Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 8-də Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə şəhəri, Goranboy, Naftalan, Göygöl, Samux, Daşkəsən rayonları üzrə təhsil sektorlarının əməkdaşları, eləcə də həmin rayonlarda çalışan pedaqoji heyət və digər qonaqlar iştirak ediblər. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Nazir müavini "Heydər Əliyev İli" çərçivəsində icra olunan tədbirlər, təmir edilən məktəblər, dərslik təminatı, təhsilverənlərin müasir tələblərə cavab verməsinin vacibliyi, sertifikatlaşdırma prosesi, innovativ təcrübənin yayılması, icbari təhsilin təmin olunması, əməkhaqqının stimullaşdırılması, innovativ layihələr barədə məlumat verib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov öz növbəsində konfrans iştirakçılarına uğurlar arzulayıb. Daha sonra Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev hesabatla çıxış edib. Konfrans müddətində Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin təhsilverən və təhsilalanlarından ibarət "Birlik" xor kollektivi müxtəlif musiqi nömrələri səsləndirib. Konfransda 2022–2023-cü tədris ilində səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisi təltif olunub. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
08/09/2023 17:06
Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə yeni peşə ixtisası yaradılıb
“Dövlət – özəl əməkdaşlığı çərçivəsində atılan addımlar peşə təhsilinin inkişafı üçün əhəmiyyətlidir. İş yerində öyrənmə modellərinin tətbiqi istiqamətində vacib nailiyyətlər əldə etmişik, işəgötürən tərəfdaşlarımız da bu prosesə böyük töhfə veriblər”. Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda bacarıqlara və məşğulluğa çıxışın təmin edilməsi” layihəsi çərçivəsində təşkil olunan tədbirdə deyib. Emin Əmrullayev həmçinin son illərdə peşə təhsili sahəsinə dövlətin diqqət və qayğısının artdığını vurğulayıb. Tədbirdə ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Rigterink və digər rəsmi şəxslər, özəl sektor təmsilçiləri, media nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Rigterink bu cür layihələrin ümumi iqtisadi faydaları ilə yanaşı, hər kəs üçün yeni iqtisadi imkanlar yaradacağını qeyd edib. Bildirilib ki, adıçəkilən layihə Azərbaycanda həyata keçirilən uğurlu dövlət – özəl tərəfdaşlığı təşəbbüslərindən biri olacaq. Sonda Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Avrora” MMC arasında sənayenin tələblərinə uyğun kadr hazırlığının dəstəklənilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində qida istehsalı sahəsində ixtisaslı kadrların hazırlanması, tələbələrin bilik və bacarıqlarının artırılması, bu istiqamətdə təlim-tədrisin keyfiyyətinin yüksəldilməsi, dual proqramların yaradılması nəzərdə tutulur. Qeyd edək ki, qida istehsalı sahəsində sənayenin tələb və sifarişlərinə uyğun kadr hazırlığına dəstək məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Avrora” MMC tərəfindən unüyütmə istehsalının aparatçısı ixtisası üzrə kurikulum hazırlanıb. Cari tədris ilindən peşə təhsili pilləsində bu ixtisasın tədrisinə başlanılacaq.
08/09/2023 15:05
STEAM əsaslı tədrisin əhatə dairəsi genişləndirilir
2023–2024-cü tədris ilində STEAM əsaslı tədrisin əhatə dairəsi genişləndiriləcək. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. STEAM əsaslı tədrisin əhatə dairəsinin genişləndirilməsində məqsəd təhsilalanların innovativ ideyalarının reallaşdırılmasında müasir texnologiyaların tətbiqinin təmin edilməsi, həmçinin süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində istifadəsi bacarıqlarının formalaşdırılmasıdır. Qeyd edək ki, STEAM təhsil metodu elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. STEAM layihəsinin məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq və digər XXI əsr bacarıqlarını formalaşdırmaq, eləcə də yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaqdır. Bununla yanaşı, fənləri inteqrativ, real problemlərin həllinə yönəlmiş vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətini yüksəltməkdir.
08/09/2023 14:55
Ağdam rayonu Baharlı – 1 qəsəbə məktəbinin açılışı olub
Sentyabrın 7-də Ağdam rayonu Baharlı – 1 qəsəbə tam orta məktəb üçün yeni inşa olunan tədris binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov iştirak ediblər. Məlumat verilib ki, 432 şagird yerlik məktəbdə 16 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, texnologiya otaqları, hərbi hazırlıq, informatika kabinetləri, idman və akt zalları, kitabxana, yeməkxana, STEAM və inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib. Açılış mərasimində tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar
08/09/2023 11:00
Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 7-də Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Tərtər, Şuşa rayonları üzrə təhsil sektorlarının əməkdaşları, eləcə də həmin rayonlar üzrə ümumi təhsil müəssisələrinin direktor və pedaqoji heyəti iştirak edib. Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev 2023–2024-cü tədris ili üçün ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər barədə məlumat verib, regionda təhsilverənlərin sertifikatlaşdırılması, peşə təmayüllü siniflər, həmçinin icmaəsaslı qrupların təşkili, şagird davamiyyətinin təmin olunmasında mühüm işlərin görülməsi, təhsilin idarəolunmasında əlçatanlıq, şəffaflığın təmin edilməsi üçün qarşıda duran vəzifələr barədə qeydlərini iştirakçıların diqqətinə çatdırıb. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov da öz növbəsində təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb. Daha sonra hesabatla çıxış edən Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov region üzrə təhsilin təşkili, idarəolunması üzrə statistik məlumatları, əmək intizamına nəzarət, bu istiqamətdə tətbiq edilmiş intizam tənbehi tədbirləri, şagird və müəllim nailiyyətləri, eləcə də digər məsələlər barədə danışıb. Tədbirdə təhsil müəssisələri, təhsilverənlər və təhsilalanlarla bağlı 2023–2024-cü tədris ili üzrə əsas mesajlar iştirakçıların diqqətinə çatdırılıb. Konfrans bədii hissə ilə başa çatıb. Tədbrin sonunda xatirə şəkli çəkdirilib.
08/09/2023 10:20
Qazax – Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 7-də Qazax – Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonları üzrə təhsil sektorlarının əməkdaşları, eləcə də həmin rayonlarda çalışan ümumi təhsil müəssisələrinin direktor və pedaqoji heyəti iştirak ediblər. Konfransda “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlər, ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması, respublika fənn olimpiadaları, təhsil müəssisələrində aparılan təmir-tikinti məsələləri, işə qəbul, direktor təyinatı, təhsil işçilərinin peşəkar inkişafı, nəzarət tədbirləri, eləcə də digər qurumlar, qeyri-hökumət təşkilatları, icra hakimiyyəti orqanları ilə əməkdaşlıq sayəsində görülən işlərlə bağlı iştirakçılara məlumat verilib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı 2023–2024-cü tədris ilində ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Elm və Təhsil Nazirliyi tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb, təhsil işçilərini qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edib. Daha sonra Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev hesabatla çıxış edib. Sentyabr konfransında pedaqoji sahədə səmərəli fəaliyyətlərinə görə 8 təhsil işçisinə fəxri fərman verilib, 2 məktəb isə təşəkkürnamə ilə təltif olunub. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
07/09/2023 17:25
SABAH qruplarının magistratura səviyyəsində vakant yerlər üçün müsabiqə davam edir
SABAH qruplarının magistratura səviyyəsində 2023–2024-cü tədris ilinin payız semestri üzrə vakant yerlər üçün müsabiqə davam edir. Müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunurlar. Müsabiqədə iştirak üçün son müraciət tarixi 8 sentyabr saat 23:59 müəyyən edilib. Müsabiqədə azı üç il ali təhsil pilləsində pedaqoji təcrübə və (və ya) sahə üzrə iş təcrübəsinə malik magistr və daha yüksək elmi dərəcəsi olan, mükəmməl səviyyədə İKT, innovativ tədris metodları, müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran namizədlər iştirak edə bilərlər. Linkə daxil olmaqla müvafiq vakansiyalara müraciət etmək mümkündür: https://bit.ly/462QamC
07/09/2023 16:07
Məktəbdənkənar təhsil müəssisələrinə qeydiyyat davam edir
2023–2024-cü tədris ilində Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qeydiyyat prosesi davam edir. Sözügedən dərnək və qruplara qeydiyyat üçün məktəbdənkənar təhsil müəssisələrinə müraciət edə bilərsiniz. Dərnək və qrupların fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri haqqında məlumatı buradan əldə etmək mümkündür: məktəbdənkənar təhsil müəssisələri Qeyd edək ki, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii və texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya, intellekt istiqamətləri üzrə dərnəklərin, həmçinin uşaq-gənclər idman-şahmat məktəblərində idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulur.
07/09/2023 14:50
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat başlayır
8 sentyabr saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Qəbul olunmuş şəxslər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Qeydiyyat 13 sentyabr saat 18:00-da başa çatacaq. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
07/09/2023 11:50
Mil – Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 6-da Mil – Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda elm və təhsil nazirinin müavini Həsən Həsənli, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Mil – Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə təhsil sektorlarının əməkdaşları, eləcə də həmin rayonlarda çalışan təhsil işçiləri iştirak ediblər. Konfransda “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlər, təhsil sahəsində aparılan islahatlar, ümumi təhsil müəssisələrində həyata keçirilən layihələr, müxtəlif müsabiqələr və fənn olimpiadalarında qazanılmış uğurlar, buraxılış imtahanları və ali məktəblərə qəbul nəticələri, müəllimlərin sertifikatlaşdırılması, işə qəbul, direktor təyinatı, təhsil işçilərinin peşəkar inkişafı, nəzarət tədbirləri, təhsil müəssisələrində aparılan təmir-tikinti işləri və digər məsələlərlə bağlı konfrans iştirakçılarına geniş məlumat verilib. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli 2022–2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelinin Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən etdiyini, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elm və təhsilin bütün səviyyələri üzrə gələcək inkişaf üçün nəzərdə tutulan hədəf və məqsədlərin də yer aldığını bildirib. Çıxışının sonunda IV siniflərdə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı aparılmış monitorinqlərdən danışan Həsən Həsənli konfrans iştirakçılarına yeni tədris ilində uğurlar arzulayıb. Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək təhsil işçilərinə uğurlar arzu edib. Hesabatla çıxış edən Mil – Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev region üzrə şagird nailiyyətləri, ali məktəblərə qəbul nəticələri, respublika fənn olimpiadaları, fənn müsabiqələrinin region üzrə nəticələri, məktəbdənkənar müəssisələrin qazandığı nailiyyətlər, təhsilin təşkili və idarəolunması üzrə statistik məlumatlar, nəzarət tədbirləri çərçivəsində görülmüş işlər, həmçinin təhsil müəssisələrinin istilik təminatı və təmir-tikinti ehtiyacları kimi məsələlərə toxunub. Konfrans bədii hissə ilə yekunlaşdırılıb. Sonda xatirə şəkli çəkdirilib.
07/09/2023 11:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı