Çində təhsil almaq istəyənlərin nəzərinə!
2 il əvvəl
Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində növbəti tədris ilində Çində təhsil almaq istəyən şəxslər üçün müraciət müddəti 7 yanvar 2024-cü il tarixinədək uzadılıb.
Bundan əlavə, Çin universitetlərindən ilkin qəbul sənədinin (“pre-admission notice”, “proof of admission from tutor”) alınmasında yaranan çətinliklər və bununla bağlı çoxsaylı müraciətlər nəzərə alınıb. Belə ki, namizədlər ilkin mərhələdə https://portal.edu.az/ platformasındakı ərizələrini həmin sənəd olmadan, yəni müvafiq bölmələr üzrə digər tələb olunan sənədləri daxil etməklə təsdiqləyə bilərlər.
Qeyd edək ki, ilkin qəbul sənədinin elektron ərizəyə daxil olunması üçün namizədlərə 31 yanvar 2024-cü il saat 18:00-dək əlavə vaxt verilməsi nəzərdə tutulur.
Yekunda müsahibədən uğurla keçən namizədlərdən yalnız ilkin qəbul sənədini elektron ərizəsinə əlavə etmiş şəxslərin namizədliyi Çin tərəfinə göndəriləcək.
Ətraflı: https://bit.ly/3RQ3Dd7
Digər xəbərlər
-
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40 -
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır
04.11.2026 - 15:48 -
“BilBacar” müsabiqəsi yenidən başlayır!
03.11.2026 - 16:58 -
Nazir müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib
02.11.2026 - 18:30 -
Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib
02.11.2026 - 12:50
