“İnsan kapitalı” İşçi Qrupunun hesabat iclası keçirilib
Avqustun 11-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyada Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi “İnsan kapitalı” İşçi Qrupunun növbəti iclası keçirilib. Videokonfrans formatında keçirilən iclasda işçi qrupun 2023-cü il üzrə təsdiqlənmiş Fəaliyyət Planının birinci yarımilinin ilkin nəticələri əks olunub. İclasda işçi qrupunun 2023-cü ilin birinci yarımili ərzindəki ümumi fəaliyyəti, həmçinin ölkəmizdə cari ilin ilk altı ayı ərzində elm və təhsil sahəsində qəbul edilmiş və insan kapitalının inkişafına xüsusi xidmət edən bir sıra yeni hüquqi aktlar, onların əhatə dairəsi barədə məlumat verilib. Bununla yanaşı, “İnsan kapitalı” İşçi Qrupunun sonuncu iclasında qəbul edilən, dövlət tərəfindən təhsilə digər mənbələrdən də çəkilən xərclərə dair məlumatların beynəlxalq təşkilatlara təqdim edilməsindən də danışılıb. Daha sonra Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesinin əhəmiyyəti və əldə edilmiş ilkin nəticələrin təhlili ilə bağlı təqdimatla çıxış edib. Yekunda isə mövzu ilə bağlı müzakirələr aparılıb.
12/08/2023 12:51
Peşə təhsili müəssisələrinə işə qəbula start verilir
Avqustun 11-dən peşə təhsili müəssisələrinə işə qəbula start verilir. 2023–2024-cü tədris ili üçün ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işә qәbulu mərkəzləşdirilmiş qaydada müsabiqә yolu ilə həyata keçiriləcək. Peşə təhsili müəssisələrində çalışmaq istəyən şəxslər 11–21 avqust tarixlərində portal.edu.az vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsili müəssisələri üzrə 142 ixtisas fənn müəllimi və 429 istehsalat təlimi ustası vakansiyası elan olunub. Müsabiqə elektron әrizәlәrin qәbulu və vakant yerlərin seçilməsi, təqdim edilən mәlumatların uyğunluğunun müvafiq komissiya tәrәfindәn yoxlanılması, test imtahanı mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər 24 avqust tarixində ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Peşə təhsili müəssisələrinə işə qəbul üzrə müsabiqəyə aşağıda qeyd olunan tələblərə uyğun namizədlər müraciət edə bilərlər: İxtisas fənn müəllimləri – orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər; İstehsalat təlimi ustaları – orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər. Vakansiya siyahısı Müsabiqə proqramı
11/08/2023 13:00
“ilk5il” – məktəbəqədər yaş üzrə maarifləndirici portal
“İcmaəsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində yaradılan “ilk5il” platformasının (https://www.ilk5il.az) məqsədi valideynləri uşaqların 5 yaşınadək dövrünə dair müxtəlif mövzularda maarifləndirməkdir. Yarandığı gündən Azərbaycan dilində maarifləndirici resurslara əlçatanlığı artırmağı qarşısına məqsəd qoyan “ilk5il” həmçinin valideyn olmağa hazırlaşanlara dair müxtəlif resurslar təqdim edir. Veb-saytda valideynlərin şəxsi inkişafı, uşaqların sağlamlığı, təlim-tərbiyəsi, inkişaf və psixologiyası ilə bağlı məqalələr, nağıllar (həmçinin səsli), tapmacalar, videodərs və oyunlar yer alır. Qeyd edək ki, “ilk5il” platformasının “Instagram” səhifəsi (https://www.instagram.com/ilk5il/) və yeni yaradılmış “Telegram” kanalında (https://t.me/ilk5il) da izləyicilər üçün qısa və interaktiv paylaşımlar edilir.
11/08/2023 10:05
Ümumi orta təhsil bazasından orta ixtisas təhsili pilləsinə elektron sənəd qəbulu prosesinə start verilir
14 avqust saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək. Müraciətçilər portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatları təsdiq edilir. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur. Elektron sistem üzrə qeydiyyat 23 avqust saat 18:00-da yekunlaşacaq. Qeyd edək ki, qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
10/08/2023 17:00
Müsahibə mərhələsinin ikinci günü
Müəllimlərin işə qəbulu üzrə müsahibələr davam edir. Avqustun 10-da informatika, riyaziyyat (rus bölməsi), Azərbaycan dili və ədəbiyyat, rus dili, texnologiya, fransız dili (rus bölməsi) və musiqi fənləri üzrə müsahibələr təşkil olunub. Müsahibələrin ikinci gününə 753 namizəd dəvət edilib. Qeyd edək ki, müsahibələr avqustun 18-dək davam edəcək.
10/08/2023 12:00
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi elan olunur
Avqustun 9-dan Elm və Təhsil Nazirliyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsini elan edir. Qrant müsabiqəsinə təqdim olunacaq layihə sənədlərinin (layihə təklifi forması, CV forması, iştirak sənədləri) qəbulu 15 sentyabr tarixinədək musabige@edu.gov.az elektron poçtu vasitəsilə aparılacaq. Müsabiqə barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz. “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin elanı
09/08/2023 16:32
Müsahibə mərhələsinə start verilib
Avqustun 9-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib. Bu mərhələyə ümumilikdə 5 660 namizəd dəvət olunub. İlk gün informatika, musiqi, rus dili, fransız dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müsahibələr təşkil olunacaq. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar. Qeyd edək ki, müsahibələr avqustun 18-dək davam edəcək.
09/08/2023 10:00
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
Avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək. Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.
09/08/2023 09:00
554 şagird informatika təmayüllü siniflərdə təhsil alacaq
2023-2024-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika təmayüllü 10-cu siniflərdə təhsil almaq istəyən 9-cu sinif şagirdləri üçün imtahan keçirilib. Ümumilikdə 554 şagird uğurlu nəticə göstərib. Növbəti tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika təmayüllü 10-cu siniflərin sayının artırılması və 40 məktəbdə həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, 2021-2022-ci tədris ilində pilot layihə kimi 5 məktəbdə informatika təmayüllü 10-cu siniflərə start verilib. 2022-2023-cü tədris ilində isə pilot layihə 10-cu siniflər üzrə 710 şagird olmaqla 4 şəhər və 23 məktəbi əhatə edib. Layihə üzrə həftədə 5 saat informatika fənni tədris olunur.
08/08/2023 15:30
Bakı şəhəri üzrə növbəyaratma prosesinə başlanılır
8 avqust saat 11:00-da Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbəyaratma prosesinə start verilir. Proses www.bq.edu.az saytı üzərindən sentyabrın 1-dək həyata keçiriləcək. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq. Qeyd edək ki, ötən tədris ilində yaradılmış növbə və sorğular bu il üçün keçərli deyil.
08/08/2023 11:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı