Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq tələbə forumu yekunlaşıb

23-28 noyabr tarixlərində Təhsilin İnkişafı Fondu və Gənclər Fondunun dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumu keçirilib.

 

Forum 5 panel müzakirədən ibarət olmaqla xüsusi mövzuları əhatə edib. Forumda “Münaqişədən sonra bərpa: yenidənqurma, uzlaşma və sülh quruculuğu”, "Münaqişədən sonra statistika sahəsində vəziyyət: məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı və reinteqrasiyası", “Müharibədən sonrakı vəziyyət: Cənubi Qafqaz və digər regionlarda sülh, təhlükəsizlik və sabitlik”, “Davamlı sülh, dayanıqlı inkişaf və əməkdaşlıq”, “Münaqişə zonalarından reportajlar, sülhün bərqərar olmasında medianın rolu” mövzuları üzrə çıxışlar olub və müzakirələr aparılıb.

 

Forum çərçivəsində noyabrın 26-da tələbələrin Şuşaya 1 günlük səfəri baş tutub. Səfər zamanı tələbələr işğaldan azad olunmuş ərazilərimizdə işğalın ağır nəticələri, dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar.

 

Qeyd edək ki, forumda xüsusi komissiya tərəfindən seçilmiş “Beynəlxalq münasibətlər”, “Beynəlxalq hüquq”, “Diplomatiya” və digər əlaqəli ixtisaslar üzrə 30 fərqli ölkədən dünyanın top universitetlərində təhsil alan 40 xarici və 10 yerli tələbə iştirak edib.


3 il əvvəl