Sertifikatlaşdırmanın müsahibə mərhələsinə başlanılır
Sentyabrın 8-dən sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start veriləcək. Müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular 18 avqust tarixində müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platforması vasitəsilə hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər. Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.
07/09/2023 09:54
Elm və təhsil naziri media üçün brifinq keçirib
Sentyabrın 6-da elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib. Brifinqdə Emin Əmrullayev yeni tədris ili ilə bağlı aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib: - 2023–2024-cü tədris ilində I sinifdə 135 min şagird olmaqla ümumilikdə 1,6 milyon nəfərin təhsil alacağı gözlənilir; - “Peşə təmayüllü siniflərin təşkili” layihəsi 196 məktəb, 232 sinif, 3 500-dən çox şagirdi əhatə edəcək; - STEAM layihəsi 400-dək məktəb, 25 mərkəz və 180 mindən çox şagirdi əhatə edəcək; - “Rəqəmsal bacarıqlar” layihəsi 53 region üzrə 532 məktəbdə təhsil alan 410 min şagirdi əhatə edəcək; - Son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40 faizdən çox, dövlət sifarişli əsaslarla qəbul olunanların sayı isə 2 dəfədən çox artıb; - Artıq ali təhsilə keçid imkanı verəcək (subbakalavr) yüksək texniki peşə təhsili üzrə 1 460 nəfər təhsil alır. 2026-cı ildə bu rəqəmin 9 mindən çox olması planlaşdırılır; - Cari tarixədək Təhsil Tələbə Krediti Fondu tərəfindən 19,5 milyon manat vəsait kredit olaraq rəsmiləşdirilib; - 2026-cı ilə qədər 135 min təhsilverən sertifikatlaşdırmaya cəlb olunacaq; - Tədris digər dillərdə aparılan bölmələrdə Azərbaycan dilinin tədrisinin keyfiyyətinə diqqət artırılacaq; Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
06/09/2023 18:00
Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 6-da Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova, Yevlax, Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Zərdab rayonları və Mingəçevir şəhəri üzrə təhsil sektorlarının əməkdaşları, həmin ərazilərdə çalışan məktəb direktorları, müəllimlər iştirak ediblər. Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra qonaqlar şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov ötən tədris ilində təhsil sahəsində əldə olunan nailiyyətlər, 2022–2026-cı illər üzrə təhsil strategiyasının müvafiq istiqamətlər üzrə uğurla icra edilməsi, eyni zamanda, təhsildə innovativ layihələrin tətbiq dairəsinin genişləndirilməsi barədə məlumat verib. Orxan Abbasov növbəti tədris ili üçün prioritet istiqamətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov hesabatla çıxış edib. Hesabatda “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər, region üzrə şagird və müəllim nailiyyətləri, milli qiymətləndirmə və buraxılış imtahanının nəticələri, respublika fənn olimpiadalarının ümumi təhsil müəssisələri üzrə reytinq sıralaması və digər məsələlər yer alıb. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova çıxışında qarşıdan gələn 15 Sentyabr – Bilik Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib. Sonra 2022–2023-cü tədris ilində səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində göstərdikləri fəal və nümunəvi xidmətlərinə görə bir qrup təhsil işçisi təltif edilib. Konfrans şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
06/09/2023 17:30
Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçiriləcək
Oktyabrın 5-də Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu təşkil ediləcək. Forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı, eləcə də Təhsil TV, “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formatda keçiriləcək. Forumun məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. “Daha təhsilli gələcək” devizi ilə keçiriləcək forum effektiv öyrənmə mühiti, yeni dövrdə öyrənmə mədəniyyəti və oxu savadlılığı mövzularını əhatə edəcək. Forumda İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, Maya Məktəblər Şəbəkəsinin qurucusu, Türkiyənin sabiq milli təhsil naziri Ziya Selçuk, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin akademik direktoru Turan Zəkəriyəyeva, “BP Azerbaijan” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Harvard Universitetinin professoru və Qlobal Təhsil İnnovasiyaları Təşəbbüsünün direktoru Fernando Reimers, yazıçı, psixoloq Azra Kohen çıxış edəcəklər. Forumda yalnız onlayn iştirak mümkündür. İştirak ödənişsizdir. Qeydiyyatdan keçən şəxslərə link göndəriləcək. Müvafiq linkə keçid etməklə qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/eXDG5VCrUz9tATST6
06/09/2023 12:48
2023–2024-cü tədris ili üzrə 5 nəfər HTP çərçivəsində Qazaxıstanda təhsil almaq hüququ qazanıb
“Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqavilə”yə uyğun olaraq, 5 nəfər Azərbaycan Respublikası vətəndaşı 2023–2024-cü tədris ili üzrə Qazaxıstanda təhsil almaq imkanı qazanıb. Seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən tələbələr bu ölkənin nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti və Qazaxıstan Milli Aqrar Universitetində təhsil almaq hüququ qazanıblar. Onlardan 3 nəfəri bakalavriat, 2 nəfəri isə magistratura səviyyəsi üzrə iqtisadiyyat və idarəetmə, kənd təsərrüfatı ixtisaslarında təhsil alacaq. Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 30 aprel tarixində dərc edilib.
06/09/2023 11:03
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 5-də Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, nazirliyin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Neftçala, Hacıqabul, Salyan, Biləsuvar rayonları və Şirvan şəhəri üzrə təhsil sektorlarının əməkdaşları, həmin rayonlarda çalışan məktəb direktorları, müəllimlər iştirak ediblər. Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək ötən tədris ilində təhsildə əldə olunan nailiyyətlər, sertifikatlaşdırma imtahanlarının əhəmiyyəti, yeni tikilən məktəblər, dərslik təminatı, şagird davranış qaydaları və digər layihələr barədə məlumat verib. Fərzəli Qədirov növbəti tədris ili üçün ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında rayon üzrə təhsildə əldə olunan nailiyyətlərdən məmnunluğunu ifadə edib. Daha sonra Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli ötən tədris ilinin nəticələrinə dair hesabatla çıxış edib. Tədbirdə təhsil müəssisələri, təhsilverənlər və təhsilalanlarla bağlı 2023–2024-cü tədris ili üzrə əsas mesajlar müzakirə edilib. Konfrans çıxışlarla davam etdirilib.
05/09/2023 17:40
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
Tələbələrin ölkə daxilində yerləşən orta ixtisas və ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasını, eləcə də təhsil formasını dəyişməsi prosesi başa çatıb. Belə ki, transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 4 316 müraciət qeydə alınıb. Müraciətçilərdən 456 nəfəri orta ixtisas təhsili müəssisəsindən, 3 276 nəfəri ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat, 62 nəfəri magistratura səviyyəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib. Xaricdə yerləşən ali təhsil müəssisələrindən transfer olunmaq istəyənlərin sayı 522 nəfər olub. Orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2 649 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən 2 649 nəfərin 2 287-si bakalavriat səviyyəsi, 16 nəfəri magistratura səviyyəsi, 346 nəfəri isə orta ixtisas təhsil pilləsinin tələbəsi olub. Köçürülmə ilə bağlı müraciət etmiş tələbələr şəxsi kabinetlərinə daxil olaraq nəticələr barədə məlumat əldə edə bilərlər. Qeyd edək ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Xarici ali təhsil müəssisələrindən köçürülmə nəticələri yaxın günlərdə elan olunacaq.
05/09/2023 17:00
Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi başladı
Sentyabrın 5-də müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimlərinə start verilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər. Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 7 sentyabr saat 12:00-da başa çatacaq. Namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik.
05/09/2023 12:55
146 Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq. Belə ki, vətəndaşlar Mil – Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair sorğu və şikayətlərinə 146-0-6 nömrəsi ilə əlaqə yaratmaqla cavab əldə edə bilərlər.
05/09/2023 11:50
İş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində iştirak edən müəllimlərin nəzərinə!
Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində müraciətini təsdiqləmiş namizədlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib. Qeyd edək ki, müsabiqə müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem üzərindən öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.
05/09/2023 11:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı