Apellyasiya Şurasının iclası keçirilib
Aprel 14-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.
İclasda Elm və Təhsil Nazirliyinin Hesabatvermə və icraya nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Minə Nərimanovanın, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Müəssisələrlə iş şöbəsinin məsləhətçisi vəzifəsinə namizədlər Turə Məmmədovanın, Günay Hacıyevanın, Röya Xəlilovanın və Nigar Nərimanovanın müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. Bir şikayətin təmin edilməsi, iki şikayətin qismən təmin edilməsi və yenidən müsahibə təşkil olunması, bir şikayətin isə təmin edilməməsi barədə şura tərəfindən qərarlar qəbul olunub.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
