• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 15-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

 

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkilləri, nazirlik yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər. 

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.  

 

Elm və təhsil naziri Emin Əmrullayev müsabiqənin məktəblilər arasında müstəqil Azərbaycanın dövlət quruculuğunda Heydər Əliyev irsinin yaşadılması daha dərindən öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib. Nazir ulu öndərin 100 illik yubileyi münasibətilə təhsil müəssisələrində çoxsaylı tədbirlərin keçirilməsinin müstəqillik tariximizin şagirdlərə düzgün çatdırılmasıbu istiqamətdə ideoloji işin təşkili baxımından önəmli olduğunu vurğulayıb. 

 

Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açan Emin Əmrullayev yeni məktəblərin tikintisi, ali təhsildə əhatəliliyin artırılması, xaricdə təhsil ənənəsinin yaradılması baxımından ümummilli liderin rolundan bəhs edib. 

 

Nazir çıxışının sonunda müsabiqə qaliblərini, müəllim və valideynlərini təbrik edib, şagirdlərə uğurlar arzulayıb. 

  

Daha sonra “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən 5 nəfər I, 10 nəfər II, 15 nəfər isə III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib.   

 

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin və 2 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupunun ifasında musiqi nömrələri səsləndirilib, rəqslər nümayiş etdirilib. 


Təltif fotoları


“Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltif edilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri


1 il əvvəl