Elm və təhsil naziri media üçün brifinq keçirib
3 il əvvəl
Noyabrın 25-də elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib.
Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev xaricdə təhsil üzrə mövcud dövlət proqramları çərçivəsində gənclərə yaradılan imkanlardan söz açıb. Nazir qeyd edib ki, hazırda 207 nəfər “2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili, 353 nəfər “2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavr və magistr təhsili alır. 165 nəfər isə hökumətlərarası təqaüd proqramları (HTP) çərçivəsində xaricdə təhsil almaq imkanı qazanıb.
Daha sonra müəllimlərin sertifikatlaşdırılmasından söz açan nazir bildirib ki, ümumilikdə, 11 657 nəfər ibtidai sinif müəllimi sertifikasiyaya cəlb olunub.
51 baldan yuxarı nəticə göstərən müəllimlərin sayı 3 163 nəfərdir. Onların orta aylıq əməkhaqları 831 manata qədər qalxıb. Digər 48 faiz, yəni 5 624 nəfər 30-50 arası bal toplayan müəllimin əməkhaqqı isə 686 manat civarındadır.
Məktəblərin istiliklə təminatına toxunan Emin Əmrullayev təhsil müəssisələrində bununla bağlı yaranmış texniki nasazlıqların aradan qaldırılması üçün işlərin mütəmadi davam etdirildiyini diqqətə çatdırıb.
Yeni hazırlanmış şagird davranış qaydalarının ictimai müzakirəsinin yekunlaşdırıldığını qeyd edən Emin Əmrullayev bildirib ki, qaydalar cari tədris ilinin ikinci yarımilində 300 məktəbdə pilot layihə kimi tətbiq ediləcək. Növbəti tədris ilindən isə bütün məktəblərdə tətbiqi nəzərdə tutulur.
Nazir çıxışında məktəblərin internetə çıxışı, kompüter təminatı, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin seçimi və uşaqların qəbulu barədə də məlumat verib.
Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Digər xəbərlər
-
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin açıqlaması
26.10.2026 - 11:08 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
