Elektron sənəd qəbulunun müddəti uzadılıb
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinin müddəti uzadılıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər 26 dekabr saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Namizədlərin hazırda məktəbəqədər təhsil müəssisəsində çalışması şərt deyil.
Qeyd edək ki, ötən müsabiqədə iştirak etmiş şəxslərin yenidən müraciəti mümkündür. Həmin şəxslərin elektron sənədlərinin statusu ilkin mərhələyə qaytarılıb.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
