Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi

Dekabrın 25-də cari tədris ili üçün respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.    Ümumilikdə 45 mindən çox şagirdin qeydiyyatdan keçdiyi fənn olimpiadaları 8,9,10,11-ci sinif şagirləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə 118 mərkəzdə təşkil edilib.    Rayon (şəhər) mərhələsinin nəticələri 5 yanvar 2023-cü il tarixindən etibarən www.portal.edu.az üzərindən və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə elan olunacaq.    Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasından ibarətdir.    Fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə keçirilir.

“Bir olaq, birgə şənlənək!” adlı tədbir keçirilib

Dekabrın 24-də Elm və Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Bir olaq, birgə şənlənək!” adlı musiqili-əyləncəli tamaşa təşkil edilib. Tədbirdə şəhid ailələrinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat, eləcə də ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.    Musiqili-əyləncəli tamaşada 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin teatr dərnəyinin aktyorları, rəqs kollektivinin uşaqları və gənc vokalçılar maraqlı proqramla çıxış edərək nağıl qəhrəmanlarını canlandırıblar.   Mərkəzin rəqs qruplarının ifasında qış mövzusu, o cümlədən Azərbaycan xalqının 44 günlük Vətən Müharibəsində qazandığı şanlı qələbə ilə bağlı rəqslər nümayiş olunub. Sonda bütün uşaqlara hədiyyələr təqdim olunub.

Böyük Qayıdışa dair I Dövlət Proqramına həsr olunan konfrans keçirilib

Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfrans keçirilib. Tədbir “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunub. Konfransda dövlət və hökumət rəsmiləri, Yeni Azərbaycan Partiyasının nümayəndələri, millət vəkilləri, ictimai xadimlər və mətbuat nümayəndələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov konfransın əhəmiyyətindən söz açıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair” I Dövlət Proqramının Tədbirlər Planı ilə bağlı təqdimatla çıxış edib. Daha sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Böyük Qayıdış Proqramının ekoloji aspektləri”, elm və təhsil naziri Emin Əmrullayev “Böyük Qayıdışda insan kapitalının rolu”, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Böyük Qayıdış: şəhərsalma siyasətinin hədəfləri” mövzularında məruzələr ediblər. Bildirilib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər, onlara uyğun hədəf göstəriciləri, əhalinin doğma torpaqlarına qayıdışı məsələləri, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının Tədbirlər Planı bölməsində 25 fəaliyyət istiqaməti üzrə görüləcək 188 tədbirin icrası nəticəsində 237 ilkin, 238 aralıq və 163 yekun nəticə indikatorları olmaqla ümumilikdə 638 indikator müəyyənləşdirilib. Tədbirin sonunda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb. Müraciəti Tahir Budaqov səsləndirib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının VI hesabat-seçki konfransı baş tutub

Dekabrın 23-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) VI hesabat-seçki konfransı keçirilib.     Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.     Sonra ATGTİ-nin sədri Pərviz Mirələmli İttifaqın 2020-2022-ci illər üzrə fəaliyyətini əks etdirən hesabatla çıxış edərək ötən dövr ərzində qarşıya qoyulan hədəflər, strateji plan və atılan əsaslı addımlar barədə söz açıb, həyata keçirilən layihələr və qazanılan uğurları vurğulayıb.     İttifaqın ikiillik yekun hesabatını özündə əks etdirən videoçarx nümayiş etdirilib.     Tədbirin rəsmi hissəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək ATGTİ-nin dövlət gənclər siyasətinin icrasındakı rolu, bu istiqamətdə tərəfdaşlarla birlikdə həyata keçirdiyi kütləvi layihələrin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda gənclərin istər fiziki, istərsə də mənəvi sağlamlığının təşviq edilməsi yönündə, habelə onların müasir tələblərə uyğun bilik və bacarıqlarının inkişafında, ən əsası isə məsuliyyətli vətəndaş kimi formalaşmalarında tələbə təşkilatlarının fəaliyyətinin önəmi qeyd edilib.      Daha sonra ötən müddətdə göstərdikləri səmərəli tərəfdaşlığa görə bir sıra gənclər təşkilatlarına təşəkkürnamələr təqdim olunub.     Konfransın sonunda seçki keçirilib və Pərviz Mirələmlinin növbəti müddət üçün də ATGTİ-nin sədri vəzifəsini tutacağı elan edilib.   

Nazir Saatlı məktəbində olub

Dekabrın 23-də elm və təhsil naziri Emin Əmrullayev Saatlıda vətəndaş qəbulu keçirib.    Nazir Saatlıya səfəri çərçivəsində Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə də olub. Emin Əmrullayev məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda təhsil ocağının ümumi şəraiti, dərs otaqları ilə tanış olub.   Məktəbin peşə təmayüllü siniflərində tədris prosesini izləyən elm və təhsil naziri şagirdlərin əl işlərinə baxış keçirib, onların bişirdikləri şirniyyat məhsullarının dadına baxıb.   

2022-ci təqvim ili rəqəmlərdə - İcma əsaslı qruplar

Ölkə üzrə 55 rayon və şəhərdə təşkil edilən 847 icma əsaslı məktəbəqədər təhsil qrupunda 15 177 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.

Nazir Saatlıda vətəndaşları qəbul edib

Dekabrın 23-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı, İmişli, Sabirabad və Beyləqan rayonlarında qeydiyyatda olan sakinləri qəbul edib. Qəbulda qeyd olunan ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.    Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.   Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.     Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.  

Professor Ziya Selçuk "Yeni çağırışlar"da

Dekabrın 28-i saat 19:30-da “Yeni çağırışlar” proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı professor, “Maya” məktəblər şəbəkəsinin yaradıcısı Ziya Selçuk olacaq.   Türkiyənin tanınmış elm xadimi ilə "Uşaqları məktəbə yox, məktəbi uşaqlara hazırlamaq" mövzusu ətrafında danışılacaq.   Ziya Selçuk 2018-2021-ci illərdə Türkiyənin milli təhsil naziri vəzifəsində çalışıb. O, "40 dəfə söyləmişəm", "Təhsil psixologiyası", "Həyatın içindəki tədris proqramı" və digər kitabların müəllifidir.   Proqram Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasının təşkilatçılığı ilə nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.   

2022-ci təqvim ili rəqəmlərdə - “Məktəblinin dostu”

"Məktəblinin dostu" layihəsi 2022-ci ildə Bakıda 192, Abşeronda 11, Sumqayıtda 23 təhsil müəssisəsi olmaqla ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərib.  400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır.   

2022-ci təqvim ili rəqəmlərdə-Əcnəbi tələbələr

2022-2023-cü tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 8 900-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Bu da ötən ilə (7 332 nəfər) nisbətdə 20%, 2015/16-cı tədris ilinə (4 326 nəfər) nisbətdə isə 103% artım deməkdir.   Tələbələr, əsasən, Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan,  Şri-Lanka, İraq, Suriya və digər ölkələri təmsil edirlər.    

03/06/2026

İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış

Ətraflı
03/06/2026

? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura

Ətraflı
03/06/2026

? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər

Ətraflı