Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"RoboGames 2022” STEAM müsabiqəsi keçirilib

24-25 dekabr tarixlərində Elm və Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy”nin təşkilatçılığı ilə  "RoboGames 2022” STEAM müsabiqəsi keçirilib. 

 

"RoboGames 2022: Smart City" layihəsi ilk dəfə olaraq 10-16 yaşlı məktəblilər üçün təşkil olunan yerli layihə əsaslı robot texnologiyaları müsabiqəsidir. "RoboGames" şagirdləri əyləncəli bir mühitdə real elm, texnologiya problemləri ilə qarşılaşdıran və onların həll yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirən qeyri-adi təcrübədir. 

 

Müsabiqə 2 gün müddətində dövlət və özəl tədris müəssisələri olmaqla ümumilikdə 40 komanda, 201 iştirakçı və komanda rəhbərlərinin iştirakı ilə ADA Universitetində baş tutub. Komandalar “Smart City” mövzusunda “Lego mindstorms ev3” xüsusi dəstlərindən istifadə edərək mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün proqramlaşdırılmış robotlar yığıb və rəqəmsal həllərin köməyilə daha səmərəli resurslardan istifadə edərək yaradıcı yanaşma nümayiş etdiriblər. 

 

Tədbirin son günü yeni kəşflər etmənin, ədalətli mübarizənin, komanda olaraq birlikdə işləmənin əhəmiyyətini göstərən və peşəkarlıq, əməkdaşlıq, eləcə də dostca rəqabət nümayiş etdirən komandalar qalib seçiliblər. 

 

Sonda Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi  Vüsal Xanlarov və ADA Universitetinin  İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Sencer Yeralan çıxış edərək çempionlara kubok və hədiyyələr təqdim ediblər.   


3 il əvvəl