Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

BDU-da “Code For Future” layihəsinin məzun günü keçirilib

Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin “Code For Future” layihəsinin məzun günü keçirilib.
 
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə gənclərin hərtərəfli inkişafına xüsusi önəm verildiyini vurğulayıb, “Code For Future” layihəsinin əhəmiyyətini diqqətə çatdırıb. Nazir texnologiyaların və insan düşüncəsinin sürətlə dəyişdiyini bildirərək gələcəyin çağırışlarına uyğun fundamental bilik və bacarıqlara malik mütəxəssislər yetişdirməyin zamanın tələbi olduğunu qeyd edib. "Rəqəmsal bacarıqlar" layihəsi barədə danışan Emin Əmrullayev hazırda layihə çərçivəsində ümumtəhsil məktəblərində 300 min şagirdin proqramlaşdırma öyrəndiyini deyib.
 
Nazir “Code For Future” layihəsinin məzun olan gənclər üçün dönüş nöqtəsi olacağına, onların gələcəkdə əmək bazarında daha tez iş tapacaqlarına əminliyini bildirib.
 
BDU-nun rektoru Elçin Babayev öz növbəsində hazırda BDU-da İT ixtisasları üzrə 830, SABAH qruplarında isə 120 tələbənin təhsil aldığını qeyd edib. Rektor məlumat verib ki, 2021-ci ildən etibarən “Code For Future” layihəsi Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və “Code Academy” Təhsil Mərkəzinin iştirakı ilə uğurla icra olunmaqdadır. 2022-ci ildən etibarən isə “DevEducation” şirkəti də bu istiqamətdə fəaliyyət göstərir. Hazırda BDU-da “Code Academy” və “DevEducation” layihələri üzrə 6 auditoriyada 200-ə yaxın BDU tələbəsi təhsil alır.
 
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev isə “Code For Future”  layihəsinin və digər rəqəmsal proqramların tələbələrə tarixi imkan qazandırdığını vurğulayıb.
 
Tədbirdə “Code For Future” layihəsindən məzun olan BDU və AzTU tələbələri buraxılış işlərini təqdim ediblər.
 
Daha sonra tələbələrin təhsil həyatını əks etdirən video nümayiş etdirilib. Sonda isə tələbələrə sertifikatlar təqdim olunub.
 


3 il əvvəl