Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibələr

Yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilir.   Bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndirilir.   Müsahibə mərhələsi dekabrın 20-dək davam edəcək.   Qeyd edək ki, ümumi təhsil müəssisələrinə direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibədə 700-ə yaxın, şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsahibədə isə 600-ə yaxın namizəd iştirak hüququ qazanıb.

SAF 2022 davam edir

Dekabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakı Ekspo Mərkəzində olublar.    Qonaqlar SAF 2022 – Beynəlxalq STEAM Azərbaycan festivalı çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar.   Festival çərçivəsində təşkil edilən “İnnovativ layihələr” sərgisi ilə yaxından tanış olan qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, beynəlxalq festivalda ümumilikdə 350 komanda üzrə 1 312 nəfər iştirak edir. Onlardan 127-si 7 xarici ölkəni təmsil edir.    Qeyd edək ki, festival dekabrın 9-dək davam edəcək.   Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.   Əlavə fotolar

Yaponiyada təhsil imkanı

Yaponiyanın Tsukuba Universiteti 2023-2024-cü tədris ili üçün ali təhsilin magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edir. Sözügedən xüsusi proqram Mərkəzi Asiya ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edəcək problemləri həll etmək məqsədilə təsis edilib.   Təqaüd proqramına müraciət üçün son tarix 15 yanvar 2023-cü il müəyyən edilib.   Təqaüd proqramı barədə ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi

Dekabrın 5-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-nin açılış mərasimi keçirilib.    Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.   Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. STEAM layihəsindən danışan nazir bildirib ki, adıçəkilən layihə Azərbaycanın gələcək təhsilinin bu gün atılan ilk addımlarıdır. Emin Əmrullayev qeyd edib ki, STEAM-ın tədrisində əsas məqsəd gələcək nəsli yeni çağırışlara hazırlamaqdır.    Çıxışında festivalın təşkilində 250-dən çox "BİR" tələbə-könüllünün dəstəyini xüsusi vurğulayan elm və təhsil naziri onların hər birini 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.   Nazir çıxışının sonunda festivalın təşkilində əməyi olan hər kəsə təşəkkür edib, iştirakçılara uğurlar arzulayıb.   Daha sonra çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov layihə və festival barədə ətraflı məlumat verib. İqrar Nəzərov STEAM layihəsinin hazırda ölkə üzrə 318 məktəb və 100 305 şagirdi əhatə etdiyini, 22 STEAM Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, layihə üzrə şagird sayının 2026-cı ilə kimi 280 minə çatdırılması nəzərdə tutulur.    SAF 2022-nin ötən ildən fərqini diqqətə çatdıran İqrar Nəzərov builki festivala ümumilikdə 350 komanda üzrə 1 312 nəfər iştirakçının qatıldığını, onlardan 127-nin 7 xarici ölkəni təmsil etdiyini deyib.  Bildirilib ki, beynəlxalq səviyyədə təşkil olunan SAF 2022-də “VEX İQ” və “VEX V5” “Robotiks”, "Lego" “Axtarış və xilasetmə” (10-14,15-18 yaş), “Hakaton” (ali məktəb), "Hakaton" (ümumtəhsil məktəbləri), “Xəyal dünyası” (ibtidai sinif), "Robokids" (ibtidai sinif), “Mexatronika”, “Təhsil dronları” adlı ümumilikdə 10 kateqoriya müəyyənləşdirilib. Müxtəlif kateqoriyalar üzrə festivalda iştirak məqsədilə Böyük Britaniya, İsveç, Türkiyə, Türkmənistan, Estoniya, Özbəkistan, Qazaxıstandan edilən müraciətlərə əsasən bu ölkələrdən olan komandaların iştirakı təmin olunub. Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Fransa, İsrail, Norveç, Çin və Türkiyədən mütəxəssislər münsif olaraq dəvət edilib. SAF 2022-də həmçinin “İnnovativ layihələr sərgisi” də təşkil olunub.    Qeyd edək ki, festival 9-dək davam edəvək.   Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.   

Beynəlxalq Astronavtika Konqresinə dair görüş keçirilib

Dekabrın 5-də "Azərkosmos" ASC ilə Beynəlxalq Astronavtika Federasiyası gələn il Bakının evsahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinə dair elm və təhsil müəssisələri ilə görüş keçirib. Görüşün məqsədi gələn il 2-6 oktyabr tarixlərində ölkəmizdə baş tutacaq Beynəlxalq Astronavtika Konqresində Azərbaycanın elm, təhsil və tədqiqat sahəsinin daşıdığı əhəmiyyətini, beynəlxalq kosmik ictimaiyyət qarşısında ölkəmizin elm istiqamətində inkişafını göstərmək və ümumiyyətlə konqresə Azərbaycanın, həmçinin bizə yaxın regiondakı ölkələrin elm insanlarının aktiv cəlb olunmasına həsr olunub.   Görüşdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və təhsil müəssisələrinin rəsmi nümayəndələri iştirak ediblər.   Görüşdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə kosmik sahəyə xüsusi diqqət yetirildiyini bildirib. Nazir müavini ölkəmizin üç süni peykinin Azərbaycanın dünya kosmos ailəsinə daxil olmasına imkan yaratdığını da diqqətə çatdırıb. Ölkəmizdə bu sahənin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə danışan Firudin Qurbanov həm Elm və Təhsil Nazirliyi, həm də Milli Elmlər Akademiyası tərəfindən sözügedən sahə ilə bağlı kadr hazırlığı, həmçinin elmi araşdırmaların müvafiq səviyyədə aparıldığını qeyd edib.    Çıxış edən "Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov haqqında danışılan konqresin ölkəmizdə kosmik sənayenin inkişafına mühüm töhfə verəcəyini bildirib.    Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger da öz növbəsində federasiyanın ölkələr arasında sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal əməkdaşlıq yaratdığını bildirib.   Çıxış edən digər qonaqlar konqresi kosmos sahəsində çalışan elm xadimləri, gənc tədqiqatçılar və tələbələr üçün ən əlverişli və uyğun platforma kimi qiymətləndiriblər.    Sonda Beynəlxalq Astronavtika Konqresinə dair videoçarxlar nümayiş edilib.   Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək hüququ qazanıb.   2-6 oktyabr 2023-cü il tarixlərində Bakıda təşkil ediləcək konqresdə elm və təhsil sahəsində “Call For Paper” adlı kosmik sahə üzrə elm müsabiqəsi, “Kosmik Liderlər Qrant Proqramı”, “Gənc Kosmik Liderlərin Tanınması Proqramı”, “Gənc Peşəkarlar Proqramı”, “IAF Tələbə Müsabiqəsi”, “Malina Astronavtika Medalı və Napolitano Mükafatı” kimi böyük təşəbbüslər həyata keçiriləcək.  

SAF 2022 başladı

Dekabrın 5-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2022-Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib.    SAF 2022 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib.   SAF 2022-yə ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-i xarici ölkə, 442-i isə yerli iştirakçıdır.Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər.    Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

SAF 2022-ə az vaxt qaldı!

5-9 dekabr tarixlərində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan layihəsi çərçivəsində beynəxalq SAF (STEAM Azerbaijan Festival) 2022 keçiriləcək. STEAM Azərbaycan Festivalı 10 kateqoriya üzrə yarış formatında, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil ediləcək. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması və şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir. Qeyd edək ki, STEAM Azərbaycan Festivalı ilk dəfə 9-10 dekabr 2021-ci il tarixlərində təşkil olunub. Festivala ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb. STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 23 dekabr 2022-ci il tarixində Saatlı rayonunda Saatlı, İmişli, Sabirabad və Beyləqan rayonlarında qeydiyyatda olan vətəndaşlarla görüş keçirəcək. Qəbulda həmçinin qeyd olunan ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.     Adları çəkilən rayonların sakinləri 15 dekabr 2022-ci il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.    Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan vətəndaşlar qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.   

Direktor, direktor müavinləri və təşkilatçı vəzifələrinə işə qəbulu üzrə test imtahanı

Yerli təhsili idarəetmə orqanları tərəfindən keçirilən ümumi təhsil müəssisələrinə direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə test imtahanının nəticələri elan edilib.    Şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə keçid balı 21 (hər bölmə üzrə minimum 5 bal olmaqla), direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə keçid balı isə 20 (hər bölmə üzrə minimum 5 bal olmaqla) olaraq müəyyənləşdirilib.    Qeyd edək ki, müsahibə mərhələsinin 5-20 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulur. Bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndiriləcək. 

Elm və təhsil naziri institutların fəaliyyəti ilə tanış olub

Elm və təhsil naziri Emin Əmrullayev İnformasiya Texnologiyaları, Riyaziyyat və Mexanika, akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri, həmçinin İdarəetmə Sistemləri institutlarını ziyarət edib.  Nazir institutlardakı mövcud şəraitlə tanış olub, rəhbər heyətlə görüş keçirərək bir çox məsələləri müzakirə edib. İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet, Tədris-İnnovasiya, Multimedia Texnologiyalar, Elektron Kitabxana mərkəzlərinin iş şəraiti ilə tanış olan Emin Əmrullayev eyni zamanda institut əməkdaşları ilə fikir mübadiləsi aparıb. Görüş zamanı AMEA-nın vitse-prezidenti, institutun baş direktoru Rasim Əliquliyev institutun yaranma və inkişaf tarixi, burada həyata keçirilən innovativ layihələr və prioritet istiqamətlərdə aparılan elmi tədqiqatlar haqqında məlumat verib. Rasim Əliquliyev institutun İKT-nin müasir problemlərinə dair multidissiplinar elmi tədqiqatlar aparan bir qurum olduğunu, burada informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi-nəzəri problemlərinin araşdırıldığını bildirib. Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovla keçirilən görüş zamanı institutun mövcud vəziyyəti, ölkəmizdə riyaziyyat və mexanika elmlərinin perspektivləri müzakirə edilib. Eyni zamanda institutda həyata keçirilən elmi-tədqiqat işləri, il ərzində nüfuzlu bazalara daxil olan jurnallarda çap olunmuş məqalələr və institutda hazırlanan elmi jurnallar haqqında geniş söhbət aparılıb. Jurnalların redaksiya heyətinin və məqalə müəlliflərinin əməyinin stimullaşdırılması məsələsi də müzakirə olunub. Daha sonra Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov və digər əməkdaşların iştirakı ilə keçirilən görüş zamanı institutda aparılan elmi tədqiqat işləri, kadr hazırlığı, kadr potensialı, tətbiq olunmuş və tətbiqə hazır işlər, eyni zamanda qarşıda duran problemlər haqqında danışılıb, institutun bir sıra laboratoriyalarına baxış keçirilib.   İdarəetmə Sistemləri İnstitutunu (İSİ) ziyarət edən elm və təhsil naziri Emin Əmrullayev institutun Azərbaycan elminin inkişafında oynadığı əhəmiyyətli rol, burada aparılan tədqiqatlar, bibliometrik göstəricilər, alınan patentlər, kadr potensialı, beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumatlandırılıb. İSİ-nin baş direktoru akademik Əli Abbasov görüş zamanı institutda aparılan praktiki əhəmiyyətə malik cari tədqiqatlar nəticəsində yerli və beynəlxalq şirkətlərlə qurulan səmərəli əməkdaşlıq əlaqələrindən danışıb, əldə olunan mühüm elmi nəticələrin kommersiyalaşdırılması istiqamətində görülən işlərdən, o cümlədən institut tərəfindən hazırlanmış “əşyalar interneti” əsasında işləyən və hazırda neft sənayesində geniş tətbiq olunan SCADA (Supervisory Control and Data Acquisition) tipli sistemdən bəhs edib. Qeyd edək ki, görüşlər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda aparılan kompleks islahatlar kontekstində elm sahəsində həyata keçirilən tədbirlər, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, yüksəkixtisaslı kadrların yetişdirilməsi, elmi fəaliyyətin səmərəsinin yüksəldilməsi, müvafiq sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində öz fikir və mülahizələrini bölüşüb.  

03/06/2026

İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış

Ətraflı
03/06/2026

? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura

Ətraflı
03/06/2026

? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər

Ətraflı