"eTwinning" layihəsi çərçivəsində Bakıda beynəlxalq tədbir
Mayın 15-də "eTwinning" layihəsi çərçivəsində “İnnovasiya və təhsil” adlı beynəlxalq seminar öz işinə başlayıb.
Seminarda Albaniya, Bolqarıstan, Çex Respublikası, Finlandiya, Portuqaliya, Slovakiya və Sloveniyanı təmsil edən 25 təhsil işçisi, müvafiq ölkələrin təhsil nazirliklərinin nümayəndələri, həmçinin ölkə üzrə 8 regiondan ümumilikdə 28 müəllim iştirak edir.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli “eTwinning” layihəsinin təhsil sisteminə inteqrasiyası və ölkəmizdə uğurlu icrası barədə danışaraq layihəəsaslı dərs modelinin qurulması və təcrübə mübadiləsinin aparılması baxımından layihənin əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, layihə çərçivəsində müəllimlər İKT-nin təhsilə səmərəli tətbiqi və onlayn peşəkar inkişaf imkanlarından faydalanmaq imkanı əldə edirlər.
Daha sonra təmsil olunan ölkələrin layihə rəhbərləri çıxış edərək “eTwinning” layihəsinin tətbiqi və pedaqoji işçilərə yaratdığı imkanlardan bəhs ediblər.
Seminarın növbəti günlərində İKT-nin təhsilə tətbiqi, layihəəsaslı tədris və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək təlim və panel müzakirələr təşkil olunacaq. Təlimlər həm xarici, həm də yerli mütəxəssislər tərəfindən keçiriləcək.
Tədbirin sonunda iştirakçı müəllimlər innovativ öyrənmə metodlarının tədrisdə istifadəsinə yol açan ortaq dərs modellərini “eTwinning” platformasında yaradacaqlar.
Qeyd edək ki, “eTwinning“ layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və məktəbəqədər, orta məktəb və ali təhsil sahələrində çalışan təhsil işçilərinə peşəkar inkişaf təlimlərində iştirak, beynəlxalq əməkdaşlıq, ortaq dərs modelləri yaratmaq və Avropada ən böyük öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
