Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” mövzusunda seminar

Noyabrın 25-də Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlunun “Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” mövzusunda seminarı keçirilib. Seminar Təhsilin İnkişafı Fondunun təşəbbüsü, Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilati dəstəyi ilə baş tutub. AzTU-nun rektoru Vilayət Vəliyev qonaqları salamlayaraq seminar çərçivəsində “Universitet-sənaye əməkdaşlığı”, “Müəllim-tələbə münasibətləri”, “Tədrisin keyfiyyəti və tədqiqatların sənayeyə tətbiqi”, eləcə də “Gələcəyin universitetləri necə olacaq?” mövzularına toxunulacağından bəhs edib. Daha sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun əsas məqsəd və fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Seminar İhsan Sabuncuoğlunun təqdimatı əsasında davam etdirilib. Təqdimatın birinci hissəsində rektor “Ali təhsildə qlobal trendlər və tətbiqlər” mövzusunda çıxış edib. İkinci hissədə isə “Azərbaycanda ali təhsil və universitet-sənaye əməkdaşlığı” adlı tədqiqat mövzusundan danışılıb. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.

Macarıstanda oxuyan tələbələrin nəzərinə!

8 dekabr 2022-ci il saat 10:00-12:00 tarixində Elm və Təhsil Nazirliyinin nümayəndə heyətinin Macarıstanda təhsil alan HTP tələbələri və məzunları ilə Budapeşt şəhərində görüşü nəzərdə tutulub.    Görüşün məqsədi tələbə və məzunlarla əlaqələri möhkəmləndirmək, onların akademik uğurları və gələcək fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparmaqdır. Görüş Azərbaycanın Macarıstandakı səfirliyində təşkil ediləcək.    Yerlərin məhdudluğunu nəzərə alaraq, qeydiyyatdan keçən ilk 70 nəfər görüşdə iştiraka dəvət ediləcək.    Görüşdə iştirak etmək üçün 30 noyabr saat 23:59-dək (GMT+4, Bakı vaxtı ilə) forumu dolduraraq qeydiyyatdan keçməyiniz xahiş olunur.   

3-cü Beynəlxalq Avrasiya Enerji və Dayanıqlılıq konfransı

Noyabrın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) “Avrasiyada dinamik enerji landşaftı: Enerji təhlükəsizliyinə qlobal təhdidlər, regional problemlər və imkanlar” mövzusunda 3-cü Beynəlxalq Avrasiya Enerji və Dayanıqlılıq konfransı öz işinə başlayıb.   10 ölkədən 500-ə yaxın nümayəndənin iştirak etdiyi konfrans AzTU və Türkiyənin Boğaziçi Universitetinin təşkilatçılığı ilə keçirilir.   Giriş nitqi ilə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, konfransın əsas məqsədi biznes, hökumət və akademik qurumların iştirakı ilə Avrasiya regionunda enerji və dayanıqlı inkişafla bağlı problemləri müzakirə edərək müəyyən həll yolları və təkliflər müəyyənləşdirməkdir.    Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək bildirib ki, bu gün enerji məsələləri qlobal miqyasda həm siyasi, həm də iqtisadi cəhətdən aktual mövzuya çevrilib. Avrasiyanın enerji sektorunda baş verən geosiyasi proseslər qlobal enerji bazarlarına birbaşa təsir etməklə yeni meyllər yaradır və dayanıqlı, hamı üçün əlçatan enerji təchizatının vacibliyini göstərir.   İşğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işləri aparıldığını diqqətə çatdıran Firudin Qurbanov qeyd edib ki, həmin ərazilərdə dayanıqlı enerji təchizatı məsələləri prioritet işlər sırasındadır. İşğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zona yaradılacaq və müasir texnologiyalara əsaslanan təmiz enerji istehsalı və təchizatı həyata keçiriləcək. Enerji sahəsində bu cür çağırışların ali təhsil müəssisələri qarşısında yeni tədqiqat vəzifələri qoyduğunu əlavə edən nazir müavini konfransın qeyd olunan əhəmiyyətli sahəyə töhfə verəcəyinə inamını ifadə edib.    Çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayan Firudin Qurbanov Azərbaycan-Türkiyə qardaşlığının bütün sahələrdə olduğu kimi, akademik sahədə də inkişaf etdirilməsinin ölkələrimizin birgə elmi potensialının gücləndirilməsinə xidmət etməli olduğunu vurğulayıb.    Konfransda çıxış edən digər qonaqlar konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıblar. Bildirilib ki, konfrans Azərbaycanda və bütövlükdə Avrasiya məkanında enerji sənayesinin yeni problemlərini dövlət, akademik və biznes nümayəndələri ilə daha geniş auditoriyalarda müzakirə etmək, müasir qlobal sənaye tendensiyalarını təhlil etmək və ən yaxşı beynəlxalq təcrübələri öyrənmək üçün zəruri platforma rolunu oynayacaq.   Qeyd edək ki, iki gün davam edəcək konfransın bölmə iclaslarında “Avrasiyanın enerji sektoruna geosiyasi təsirlər”, “Son dövrlərdə qlobal enerji bazarlarında baş verən meyllər”, “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində təmiz enerji hədəflərinə nail olmaq üçün enerji siyasəti”, “Təmiz enerjiyə keçidin dəstəklənməsi” və digər mövzular ətrafında müzakirələr aparılacaq.  

“Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumunun açılış mərasimi

Noyabrın 24-də Gənclər Fondu və Təhsilin İnkişafı Fondunun dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə ADA Universitetində “Şuşa ili”nə həsr olunan “Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumunun açılış mərasimi keçirilib.    Forumda əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.    Tədbirin qonaq spikerləri Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva açılış mərasimində yerli və xarici qonaqları salamlayaraq işğal dövründə Şuşa şəhərinin maddi-mədəni irsinə vurulmuş zərər haqqında xarici tələbələrin düzgün məlumatlandırılmasında, eləcə də işğaldan sonrakı mərhələdə gələcək inkişaf perspektivlərinin tədqiqi istiqamətində fundamental araşdırmalar aparılması barədə məlumat veriblər.     Tədbir zamanı 2 panel müzakirə də təşkil edilib. "Münaqişədən sonra bərpa: yenidənqurma, uzlaşma və sülh quruculuğu", "Münaqişədən sonra statistika sahəsində vəziyyət: məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı və reinteqrasiyası" mövzularına həsr olunmuş panellərdə forum iştirakçıları arasında maraqlı diskussiyalar aparılıb.    Qeyd edək ki, forumda “Beynəlxalq münasibətlər”, “Beynəlxalq hüquq” və “Diplomatiya” ixtisasları üzrə təhsil alan 50 tələbə iştirak edib. Onlardan 40 nəfəri 30 fərqli ölkəni təmsil edən əcnəbi tələbədir.    Forum 5 gün davam edəcək. 

Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” müsabiqə-festivalı

Noyabrın 25-dən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” I respublika onlayn incəsənət müsabiqə-festivalına start veriləcək.     Müsabiqə-festival respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənətyönümlü ümumi təhsil müəssisələri istisna olmaqla) şagirdləri arasında 2 yaş qrupunda (11-14 və 15-17) aşağıdakı istiqamətlər üzrə keçirilir:    - “Xəmsə” musiqidə müsabiqəsi;  - “Xəmsə” bədii qiraətdə müsabiqəsi;  - “Xəmsə” dramda müsabiqəsi;  - “Xəmsə” təsviri və dekorativ-tətbiqi sənətdə müsabiqəsi;  - “Nizami Gəncəvi yaradıcılığında ümumbəşəri dəyərlər” inşa müsabiqəsi.  Müsabiqə-festival aşağıdakı mərhələlər üzrə keçirilir:    Məktəb mərhələsi – Məktəb mərhələsi 25 noyabr-5 dekabr 2022-ci il tarixlərində bütün ümumtəhsil məktəblərində məktəb rəhbərliyinin əmri ilə yaradılmış təşkilat komitəsi və münsiflər heyəti tərəfindən keçirilir. Məktəb mərhələsində I yerin qalibi olmuş iştirakçılar rayon mərhələsinə vəsiqə qazanacaqlar.      Rayon mərhələsi – Rayon mərhələsi 8-12 dekabr 2022-ci il tarixlərində regional təhsil idarələrinin əmri ilə rayonlarda yaradılmış təşkilat komitəsi və münsiflər heyəti tərəfindən keçirilir. Rayonlarda hər iki yaş qrupu və nominasiyalar üzrə I yerin qaliblərinin çıxışları onlayn formada zona mərhələsinə göndəriləcək.    Zona mərhələsi – Zona mərhələsi 16 dekabr 2022-ci il tarixində keçiriləcək. Zona mərhələsində hər iki yaş qrupu və nominasiyalar üzrə I yeri tutmuş iştirakçılar final mərhələsində iştirak üçün vəsiqə qazanacaqlar.     Regionlar üzrə I yerləri tutmuş qaliblər haqqında protokollar 23 dekabr 2022-ci il tarixinədək 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ünvanına göndəriləcək (ünvan: e-mail - ugim-3@mk.edu.az, Bakı şəhəri, Bülbül prospekti, Lev Tolstoy 176; əlaqə nömrəsi: 012-421-54-66).    Müsabiqələrin final mərhələsində I yerin qalibi olmuş iştirakçılar türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalında  Azərbaycanı təmsil edəcəklər.    Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” çərçivəsində keçirilən müsabiqələrdə I, II və III yerlərin qalibləri, münsiflər heyətinin sədri və üzvləri Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı, qiymətli hədiyyələri ilə təltif olunacaqlar.    Müsabiqə-festival qaliblərinin iştirakı ilə yekun tədbir və sərgi 27 aprel 2023-cü il tarixində keçiriləcək.    Qeyd edək ki, müsabiqə-festivalın əsas məqsədi uşaq və gəncləri Azərbaycan xalqının dünya şöhrətli şair və mütəfəkkiri Nizami Gəncəvinin klassik irsi ilə tanış etmək, yaradıcılığına məhəbbət hissi oyatmaq, şairin doğma şəhəri qədim Gəncəni beynəlxalq aləmdə tanıtmaq, “Xəmsə”nin süjetləri əsasında orta əsrlər Azərbaycan miniatür sənəti, dekorativ-tətbiqi sənət növləri vasitəsilə məktəblilərin bacarıqlarını formalaşdırmaqdır. Həmçinin yetişməkdə olan gənc istedadları üzə çıxarmaq, Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş etdiyi “Xəmsə”si vasitəsilə uşaq və gənclərə söz sənətini sevdirmək, eləcə də milli mədəniyyət və incəsənətimizi təbliğ etmək, dahi şairin əsərlərinə musiqi nümunələri yaratmış Azərbaycan bəstəkarlarını tanıtmaq, türkdilli dövlətlərin uşaq və gəncləri arasında dostluq və mədəni əlaqələri genişləndirmək də müsabiqə-festivalın məqsədləri sırasına daxildir.   Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” müsabiqə-festivalının Əsasnaməsi

Doktorantların və gənc tədqiqatçıların XXV respublika elmi konfransı

Noyabrın 23-də Təhsil İnstitutu və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XXV respublika elmi konfransının (NASCO XXV) açılış mərasimi keçirilib.     Konfransda giriş nitqi ilə çıxış edən təşkilat komitəsinin sədr müavini, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tədbirlə bağlı hesabat təqdim edib.     Elm və təhsil naziri Emin Əmrullayev iştirakçıları salamlayaraq konfransın doktorant və gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, eyni zamanda ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının sıx əməkdaşlığı sahəsində gənc alimlərin inkişafı üçün şərait yaradılmasının üstünlüyündən danışıb.     Daha sonra Berlin Texniki Universitetinin doktorantı Günay Kazımzadə süni zəka üzrə yeni qanunvericilik, qlobal trendlər, doktorantura və akademik laboratoriyalarda təcrübə haqqında çıxış edib.     Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktorantı Könül Qəhrəmanova da öz növbəsində “Azərbaycanda kimya elmi: dünəni, bu günü və gələcək inkişaf perspektivləri” mövzusunda məruzə edib.     Konfransa ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayıb və konfrans iştirakçılarına uğurlar arzulayıb.     Çıxışlardan sonra elmi konfrans panellər və bölmə iclasları ilə davam etdirilib.  Konfrans noyabrın 24-də öz işini davam etdirəcək.   

HTP çərçivəsində Çində təhsil

Çin Xalq Respublikası 2023-2024-cü tədris ili üçün təqaüd proqramı elan edir.   Təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.   Təqaüd proqramına sənəd qəbulu 25 dekabr 2022-ci il tarixinə kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2023-cü ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.   Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Koreyada təhsil alan azərbaycanlı tələbələrlə görüş

Elm və Təhsil Nazirliyinin və Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndələri Koreya Respublikasına səfər edib.     Nümayəndə heyətinin tərkibində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, BMU-nun rektoru Havar Məmmədov, BMU-İnha ikili diplom proqramının direktoru Humay Cəfərli, BMU-nun prorektoru Mənafəddin Namazov təmsil olunur.     Səfər çərçivəsində KAİST Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.     Görüş zamanı bildirilib ki, hazırda universitetdə müxtəlif təhsil pillələri üzrə 47 azərbaycanlı tələbə oxuyur.     Nümayəndə heyəti həmçinin KAİST universitetinin vitse-prezidenti Man-Sunq Yim ilə görüşüb və gələcək əməkdaşlığın qurulmasına dair müzakirələr aparıb.     Qeyd edək ki, səfərin əsas məqsədi “2019-2023 Dövlət Proqramı” çərçivəsində BMU ilə Koreya Respublikasının İnha Universiteti arasında mühəndislik sahəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramına dair müzakirələrin aparılmasıdır.   

“Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Noyabrın 22-də Elm və Təhsil Nazirliyinin şagirdlər arasında təşkil etdiyi “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.   Mərasimdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, yerli təhsili idarəetmə qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.   Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.     Tədbirdə giriş nitqi ilə çıxış edən Baş nazirin müavini Əli Əhmədov 44 günlük Vətən müharibəsində qazanılan qələbənin dövlətimizin qüdrətinin ifadəsi olduğunu vurğulayıb. Baş nazirin müavini qeyd edib ki, ölkə prezidenti cənab İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” ifadəsi bugünkü və gələcək nəsillərə bir çağırışdır.    Müsabiqədə qalib gələn şagirdləri, onların valideyn və müəllimlərini təbrik edən Əli Əhmədov belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində əhəmiyyətli rol oynadığını əlavə edib.   Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi 44 günlük Vətən müharibəsində qazanılan zəfər barədə şagirdlərin öz düşüncələrini qələmə almaları, həmçinin Azərbaycan dilində yazı bacarıqlarının inkişaf etdirilməsi məqsədini daşıyır.    İşğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərdən danışan Emin Əmrullayev hazırda burada bərpa-quruculuq işlərinin davam etdirildiyini və müasir standartlara uyğun məktəblər tikildiyini qeyd edib. Çıxışının sonunda Emin Əmrullayev müsabiqə qaliblərini təbrik edərək onlara uğurlar arzulayıb.   Tədbirdə Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Röya Səfərzadə çıxış edərək təəssüratlarını bölüşüb.   Sonda “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.     Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən 5 nəfər I, 10 nəfər II, 15 nəfər isə III yerə layiq görülməklə ümumilikdə 30 nəfər şagird qalib elan edilib.   Təltif olunanlar

Elm və Təhsil Nazirliyində YAP-ın 30 illik tədbiri

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə Elm və Təhsil Nazirliyində çalışan veteran partiyaçılarla və partiya sıralarına yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib.   Görüşdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən söz açıb.    Daha sonra Ərazi Partiya Təşkilatının sədri Rauf Orucov, partiya fəalları Əhliyyət Adıgözəlov, Fərzəli Qədirov və digərləri YAP-ın keçdiyi yol, cəmiyyətdə rolu barədə öz fikirlərini bildiriblər.   Görüş zamanı təhsil ictimaiyyətinin partiyanın fəaliyyəti istiqamətində gördüyü işlərdən də bəhs olunub.   İclasda Elm və Təhsil Nazirliyi Ərazi üzrə Partiya Təşkilatının İdarə heyətinin yeni üzvlərinə biletlər təqdim edilib.    Sonda veteran partiyaçılara hədiyyələr verilib.

03/06/2026

İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış

Ətraflı
03/06/2026

? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura

Ətraflı
03/06/2026

? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər

Ətraflı