Qlobal Təhsil Həftəsi 2023 çərçivəsində “Qlobal sülh və anlaşmanın təşviqində təhsilin rolu” adlı vebinar keçirilib
Avropa Şurasının təşəbbüsü ilə ənənəvi olaraq hər il Qlobal Təhsil Həftəsi çərçivəsində müxtəlif ölkələrdə daha yaxşı bir dünya yaratmaq və təhsilin əhəmiyyəti barədə məlumatlılığın artırılması yönündə bir sıra tədbirlər həyata keçirilir. Bu məqsədlə ölkəmizdə də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qlobal Təhsil Həftəsi 2023 çərçivəsində “Qlobal sülh və anlaşmanın təşviqində təhsilin rolu” adlı vebinar keçirilib.
Görüşdə Uels Universitetinin “Global Humanity for Peace Institute”nun direktoru Şerto Gill, İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov iştirak ediblər.
Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənovun açılış nitqindən sonra professor Şerto Gill mədəniyyətlərarası anlaşma, təhsilin qloballaşması, sülh mövzusunun təhsil sisteminə inteqrasiyasından bəhs edib.
Daha sonra Hüseyn Hüseynov dünyada və cəmiyyətdə sülhün təmin edilməsi yönündə atılan addımlar, Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində “5 P” – insanlar, planet, rifah, sülh və tərəfdaşlıq məqsədləri, postmüharibə dövründəki cəmiyyətlərdə sülhün təşviqində təhsilin əhəmiyyətindən bəhs edib.
Görüşdə həmçinin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) təqaüdü, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün ayrılan təhsil qrantı proqramları vasitəsilə Azərbaycanda təhsil alan əcnəbi tələbələr, dövlət proqramları və Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində xaricdə təhsil alan azərbaycanlı gənclər də iştirak ediblər.
Vebinarın sonunda isə müxtəlif ölkələrdə hazırda təhsil alan tələbələr mövzu ilə bağlı suallarını ünvanlayıb, eləcə də xaricdə təhsil təcrübələrini bölüşüblər.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
