydalar cari tədris ilinin ikinci yarımilində 300 məktəbdə pilot layihə kimi tətbiq ediləcək. Növbəti tədris ilindən isə bütün məktəblərdə tətbiqi nəzərdə tutulur.     Nazir çıxışında məktəblərin internetə çıxışı, kompüter təminatı, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin seçimi və uşaqların qəbulu barədə də məlumat verib.       Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

03/06/2026

İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış

Ətraflı
03/06/2026

? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura

Ətraflı
03/06/2026

? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər

Ətraflı