Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

Avqustun 5-də elm və təhsil nazirinin müavini İdris İsayev Türkiyənin İstanbul şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təhsil İnstitutunun Himayəçilər Şurasının dördüncü iclasında iştirak edib.   Tədbirdə Türkiyənin milli təhsil naziri Yusuf Tekin, Pakistanın federal təhsil və peşə təlimi naziri Rana Tanvir Hussain, İƏT-in Təhsil İnstitutunun prezidenti Mehmet Akif Kireçci, Özbəkistanın məktəbəqədər və məktəb təhsili nazirinin müavini Usman Şarifxocayev iştirak ediblər. İran İslam, Qırğız və Tacikistan respublikalarını təmsil edən nümayəndələr tədbirə virtual şəkildə qoşulublar.   İclas zamanı çıxış edən İdris İsayev “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq təhsil sahəsində aparılan islahatlar və onların müsbət nəticələri barədə məlumat verib. Nazir müavini həmçinin İƏT-ə üzv dövlətlərlə təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivlərindən danışıb. Tədbirdə İƏT-in Təhsil İnstitutunun Azərbaycan Respublikasının Təhsil İnstitutu və yerli ali təhsil müəssisələri ilə təhsilin müxtəlif istiqamətləri üzrə həyata keçirdiyi fəaliyyətlərin əhəmiyyəti vurğulanıb.   Tədbir zamanı Mehmet Akif Kireçci növbəti 3 il müddətinə İƏT-in Təhsil İnstitutunun prezidenti seçilib. İclasda həmçinin İƏT-in Təhsil İnstitutunun fəaliyyətinin gücləndirilməsi məqsədilə 2023–2025-ci illər üçün İş Planı qəbul olunub.

Korrupsiya ilə əlaqədar ictimai müzakirə keçirilib

Avqustun 7-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Elm və Təhsil Nazirliyi ilə birgə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”na dair ictimai müzakirə keçirilib.   Tədbirdə Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İsrail İsgəndərov, ETN yanında İctimai Şuranın sədri Günel Səfərova, Şuranın üzvü İlqar Orucov, Zaur İbrahimov və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.   Tədbirdə ölkəmizdə aparılan təhsil islahatları, qeyri-hökumət təşkilatlarının islahatlarda rolu, təhsil sistemində fəaliyyətlərin elektronlaşdırılması, mövcud vəziyyət və gələcək perspektivlərə dair iştirakçılara məlumat verilib. Eyni zamanda, Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər diqqətə çatdırılıb.   Tədbir müzakirə formatında davam etdirilib.   Sonda isə mövzu ilə bağlı qeyri-hökumət təşkilatları nümayəndələrinin sualları cavablandırılıb.

BMU – İNHA İDP-yə onlayn müraciət davam edir

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı (İDP) çərçivəsində bakalavriat səviyyəsində mühəndislik ixtisaslarına 2023-2024-cü tədris ili üzrə onlayn müraciət 9 avqust saat 23:55-də başa çatacaq. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.   Proqramda Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplayan və Azərbaycan Respublikasının vətəndaşı olan abituriyentlər iştirak edə bilərlər. Universitetlərin birgə təşkil etdiyi müsabiqədən uğurla keçən abituriyentlər müvafiq ixtisaslar üzrə dövlət sifarişi əsasında təhsil ala biləcəklər. Əlavə olaraq, müraciətçilər İNHA Universiteti tərəfindən təşkil edilən fizika, riyaziyyat və ingilis dili üzrə yazılı imtahandan uğurla keçməlidirlər.    2023-2024-cü tədris ili üçün keçid balı informasiya texnologiyaları üzrə 550, inşaat mühəndisliyi, elektronika mühəndisliyi və elektrik mühəndisliyi istiqamətləri üzrə 400 bal olaraq nəzərdə tutulub.   Qeyd edək ki, daxili imtahanın 12 avqust tarixində keçirilməsi, imtahan nəticələrinin isə 17 avqust tarixində elan edilməsi nəzərdə tutulur.   Ətraflı məlumatla elan vasitəsilə tanış olmaq mümkündür.

Prezident İlham Əliyev Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib. Dövlətimizin başçısına bu təhsil ocağında yaradılan şərait barədə məlumat verildi. Qeyd edək ki, Şəmkir şəhərinin mərkəzində yerləşən, 1958-ci ildə tikilmiş Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin köhnə binasının müasir tələblərə cavab verməməsi, 600 şagird yerlik məktəbdə 1500 şagirdin təhsil alması və binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar yeni binanın tikintisinə zərurət yaranmışdı. Azərbaycan Prezidentinin “Şəmkir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 mart tarixli Sərəncamının icrası ilə əlaqədar məktəbin binası yenidən inşa olunub. Bildirildi ki, eyni vaxtda 1600 şagirdin təhsil ala biləcəyi məktəb-lisey bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir təhsil ocağı 65 sinif otağından ibarətdir. Bundan başqa, binada fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, hərbi təlim, tibb, əmək təlimi, STEAM otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var. Məktəb-liseyin həyətyanı sahəsi abadlaşdırılıb, yaşıllıq işləri görülüb. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri avadanlıqla təchizatı gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almalarına şərait yaradır. Məktəb infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.    www.president.az

Şagird yerdəyişməsinə başlanılır

Avqustun 7-də 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start verilir. Proses  sy.edu.az  elektron sistemi üzərindən həyata keçirilir.    Yerdəyişmə  2-9 və 11-ci siniflər üçün 7 avqust saat 15:00, 10-cu siniflər üçün isə 14 avqust saat 15:00-dan aktivləşdiriləcək. Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 31 avqust saat 18:00-a qədər davam edəcək.   Valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.   Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Qeydiyyat 7 avqust saat 15:00-dan 14 avqust saat 18:00-a qədər aktiv olacaq.  İmtahanlar ibtidai siniflər üzrə 17 avqust, 5-9-cu siniflər üzrə isə 18 avqust tarixində keçiriləcək.    İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı: 1. Heydər Əliyev adına lisey; 2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey; 3. 132-134 nömrəli təhsil kompleksi; 4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb; 5. İlyas Əfəndiyev adına Elitar gimnaziya; 6. İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi; 7. Zəngi liseyi; 8. Bakı Avropa liseyi; 9. “Ankara məktəbi” məktəb-lisey; 10. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi; 11. Bülbül adına orta ixtisas musiqi məktəbi; 12. Humanitar fənlər təmayüllü məktəb-lisey.

Valideynlərin nəzərinə!

Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin qəbuluna başlanılır. Valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini 7 avqust saat 15:00-dan 17 avqust saat 15:00-dək şagirdin qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.   Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant yer kimi təqdim edilir.    Qeyd edək ki, şəxsi işlər təhvil alınarkən valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin çıxdığı məktəbə təqdim etməlidir.   Elektron ərizə şagirdin çıxdığı məktəbin modulundan da əldə edilə bilər. 

Direktorların işə qəbulu üzrə esse mərhələsinin nəticələri açıqlanıb

Direktorların işə qəbulu müsabiqəsinin yazı işi üzrə esse mərhələsinin nəticələri açıqlanıb. İmtahan nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.   Müsabiqə üzrə esse mərhələsində 673 nəfər iştirak edib. 50 faiz və daha yuxarı nəticə göstərən 274 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.   Qeyd edək ki, uğur qazanmayan namizədlər https://portal.edu.az/ səhifəsində qeydiyyatdan keçərək esse mərhələsi üzrə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin qəbulu 7 avqust saat 11:00-da başa çatacaq.

Müsahibə mərhələsinə başlanılır

Avqustun 9-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.   Müsahibə mərhələsinə ümumilikdə 5 660 namizəd dəvət olunub. Müsahibələr avqustun 18-dək davam edəcək.   Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.   Qeyd edək ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədikləri halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

"İnsan kapitalı" İşçi Qrupunun növbəti iclası keçiriləcək

Avqustun 11-i saat 15:00-da Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun onlayn formatda növbəti iclası keçiriləcək. Maraqlanan şəxslər, dövlət və özəl sektor nümayəndələri müvafiq linkə daxil olaraq iclasın gündəliyi ilə tanış ola və “Təklif göndər” bölməsi vasitəsilə təkliflərini yaza bilərlər. Bundan başqa, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın internet portalının "Onlayn müraciət (https://azranking.az/online-apply)" bölməsində də ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasına dair təklifləri qeyd etmək mümkündür. Yekunda təkliflər komissiyanın müvafiq işçi qruplarında müzakirə olunur və nəticə barədə qarşı tərəfə məlumat göndərilir.

Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə start verilir

Avqustun 3-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2023-cü il üzrə ikinci sənəd qəbuluna start verilir. Proqrama nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.   Müraciət üçün tələb olunan sənədlərin siyahısıelan və qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.   Proqrama müraciət müddəti 20 sentyabr 2023-cü ilə kimi davam edəcək.   Əlavə sual yarandığı zaman dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərsiniz.

01/06/2026

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura

Ətraflı
01/06/2026

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun

Ətraflı