• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəbli könüllü” proqramına qeydiyyat davam edir

“Məktəbli könüllü” proqramına qeydiyyat prosesi davam edir. Proqrama qoşulmaq istəyən 8, 9, 10 və 11-ci sinif şagirdləri 31 dekabr 2023-cü il tarixinədək qeydiyyatdan keçməlidirlər. Proqramın tərəfdaşı olmaq istəyən məktəblər isə admin@konullu.edu.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

 

Qeydiyyat üçün link: https://forms.gle/jY4cK2UxqNBQ7UgU7

 

Proqrama qoşulan şagirdlər nə əldə edəcəklər?

  • məktəblilərin yerli icmaların inkişafı istiqamətində mövcud infrastrukturların yaxşılaşdırılması, abadlaşdırılması və ictimai xidmətlə bağlı layihələrə cəlb edilməsi;
  • ekoloji problemlərin həlli və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün müntəzəm olaraq məktəblilərin maarifləndirilməsi, iməcilik aksiyalarının təşkili – ağacəkmə fəaliyyətləri, tullantıların təmizlənməsi, resurslardan səmərəli istifadə;
  • məktəb daxilində karyera klublarının formalaşdırılması, həmçinin asudə vaxtın səmərəli təşkili üçün dil, idman, incəsənət kimi sahələrdə ictimai klubların təşkili və onlara məktəblilərin özlərinin rəhbərlik etmələri;
  • məktəblilərin şəxsi inkişafına dəstək verəcək müxtəlif mövzulu yay və qış düşərgələrinin təşkili;
  • məktəbdaxili intellektual, sosialtipli müsabiqə və yarışların təşkili;
  • Bakı və region məktəbləri arasında kommunikasiya mühiti yaratmaqla şəbəkələşmənin təmin edilməsi və birgə fəaliyyətlərin təşkili.

 
Qeyd edək ki,  “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən proqramın məqsədi şagirdlər arasında sosial inkişafın təmin olunması, komanda işinin formalaşdırılması, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətlərin gücləndirilməsi, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edən gənc nəslin formalaşdırılmasıdır. 


19.12.2023 - 09:57