Malayziyada 2023-2024-cü tədris ili üçün təqaüd proqramı
Malayziya 2023-2024-cü tədris ili üçün təqaüdlə təhsil imkanı elan edib. Təqaüd Malayziya universitetlərində magistratura və doktorantura təhsil səviyyələri üçün ayrılır. Son müraciət tarixi 18 may 2023-cü ildir. Qeyd edək ki, proqram çərçivəsində əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
16/05/2023 12:07
Lisey və gimnaziyalara qəbul davam edir
2023-2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu davam edir. Sözügedən lisey və gimnaziyalara ərizə qəbulu https://sy.edu.az portalı üzərindən həyata keçirilir. Ərizə qəbulu prosesi 6 iyun tarixinədək davam edəcək. Valideyn (və ya qanuni nümayəndə) portal üzərindən şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala uyğun olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyanın seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyaziyyat fənləri üzrə tapşırıqlar təqdim ediləcək. Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlərdə aparılacaq: • 16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün); • 17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün); • 18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün). Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı təqdim edilib. Lisey və gimnaziyalar barədə ətraflı məlumat ilə https://sy.edu.az elektron sistemində “Mərkəzi imtahan liseyləri” bölməsindən tanış ola bilərsiniz. Dövlət hesabına yataqxana və yeməkxana ilə təmin olunan lisey və gimnaziyalar: - Bakı şəhəri S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası; - Bakı şəhəri A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya; - Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya; - Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;- Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyi; - Şəki şəhəri Kimya, biologiya təmayüllü lisey; - Şəmkir şəhəri Kimya, biologiya təmayüllü lisey; - Şirvan şəhəri Kimya, biologiya təmayüllü lisey; - Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; - Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; - Ağdaş şəhəri M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya; - Biləsuvar şəhəri texniki fənlər təmayüllü məktəb-lisey; - Gəncə şəhəri Xarici dillər təmayüllü gimnaziya. Digərləri: - Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey; - Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey; - Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey; - Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey; - Bakı şəhəri Texniki-humanitar lisey; - Bakı şəhəri 291 nömrəli ekologiya liseyi; - Bakı şəhər 173 nömrəli tam orta məktəb; - Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya; - Ağstafa şəhəri Texniki-humanitar təmayüllü lisey; - Şamaxı şəhəri Texniki, humanitar və təbiət təmayüllü lisey; - Oğuz şəhəri E.Abdullayev adına 2 nömrəli tam orta məktəb; - Mingəçevir şəhəri S.Vurğun adına 16 nömrəli tam orta məktəb; - Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey; - Sumqayıt şəhəri İstedad liseyi; - Sumqayıt şəhəri N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi; - Sumqayıt şəhəri Təfəkkür liseyi; - Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya; - Qobustan şəhəri 2 nömrəli tam orta məktəb; - Masallı şəhəri Dəfinə məktəb-liseyi.
16/05/2023 11:39
"eTwinning" layihəsi çərçivəsində Bakıda beynəlxalq tədbir
Mayın 15-də "eTwinning" layihəsi çərçivəsində “İnnovasiya və təhsil” adlı beynəlxalq seminar öz işinə başlayıb. Seminarda Albaniya, Bolqarıstan, Çex Respublikası, Finlandiya, Portuqaliya, Slovakiya və Sloveniyanı təmsil edən 25 təhsil işçisi, müvafiq ölkələrin təhsil nazirliklərinin nümayəndələri, həmçinin ölkə üzrə 8 regiondan ümumilikdə 28 müəllim iştirak edir. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli “eTwinning” layihəsinin təhsil sisteminə inteqrasiyası və ölkəmizdə uğurlu icrası barədə danışaraq layihəəsaslı dərs modelinin qurulması və təcrübə mübadiləsinin aparılması baxımından layihənin əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, layihə çərçivəsində müəllimlər İKT-nin təhsilə səmərəli tətbiqi və onlayn peşəkar inkişaf imkanlarından faydalanmaq imkanı əldə edirlər. Daha sonra təmsil olunan ölkələrin layihə rəhbərləri çıxış edərək “eTwinning” layihəsinin tətbiqi və pedaqoji işçilərə yaratdığı imkanlardan bəhs ediblər. Seminarın növbəti günlərində İKT-nin təhsilə tətbiqi, layihəəsaslı tədris və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək təlim və panel müzakirələr təşkil olunacaq. Təlimlər həm xarici, həm də yerli mütəxəssislər tərəfindən keçiriləcək. Tədbirin sonunda iştirakçı müəllimlər innovativ öyrənmə metodlarının tədrisdə istifadəsinə yol açan ortaq dərs modellərini “eTwinning” platformasında yaradacaqlar. Qeyd edək ki, “eTwinning“ layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və məktəbəqədər, orta məktəb və ali təhsil sahələrində çalışan təhsil işçilərinə peşəkar inkişaf təlimlərində iştirak, beynəlxalq əməkdaşlıq, ortaq dərs modelləri yaratmaq və Avropada ən böyük öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.
15/05/2023 17:11
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Mayın 15-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkilləri, nazirlik yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Elm və təhsil naziri Emin Əmrullayev müsabiqənin məktəblilər arasında müstəqil Azərbaycanın dövlət quruculuğunda Heydər Əliyev irsinin yaşadılması və daha dərindən öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib. Nazir ulu öndərin 100 illik yubileyi münasibətilə təhsil müəssisələrində çoxsaylı tədbirlərin keçirilməsinin müstəqillik tariximizin şagirdlərə düzgün çatdırılması və bu istiqamətdə ideoloji işin təşkili baxımından önəmli olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açan Emin Əmrullayev yeni məktəblərin tikintisi, ali təhsildə əhatəliliyin artırılması, xaricdə təhsil ənənəsinin yaradılması baxımından ümummilli liderin rolundan bəhs edib. Nazir çıxışının sonunda müsabiqə qaliblərini, müəllim və valideynlərini təbrik edib, şagirdlərə uğurlar arzulayıb. Daha sonra “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən 5 nəfər I, 10 nəfər II, 15 nəfər isə III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin və 2 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupunun ifasında musiqi nömrələri səsləndirilib, rəqslər nümayiş etdirilib. Təltif fotoları “Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltif edilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
15/05/2023 14:55
Nazirliyin yeni vətəndaşlara xidmət mərkəzi fəaliyyətə başlayır
15 may tarixindən Elm və Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsil Məsələləri üzrə Vətəndaşlara Xidmət Mərkəzi (Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski 109, https://goo.gl/maps/KiQX4ba6bjBR7TFU6) fəaliyyətə başlayır. Vətəndaşlar sözügedən mərkəzə yaxınlaşmaqla aşağıdakı məsələlərə dair müraciətlərini ünvanlaya və yerindəcə həllini tapa bilərlər: - birinci siniflərə şagird qəbulu ilə bağlı qeydiyyat prosesi; - məktəbəhazırlıq qruplarına qəbulla bağlı qeydiyyat prosesi; - məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyat prosesi; - şagirdlərin elektron yerdəyişməsi. Qeyd edək ki, Bakı şəhərinin sakinləri yuxarıda qeyd olunan xidmətlər üzrə 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Vətəndaşların Qəbulu Mərkəzinə də müraciət edə bilərlər. Regionlarda yaşayan sakinlər isə regional təhsil idarələrinin qəbul mərkəzlərinə, eləcə də təhsil xidmətləri təqdim olunan “ASAN xidmət” mərkəzlərinə yaxınlaşa bilərlər. Eyni zamanda, yuxarıda qeyd edilən məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin “WhatsApp” xidməti (+994 051 206 78 48), 146 – 1 Çağrı Mərkəzi və portal.edu.az üzərindən də müraciət ünvanlamaq mümkündür.
15/05/2023 14:26
Valideynlərin nəzərinə!
15 may saat 11:00-dan etibarən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə Azərbaycan bölməsi üçün sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək. Eyni zamanda, bu gün 11:00-dan 31 may saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Qeyd edək ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
15/05/2023 10:08
Kimya üzrə fənn olimpiadalarının qalibləri elan edilib
Kimya fənni üzrə respublika fənn olimpiadalarının nəticələri açıqlanıb. Belə ki, hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medala layiq görülüblər. Qeyd edək ki, respublika fənn olimpiadaları Kapital Bankın dəstəyi ilə təşkil edilir. Müvafiq nəticələrlə aşağıdakı cədvəldən tanış ola bilərsiniz: Kimya fənni üzrə nəticələr - aşağı (8-9-cu sinif) yaş qrupu Kimya fənni üzrə nəticələr - yuxarı (10-11-ci sinif) yaş qrupu
15/05/2023 09:27
Apellyasiya Şurasının iclası keçirilib
Aprel 14-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib. İclasda Elm və Təhsil Nazirliyinin Hesabatvermə və icraya nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Minə Nərimanovanın, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Müəssisələrlə iş şöbəsinin məsləhətçisi vəzifəsinə namizədlər Turə Məmmədovanın, Günay Hacıyevanın, Röya Xəlilovanın və Nigar Nərimanovanın müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb. İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. Bir şikayətin təmin edilməsi, iki şikayətin qismən təmin edilməsi və yenidən müsahibə təşkil olunması, bir şikayətin isə təmin edilməməsi barədə şura tərəfindən qərarlar qəbul olunub.
14/05/2023 18:00
Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər
8-13 may 2023-cü il tarixlərində Türkiyənin Antalya şəhərində 40-cı Balkan Riyaziyyat Olimpiadası təşkil edilib. 6 məktəbli ilə təmsil olunan komandamız sözügedən yarışda uğurla çıxış edərək 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 2 medal və 3 həvəsləndirici mükafat qazanıb. Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Cəlil Hüseynov gümüş, həmin liseyin XI sinif şagirdi Fidan Qarayeva isə bürünc medal qazanıblar. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Səid Bəkirov, Ömər Qədimli və Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin 10-cu sinif şagirdi Telman Məmmədov isə olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüblər. Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 17 gümüş və 36 bürünc medal qazanıblar.
13/05/2023 12:11
“Təhsilin Nobeli”ni seçən fondun direktoru “Yeni çağırışlar”da
15 may saat 19:00-da “Yeni çağırışlar” müzakirə proqramında Varkey Fondunun direktoru Avqustin Porres qonaq olacaq. Avqustin Porres ilə müəllim nüfuzu barəsində danışılacaq. Fond tərəfindən “Təhsilin Nobeli” olaraq tanınan “Qlobal müəllim mükafatı” təsis edilib. Hər il bu məqsədlə ilin ən yaxşı müəllimi seçilir və qalibə 1 milyon dollar mükafat verilir. Fond qızların təhsili, təhsildə texnologiya və müəllim hazırlığı istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirir. Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
13/05/2023 10:30
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026
ƏtraflıAli təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq
Ətraflı? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
Ətraflı