Nazir müavini Firudin Qurbanov Yevlaxda olub
2 il əvvəl
Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.
Əvvəlcə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyevlə birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Sonra nazir müavini Yevlax şəhəri Tofiq İsmayılov adına Kövər kənd tam orta məktəbinin inzibati binası ilə tanış olub, tədris prosesini izləyib, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb.
Həmçinin Firudin Qurbanov ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə də görüşüb. Nazir müavini təhsil müəssisələrinin idarə olunması və təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib.
Firudin Qurbanov səfər çərçivəsində vətəndaş qəbulu da keçirib. Vətəndaşların müraciətləri işlə təmin olunma, əmək müqaviləsinin müddətinin uzadılması, dərs saatlarının artırılması və digər məsələlərlə bağlı olub.
Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
Digər xəbərlər
-
“Böyük tənəffüs” məktəblilər üçün idman yarışı
23.11.2026 - 17:41 -
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
20.11.2026 - 18:00 -
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri müzakirə olunub
20.11.2026 - 17:00 -
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
20.11.2026 - 16:35 -
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
19.11.2026 - 19:32
