Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsi

UNICEF və Elm və Təhsil Nazirliyinin əməkdaşlığı ilə keçirilən “STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsinin ikinci mərhələsinə start verilib. Layihənin məqsədi uşaq və yeniyetmələr arasında iqlim dəyişmələri barədə məlumatlılığı artırmaq və ekotexnoloji bacarıqları inkişaf etdirməkdir.  Layihə Azərbaycanın müxtəlif bölgələrindən olan 10-17 yaşlı gəncləri əhatə edir. Seçilmiş iştirakçılara Ağdaş, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Şirvan, Şəmkir və Zaqatalada yerləşən STEAM mərkəzlərində iqlim və digər sahələr üzrə mütəxəssislər tərəfindən təlimlər keçirilir.

Apellyasiya Şurasının növbəti iclası keçirilib

Avqustun 14-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.   İclasda Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdir müavini vəzifəsinə namizəd Kamal Aslanovun, Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin Strateji planlaşdırma və koordinasiya sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Sənan İbişlinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə namizədlər Alqış Həsrətov və Adil Aşurovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.   İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdikləri məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb və 2 şikayətin təmin edilməsi, 1 şikayətin qismən təmin edilməsi, 1 şikayətin isə təmin edilməməsi barədə qərarlar qəbul olunub.

MİQ-in müsahibə mərhələsinə start verilib

Avqustun 14-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb. Müsahibələrə 5 740 nəfər dəvət edilib.  Sözügedən mərhələnin ilk günündə riyaziyyat, informatika, musiqi, rus dili, fransız dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müsahibələr təşkil olunacaq. 22 avqust tarixinədək davam edəcək müsahibələr zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlıq və ümumi dünyagörüşü müvafiq komissiyalar tərəfindən yoxlanılacaq. Xatırladaq ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etməsə, bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq. Belə ki, Çağrı Mərkəzinin 146 – 10 xidməti artıq istifadədədir. Vətəndaşlar Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə əlaqə yaratmaq üçün müvafiq nömrəyə zəng edə bilərlər.

Daha 205 nəfər növbəti tədris ilində Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb. Siyahıya əsasən, daha 205 namizəd proqram iştirakçısı adını qazanıb.   Beləliklə, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq.    Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Cari ildə təqaüd hüququ əldə etmiş namizədlərdən 15 nəfəri "Columbia University", 7-si "Harvard University", 7-si "University of Cambridge", 6-sı “Yale University”, 5-i "University of California, Berkeley", 4-ü "National University of Singapore", 3-ü "University of Oxford", 3-ü "ETH Zurich", 3-ü "University of Chicago" və digər nüfuzlu universitetlərdə təhsil alacaq.    Elm və Təhsil Nazirliyi ilə bağlanılacaq müqavilənin müvafiq şərtinə əsasən, proqram iştirakçısı təhsili bitdikdən sonra 2 ay ərzində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdır.   Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə qazanan, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı mövcuddur. 2024–2025-ci tədris ili üzrə proqram iştirakçısı adını qazanmış namizədlərdən bu və ya digər səbəbdən imtina edənlər olarsa, Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutulmaqla həmin siyahıya istinadən növbəti iştirakçılar seçiləcəklər.

Peşə təhsili üzrə tələbə qəbulunun I mərhələsi yekunlaşıb

12 avqust saat 18:00-dan 2024–2025-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinə yekun vurulub.  29 iyul tarixindən başlayan tələbə qəbulunun I mərhələsində www.portal.edu.az platforması vasitəsilə 27 269 şəxs 87 656 ixtisas üçün müraciət edib. Peşə təhsili almaq istəyən şəxslər daha çox İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər. Müsabiqə nəticələrinin 17 avqust tarixində elan olunması nəzərdə tutulur. Nəticələrlə bağlı məlumat SMS vasitəsilə göndərilməklə yanaşı, www.portal.edu.az platformasındakı “Şəxsi kabinet” bölməsində də yerləşdiriləcək.  Qeyd edək ki, peşə təhsili pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 27 avqust – 3 sentyabr tarixlərində həyata keçirilməsi planlaşdırılır.

İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır

“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 26 avqust 2024-cü il tarixinədək uzadılır.   Qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən kənarda qalmış uşaqları bu təhsilə cəlb etməkdir.     Ətraflı məlumatla https://edu.gov.az/uploads/elan/2024/07/icma-esasli-mektebe-qeder-tehsil-qrant.pdf keçidi vasitəsilə tanış olmaq mümkündür.

Xaricdə təhsilə dair Dövlət Proqramı ilə bağlı yeniliklər edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.   Dəyişikliklərə əsasən, Dövlət Proqramının müddəti uzadılıb və 2022–2028-ci illər olaraq müəyyən edilib.   Bundan başqa, hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. 2022–2024-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 80 faizədək hissəsi magistratura səviyyəsini, 2025-ci ildən başlayaraq isə 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.

9 illik təhsil bazasından kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır

Avqustun 12-də ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır. Qeydiyyat prosesi portal.edu.az vasitəsilə elektron formada aparılır.   Qeydiyyatdan keçmək üçün abituriyentlər https://portal.edu.az/ -da şəxsi kabinet yaradaraq “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.   Elektron sistem üzrə qeydiyyat 20 avqust saat 18:00-da yekunlaşacaq.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.    Ümumilikdə 5 740 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 22-dək davam edəcək. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlıq və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq. Bu mərhələdə uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.    Namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etməsə, bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı