Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Zaqatalada STEAM Mərkəzi istifadəyə verilib

Noyabrın 28-də Zaqatala şəhərində Z.Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbdə STEAM Mərkəzinin açılış mərasimi keçirilib. 
  
Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, rayon üzrə təhsil sektorunun müdiri Kəmalə Əhmədova iştirak ediblər. 
   
Mərasimdə iştirak edən qonaqlar Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar. İnnovativ texnologiyalarla tam təmin olunan Mərkəzin bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulduğu və burada "Robotics", "Art", "Science", "STEAM Kids", CNC və 3D çap mexatronika, dron istiqamətləri üzrə sahələrin mövcudluğu iştirakçıların diqqətinə çatdırılıb. 
 
Eyni zamanda regionun digər məktəblərinin şagird və müəllimlərinin də Mərkəzdə yaradılmış imkanlardan istifadə edə biləcəkləri xüsusilə vurğulanıb.   
  
Qeyd edək ki, 2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və s. kimi bacarıqlar formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, eləcə də fənləri onların real dünyadakı tətbiqlərinə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. 
 


3 il əvvəl