Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib
“Beynəlxalq Etimad Kral Elmlər Akademiyası (“RASIT”)” qeyri-hökumət təşkilatı ilə Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və Təhsil İnstitutunun nümayəndələri arasında onlayn görüş keçirilib.
Görüş zamanı Azərbaycanın qadın və qızların maarifləndirilməsi istiqamətindəki səyləri, eləcə də qadın və qızların elm və təhsil sahəsində aparıcı mövqe tutması nəzərə alınaraq, “RASIT” tərəfindən Azərbaycan 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib.
Bildirilib ki, sözügedən müddət ərzində ölkəmizdə elm sahəsində çalışan qadın və qızların elmi-tədqiqat bacarıqlarının artırılması üçün layihələrin həyata keçirilməsi, elm sahəsi üzrə müxtəlif qrant və təqaüdlər barədə universitet tələbələrinin məlumatlandırılması, eləcə də regionlarda təhsil alan qızların elm sahəsinə yönləndirilməsi üçün müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.
Görüş çərçivəsində Azərbaycanın “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” mövzusuna həsr edilmiş loqonun da təqdimatı olub.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
