ADMİU-nun 100 illik yubileyi münasibətilə “Maqbet” tamaşası oynanılıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş “Maqbet” tamaşasının premyerası keçirilib.
Premyerada elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, mədəniyyət nazirinin müavini Səadət Yusifova, millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, professor-müəllim kollektivi, tələbə heyəti və digər qonaqlar iştirak ediblər.
Tamaşadan əvvəl ADMİU-nun rektoru Ceyran Mahmudova qonaqları salamlayaraq hər birinə rəhbərlik etdiyi ali təhsil ocağının yubileyinə göstərdikləri diqqətə görə təşəkkür edib, “Maqbet” tamaşasının yeni formatda səhnələşdirildiyini diqqətə çatdırıb.
AMEA-nın prezidenti İsa Həbibbəyli çıxışında bütün kollektivi yubiley münasibətilə təbrik edib, ali təhsil müəssisəsinin Azərbaycanın milli mədəniyyət və incəsənətinə layiqincə xidmət göstərdiyini vurğulayıb.
Daha sonra qonaqlar Vilyam Şekspirin “Maqbet” əsəri əsasında hazırlanmış eyniadlı faciəyə tamaşa ediblər. Tamaşada rolları Əməkdar artistlərlə yanaşı, ADMİU-nun tələbə və məzunlarından ibarət heyət canlandırıb.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
