Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir.   “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunan düşərgədə ölkənin müxtəlif şəhər və rayonları, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 45 məktəbli iştirak edir. Düşərgə 19–25 avqust tarixlərini əhatə edəcək.   Düşərgədə uşaqlar üçün ustad dərsləri, intellektual oyunlar, idman yarışları, viktorina, konsert və digər əyləncəli proqramların həyata keçirilməsi nəzərdə tutulur. Düşərgə ərzində uşaqların tanınmış aktyor, idmançı, yazıçılarla görüşü, eləcə də muzey, kinoteatr və STEAM İnnovasiya Mərkəzinə səfərləri təşkil olunacaq.   Yay düşərgəsinin təşkilində məqsəd məktəblilərin fiziki və mənəvi inkişafını təmin etmək, onların asudə vaxtlarını maraqlı və əyləncəli keçirmələrinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, uşaqlara yeni bacarıqlar aşılamaqdır.

İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkilinə dair qrant müsabiqəsinə sənəd qəbulu üçün son 1 həftə!

“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsinə sənəd qəbulu avqustun 26-da başa çatacaq.   Xatırladırıq ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən kənarda qalmış uşaqları bu təhsilə cəlb etməkdir.   Qeyd edək ki, icma əsaslı məktəbəqədər təhsil xidmətləri müvafiq qaydalar çərçivəsində müxtəlif məkanlarla yanaşı, ailələrdə də təşkil oluna bilər. Bu zaman uşaq sayının 7 nəfər olması, eləcə də uşaqların məktəbəqədər təhsilə cəlb ediləcəyi məkanın ölçüsünün, təhlükəsizlik və sanitar-gigiyena şəraitinin müvafiq norma və normativlərə cavab verməsi mütləqdir. Şəxsi evində uşaqların məktəbəqədər təhsilə cəlb olunmasını təmin edəcək tərbiyəçilərin ən azı 1 məktəbəqədəryaşlı övladının olması isə üstünlükdür. Qrant müsabiqəsi barədə ətraflı məlumatla keçid vasitəsilə tanış olmaq mümkündür.

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb. Qeyd edək ki, müsabiqəyə ümumilikdə 112 layihə təklifi daxil olub. Hazırda layihələrin ekspertiza və qiymətləndirilməsi prosesi həyata keçirilir.  Qrant müsabiqəsinin gedişatı ilə bağlı məlumatlar Elm və Təhsil Nazirliyinin internet resursları vasitəsilə yayımlanacaq.   “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin prioritet mövzuları “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində təhsilə ictimai dəstək, Qərbi Azərbaycana qayıdışla bağlı maarifləndirmə, türk dövlətlərinin təhsil ictimaiyyəti arasında inteqrasiyanın gücləndirilməsi, təhsil müəssisələrində yaşıl dünyanın təşviqi, uşaqların təhsil və təhlükəsizlik hüquqlarının təmin edilməsinə dəstək, peşə təhsilinin təşviqi, elm və təhsil islahatları ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olub.

“Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nə sənəd qəbulu başa çatıb

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nə sənəd qəbulu başa çatıb. Müsabiqəyə ümumilikdə 42 özəl məktəbəqədər təhsil müəssisəsi tərəfindən müraciət daxil olub.   Hazırda müsabiqə iştirakçılarına və sənədlərə verilən tələblər yoxlanılır. Müsabiqənin gedişatı ilə bağlı məlumatlar Elm və Təhsil Nazirliyinin internet resursları vasitəsilə yayımlanacaq.   “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi uzadılıb

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi 22 avqust saat 18:00-dək uzadılıb.    Müraciət üçün https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidməti seçilməlidir.   Qeydiyyatla bağlı müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

Məktəbli idmançılar üçün “Təhsil” yay düşərgəsi keçirilib

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə yüksək nailiyyətlər əldə etmiş məktəbli-idmançılar üçün “Təhsil” adlı idman-sağlamlıq yay düşərgəsi keçirilib.   “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunan düşərgədə uşaq-gənclər idman-şahmat məktəblərindən 50 məktəbli idmançı iştirak edib. Düşərgə 12–17 avqust tarixlərini əhatə edib.   Düşərgədə uşaqlar üçün ustad dərsləri, intellektual oyunlar, idman yarışları, viktorina və digər əyləncəli proqramlar həyata keçirilib.   Yay düşərgəsinin təşkilində məqsəd məktəblilərin fiziki və mənəvi inkişafını təmin etmək, onların asudə vaxtlarını maraqlı və əyləncəli keçirmələrinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, uşaqlara yeni bacarıqlar aşılamaq olub.

90 milyondan çox öyrənənə xidmət göstərən "National Geographic Learning"in baş direktoru "Yeni çağırışlar"da

Avqustun 23-də “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki buraxılışında "National Geographic Learning" Qlobal Tərəfdaşlıq Qrupunun baş direktoru Erik Qundersen qonaq olacaq. Erik Qundersen ilə yaşıl təhsil barədə danışılacaq. Proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq. Erik Qundersen Portuqaliyanın Lissabon şəhərindəki Amerika Dil İnstitutu və Berkli Kaliforniya Universitetində müəllim olaraq çalışıb. O həmçinin bir sıra ölkələrin təhsil nazirlikləri üçün uğurlu layihələr həyata keçirib. Erik Qundersenin rəhbərlik etdiyi "National Geographic Learning" Qlobal Tərəfdaşlıq Qrupu 133 ölkədə 90 milyondan çox öyrənənə xidmət göstərən aparıcı nəşriyyatlardandır. Məqsədi orijinal tədris materialları vasitəsilə şagird və tələbələri bilik və bacarıqlarla təmin etmək, onları gələcəyin liderləri olaraq hazırlamaqdır.

Magistratura səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunanların elektron qeydiyyatı davam edir

Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesi davam edir. Qeydiyyat 21 avqust saat 18:00-da başa çatacaq.  Namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatları təsdiq edilir.  Portalda həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti qazanmaq üçün məlumatların təqdimi üçün bölmə mövcuddur. Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən təhsil haqqını bank, poçt, “eManat” vasitəsilə nağd şəkildə ödəyə bilərlər. Nağdsız ödəniş üçün isə tələbələr portal.edu.az və ya bankların mobil tətbiqlərindən istifadə edə bilərlər.

Vətəndaş müraciətlərinin statistikası

Avqustun 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 46 419 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 30 149-u çağrı mərkəzləri, 563-ü sosial media, 5 532-si "WhatsApp" vasitəsilə, 3 203-ü elektron, 1 080-i yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 5 892 müraciət qeydə alınıb.    Müraciətlər şagird yerdəyişməsi, müəllimlərin işə qəbulu, məktəbəqədər təhsil müəssisələrinə qəbul, tələbə köçürülməsi, Dövlət Proqramı, peşə təhsili müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub.

Nazir müavini Belarusun Peşə Təhsili üzrə Respublika İnstitutunun rektoru ilə görüşüb

Avqustun 15-də elm və təhsil nazirinin müavini İdris İsayev Belarus Respublikasının Peşə Təhsili üzrə Respublika İnstitutunun (PTRİ) rektoru Valeri Nikolayeviç Qolubovski ilə görüşüb.     Görüş zamanı Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə PTRİ arasında imzalanan Anlaşma Memorandumu və Tədbirlər Planının icrası ilə bağlı cari vəziyyət, seçilmiş peşə təhsili müəssisələrində Belarus tərəfindən emalatxanaların qurulması, bir sıra ixtisaslar üzrə mühəndis-pedaqoji və inzibati idarəetmə heyətinin PTRİ və Belarusun peşə təhsili kolleclərində ixtisasartırma kurslarında iştirakı, kənd təsərrüfatı maşın və avadanlıqlarının istismarı sahəsində Belarus Respublikasının təcrübəsinin öyrənilməsi məsələləri müzakirə edilib.   Bununla yanaşı, görüş müddətində Belarus Respublikasının peşə təhsili sisteminin strukturu, bu strukturda yer alan qurumların öhdəlik və rolları, peşə ixtisasları üzrə təsnifatın formalaşması, həmçinin peşə təhsilinin idarə edilməsində müvafiq nazirliklərin rolu ilə bağlı müzakirələr aparılıb.    Görüşdə prioritet istiqamətlər üzrə əməkdaşlıq və təcrübə mübadiləsinə dair konkret addımların atılması qərara alınıb.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı