Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazirlik yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın ilk iclası keçirilib

 Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın yeni tərkibdə ilk iclası keçirilib. 

 

Şuranın sədri elm və təhsil nazirinin müavini İdris İsayev üzvləri təşkilati məsələlərlə tanış etdikdən sonra ölkəmizdə elm və təhsil sahəsində görülmüş işlər, əldə olunan nəticələr, mövcud problemlər və nəzərdə tutulan islahatlarla bağlı geniş təqdimat edib. 


İdris İsayev çıxışında rəqabətli insan kapitalının formalaşmasının “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan beş prioritet sahələrdən biri olduğunu və təsdiq edilmiş Strategiyanın Tədbirlər Planında müxtəlif istiqamətlər üzrə fəaliyyətlərin həyata keçiriləcəyini qeyd edib. Nazir müavini Məşvərətçi Şuranın Əsasnaməsinə görə növbəti il üçün fəaliyyət planının hazırlanmasının zəruriliyini bildirərək nəzərdə tutulacaq tədbirlər barədə Şura üzvlərinə məlumat verib. 

 

İclasda əmək bazarı ilə təhsilin qarşılıqlı əlaqələri, işəgötürənlərin kadr hazırlığı prosesində iştirakı, dövlət-özəl tərəfdaşlığı, sahə komissiyaları, peşə standartları, Dördüncü Sənaye inqilabı və iqlim dəyişikliyinin yaratdığı peşələr, bilik, bacarıq, səriştələrin tanınması, gender məsələləri, inklüzivlik, innovasiyalar, elmi tədqiqatlar, elmi kəşflərin kommersiyalaşdırılması və digər məsələlər barədə fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib. 

 

Qeyd edək ki, Şuranın yeni tərkibində ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən işəgötürənlər təmsil olunurlar. 
 


3 il əvvəl