Nazirliyin yeni vətəndaşlara xidmət mərkəzi fəaliyyətə başlayır
15 may tarixindən Elm və Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsil Məsələləri üzrə Vətəndaşlara Xidmət Mərkəzi (Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski 109, https://goo.gl/maps/KiQX4ba6bjBR7TFU6) fəaliyyətə başlayır.
Vətəndaşlar sözügedən mərkəzə yaxınlaşmaqla aşağıdakı məsələlərə dair müraciətlərini ünvanlaya və yerindəcə həllini tapa bilərlər:
- birinci siniflərə şagird qəbulu ilə bağlı qeydiyyat prosesi;
- məktəbəhazırlıq qruplarına qəbulla bağlı qeydiyyat prosesi;
- məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyat prosesi;
- şagirdlərin elektron yerdəyişməsi.
Qeyd edək ki, Bakı şəhərinin sakinləri yuxarıda qeyd olunan xidmətlər üzrə 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Vətəndaşların Qəbulu Mərkəzinə də müraciət edə bilərlər. Regionlarda yaşayan sakinlər isə regional təhsil idarələrinin qəbul mərkəzlərinə, eləcə də təhsil xidmətləri təqdim olunan “ASAN xidmət” mərkəzlərinə yaxınlaşa bilərlər.
Eyni zamanda, yuxarıda qeyd edilən məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin “WhatsApp” xidməti (+994 051 206 78 48), 146 – 1 Çağrı Mərkəzi və portal.edu.az üzərindən də müraciət ünvanlamaq mümkündür.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
