Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2022-ci təqvim ili rəqəmlərdə - SABAH tələbələri

2022-ci ildə 11 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 830 tələbə məzun olub.    2022-2023-ci tədris ili üzrə 32 ixtisas üzrə 985 tələbə SABAH tələbəsi adını qazanıb.   Qeyd edək ki, ötən tədris ilində 29 ixtisas üzrə 724 nəfər SABAH tələbəsi adını qazanmışdı.

BDU-da “Code For Future” layihəsinin məzun günü keçirilib

Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin “Code For Future” layihəsinin məzun günü keçirilib.   Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə gənclərin hərtərəfli inkişafına xüsusi önəm verildiyini vurğulayıb, “Code For Future” layihəsinin əhəmiyyətini diqqətə çatdırıb. Nazir texnologiyaların və insan düşüncəsinin sürətlə dəyişdiyini bildirərək gələcəyin çağırışlarına uyğun fundamental bilik və bacarıqlara malik mütəxəssislər yetişdirməyin zamanın tələbi olduğunu qeyd edib. "Rəqəmsal bacarıqlar" layihəsi barədə danışan Emin Əmrullayev hazırda layihə çərçivəsində ümumtəhsil məktəblərində 300 min şagirdin proqramlaşdırma öyrəndiyini deyib.   Nazir “Code For Future” layihəsinin məzun olan gənclər üçün dönüş nöqtəsi olacağına, onların gələcəkdə əmək bazarında daha tez iş tapacaqlarına əminliyini bildirib.   BDU-nun rektoru Elçin Babayev öz növbəsində hazırda BDU-da İT ixtisasları üzrə 830, SABAH qruplarında isə 120 tələbənin təhsil aldığını qeyd edib. Rektor məlumat verib ki, 2021-ci ildən etibarən “Code For Future” layihəsi Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və “Code Academy” Təhsil Mərkəzinin iştirakı ilə uğurla icra olunmaqdadır. 2022-ci ildən etibarən isə “DevEducation” şirkəti də bu istiqamətdə fəaliyyət göstərir. Hazırda BDU-da “Code Academy” və “DevEducation” layihələri üzrə 6 auditoriyada 200-ə yaxın BDU tələbəsi təhsil alır.   Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev isə “Code For Future”  layihəsinin və digər rəqəmsal proqramların tələbələrə tarixi imkan qazandırdığını vurğulayıb.   Tədbirdə “Code For Future” layihəsindən məzun olan BDU və AzTU tələbələri buraxılış işlərini təqdim ediblər.   Daha sonra tələbələrin təhsil həyatını əks etdirən video nümayiş etdirilib. Sonda isə tələbələrə sertifikatlar təqdim olunub.  

2022-ci təqvim ili rəqəmlərdə - Peşə təhsili

2022-ci ildə peşə təhsilinə  tələbə qəbulu 126 ixtisas üzrə aparılıb. 19 043 nəfər tələbə adını qazanıb.    Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 14% artıb.

2022-ci təqvim ili rəqəmlərdə - Yüksək texniki peşə təhsili

2022-2023-cü tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə təhsili müəssisəsində yüksək texniki peşə təhsilinə 17 ixtisas üzrə tələbə qəbulu aparılıb və 820 nəfər tələbə adını qazanıb.    Hazırda respublika üzrə 1466 tələbə yüksək texniki peşə təhsili səviyyəsində təhsil alır.   Qeyd edək ki, ötən tədris ilində 4 regionda fəaliyyət göstərən 6 peşə təhsili müəssisəsində 15 ixtisas üzrə yüksək texniki peşə təhsilinə tələbə qəbulu aparılmışdı.

"RoboGames 2022” STEAM müsabiqəsi keçirilib

24-25 dekabr tarixlərində Elm və Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy”nin təşkilatçılığı ilə  "RoboGames 2022” STEAM müsabiqəsi keçirilib.    "RoboGames 2022: Smart City" layihəsi ilk dəfə olaraq 10-16 yaşlı məktəblilər üçün təşkil olunan yerli layihə əsaslı robot texnologiyaları müsabiqəsidir. "RoboGames" şagirdləri əyləncəli bir mühitdə real elm, texnologiya problemləri ilə qarşılaşdıran və onların həll yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirən qeyri-adi təcrübədir.    Müsabiqə 2 gün müddətində dövlət və özəl tədris müəssisələri olmaqla ümumilikdə 40 komanda, 201 iştirakçı və komanda rəhbərlərinin iştirakı ilə ADA Universitetində baş tutub. Komandalar “Smart City” mövzusunda “Lego mindstorms ev3” xüsusi dəstlərindən istifadə edərək mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün proqramlaşdırılmış robotlar yığıb və rəqəmsal həllərin köməyilə daha səmərəli resurslardan istifadə edərək yaradıcı yanaşma nümayiş etdiriblər.    Tədbirin son günü yeni kəşflər etmənin, ədalətli mübarizənin, komanda olaraq birlikdə işləmənin əhəmiyyətini göstərən və peşəkarlıq, əməkdaşlıq, eləcə də dostca rəqabət nümayiş etdirən komandalar qalib seçiliblər.    Sonda Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi  Vüsal Xanlarov və ADA Universitetinin  İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Sencer Yeralan çıxış edərək çempionlara kubok və hədiyyələr təqdim ediblər.   

“Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dekabrın 26-da "Kod saatı" qlobal hərəkatı çərçivəsində Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə IV-IX sinif şagirdləri üçün təşkil etdiyi “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb.    Tədbir Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.    Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin əhəmiyyətindən danışıb və əlavə edib ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda gənclərin rəqəmsal bacarıqlara yiyələnməsi olduqca vacibdir. “Rəqəmsal bacarıqlar”ın gələcəyə istiqamətlənmiş bir layihə olduğunu vurğulayan nazir müavini bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd qlobal “Kod saatı” hərəkatının davamı olaraq məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanın təbliği, eləcə də gənc nəslin bu sahəyə olan marağının artırılmasıdır.     Firudin Qurbanov çıxışının sonunda qalibləri təbrik edib və uğurlar arzulayıb.     “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova öz növbəsində müsabiqənin məqsədi və layihənin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Layihə rəhbəri qeyd edib ki, sözügedən layihə innovativ düşünən və texnoloji inkişafa töhfə verən yeni nəsil mütəxəssislərin hazırlanmasına və gələcəkdə yerli İT bazarının inkişafına dəstək olacaq.     Bildirilib ki, 54 şəhər və rayondan 20 000-ə yaxın şagird qeydiyyatdan keçməklə müsabiqənin I mərhələsində iştirak edib. Seçim mərhələsinin nəticələrinə əsasən 300 şagird finalda yarışıb.  Onlardan 100 nəfəri isə regionları təmsil edir.     Sonra müsabiqənin bölgələr üzrə aparılmış seçim mərhələsini əks etdirən videoçarx nümayiş etdirilib, eləcə də şagirdlər və onların əl işləri ilə tanışlıq olub.     Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.     Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2017-2018-ci tədris ilindən etibarən ümumtəhsil məktəblərində informatika fənninin yeni formatda tədrisinə başlanılıb. Layihənin məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir.     “Rəqəmsal bacarıqlar” layihəsi bu tədris ilindən 48 şəhər və region üzrə 418 məktəbdən olan 300 min şagirdi əhatə edir. 700-dən çox şagird isə yeni yaradılan "Rəqəmsal bacarıqlar" təmayül siniflərində təhsil alaraq informatikayönümlü tədrisə cəlb olunub.   

Özbəkistanda 2023-2024-cü tədris ili üzrə təhsil imkanı

Özbəkistan Respublikasının İpək Yolu Turizm və Mədəni İrs Beynəlxalq Universiteti Şanxay Əməkdaşlıq Təşkilatına (SCO) üzv və tərəfdaş olan ölkələrdən əcnəbi vətəndaşlara sözügedən universitetdə magistratura təhsil səviyyəsi üzrə təqaüdlü təhsil almaq imkanı yaradır.   Seçim prosesi sənədlərin qəbulu və müsahibə mərhələsindən ibarətdir.   Təqaüd proqramı və tələb olunan sənədlər barədə ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.

2022-ci təqvim ili rəqəmlərdə - Beynəlxalq uğur

Azərbaycan məktəbliləri ümumilikdə 19 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 2 qızıl, 22 gümüş, 48 bürünc medal olmaqla ümumilikdə 72 medal əldə ediblər.

2022-ci təqvim ili rəqəmlərdə - Məktəbdənkənar fəaliyyət

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə təhsil müəssisələrinin şagird və tələbələrinin  iştirakı ilə vətənpərvərlik, sağlam həyat tərzi və digər istiqamətlər üzrə 7 festival, 6 intellektual oyun və bilik yarışı, 3 respublika yaradıcılıq müsabiqəsi, 3 hərbi-idman oyunu, 16 idman növü üzrə kütləvi tədbirlər,14 idman növü üzrə 24 respublika birinciliyi və 1 beynəlxalq idman yarışı, sərgilər, forumlar, ekskursiyalar, turnirlər və birinciliklər keçirilib. Sözügedən tədbirlərə 100 000-lərlə məktəbli və tələbə cəlb olunub.  Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman şahmat məktəblərinin yetirmələri 2022-ci il ərzində respublika yarışlarında 344 qızıl, 318 gümüş, 374 bürünc olmaqla ümumilikdə 1036 medal, beynəlxalq yarışlarda isə 184 qızıl, 120 gümüş, 107 bürünc olmaqla ümumilikdə 411 medal qazanıblar.  Cari tədris ilində 143 məktəbdənkənar təhsil müəssisəsinin qrup və dərnəklərinə 29 idman növü və 103 adda dərnək üzrə 110 min nəfərə yaxın məktəbli cəlb olunub.   

Nazirlik yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın ilk iclası keçirilib

 Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın yeni tərkibdə ilk iclası keçirilib.    Şuranın sədri elm və təhsil nazirinin müavini İdris İsayev üzvləri təşkilati məsələlərlə tanış etdikdən sonra ölkəmizdə elm və təhsil sahəsində görülmüş işlər, əldə olunan nəticələr, mövcud problemlər və nəzərdə tutulan islahatlarla bağlı geniş təqdimat edib.  İdris İsayev çıxışında rəqabətli insan kapitalının formalaşmasının “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan beş prioritet sahələrdən biri olduğunu və təsdiq edilmiş Strategiyanın Tədbirlər Planında müxtəlif istiqamətlər üzrə fəaliyyətlərin həyata keçiriləcəyini qeyd edib. Nazir müavini Məşvərətçi Şuranın Əsasnaməsinə görə növbəti il üçün fəaliyyət planının hazırlanmasının zəruriliyini bildirərək nəzərdə tutulacaq tədbirlər barədə Şura üzvlərinə məlumat verib.    İclasda əmək bazarı ilə təhsilin qarşılıqlı əlaqələri, işəgötürənlərin kadr hazırlığı prosesində iştirakı, dövlət-özəl tərəfdaşlığı, sahə komissiyaları, peşə standartları, Dördüncü Sənaye inqilabı və iqlim dəyişikliyinin yaratdığı peşələr, bilik, bacarıq, səriştələrin tanınması, gender məsələləri, inklüzivlik, innovasiyalar, elmi tədqiqatlar, elmi kəşflərin kommersiyalaşdırılması və digər məsələlər barədə fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib.    Qeyd edək ki, Şuranın yeni tərkibində ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən işəgötürənlər təmsil olunurlar.   

03/06/2026

İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış

Ətraflı
03/06/2026

? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura

Ətraflı
03/06/2026

? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər

Ətraflı