Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri açıqlanıb

Avqustun 9-da təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri elan olunub.   Müsabiqəyə ümumilikdə 1 636 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 229 layihə (14%) daha çoxdur. Daxil olan layihələrin 92-si ümumi təhsil müəssisələrinin, 1 544-ü isə təhsilverənlərin fərdi layihələridir.   Qrant müsabiqəsinə daxil olmuş bütün layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 549 layihə məzmun ekspertizası mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 229 layihə qrant qazanıb. Həmin layihələrin 10-u ümumi təhsil müəssisələrinin, 219-u isə təhsilverənlərin fərdi layihələridir.   Daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Şəmkir, Ağstafa, Abşeron, Cəlilabad daxildir.   Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər.    Müsabiqənin yekunlarını əks etdirən cədvəllə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür. "Ümumi təhsil müəssisələri" kateqoriyası üzrə qrant ayrılmış layihələrin siyahısı "Fərdi layihələr" kateqoriyası üzrə qrant ayrılmış layihələrin siyahısı

Yeni tələbə kartlarının istifadəyə verilməsi üzrə memorandum imzalanıb

Avqustun 8-də Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni tələbə kartlarının istifadəyə verilməsi məqsədilə memorandum imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan üzrə ölkə meneceri, baş direktor Nurlan Hacıyev imzalayıblar.   Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov dövlət-özəl tərəfdaşlığı çərçivəsində atılan bu addıma görə hər iki quruma təşəkkürünü bildirib. Sədr layihənin tələbələrin gündəlik həyatını asanlaşdırmaq və onlara müxtəlif imtiyazlar təqdim etməklə yanaşı, rəqəmsal texnologiyaların təhsildə geniş tətbiqinə imkan yaratmaq məqsədi daşıdığını vurğulayıb. Təhsilin İnkişafı Fondu olaraq daima tələbələrin ehtiyaclarına diqqət yetirdiklərini deyən fond sədri onlara ən yüksək səviyyədə dəstək verməyə hazır olduqlarını bildirib.   Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə bankın ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olaraq hər zaman təhsilin və elmin inkişafına dəstək göstərdiyini bildirib. Fərid Hidayətzadə bugünkü təşəbbüsün Kapital Bank üçün olduqca önəmli olduğunu, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə tələbələrin  bu imkanlardan faydalanmasının əhəmiyyətini qeyd edib. Bu günün təhsilli gənclərinin gələcəyin peşəkar mütəxəssisləri olduğunu vurğulayan Fərid Hidayətzadə investisiya edilən hər bir gənci gələcəkdə bankın əməkdaşı kimi dəyərləndirdiyini dilə gətirib.     “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan üzrə ölkə meneceri, baş direktor Nurlan Hacıyev bildirib ki, təhsil sahəsi və insan kapitalının inkişafı hər zaman şirkətin diqqət mərkəzindədir. Şirkətin Azərbaycan təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edən Nurlan Hacıyev gələcəkdə layihənin bütün ölkə tələbələrini əhatə etməsinin hədəfləndiyini bildirib.   Görüşdə iştirak edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli bu əməkdaşlığın uğurla nəticələnəcəyinə və gənclərimizin gələcəkdə daha böyük nailiyyətlər qazanmasına zəmin yaradacağına əminliklərini vurğulayıblar.

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Avqustun 8-də 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.   Proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə  2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.    Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.

Türkiyə–Azərbaycan Universitetinə tələbə qəbulu aparılır

Türkiyə–Azərbaycan Universitetinə 2024–2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.     Abituriyentlər 9–19 avqust tarixlərində ixtisas seçimində iştirak etməklə qeyd olunan ixtisasları seçə bilərlər.   Tədris ingilis dilində və Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq.   Türkiyə–Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.   Qeyd edək ki, Türkiyə–Azərbaycan Universiteti ilə bağlı Azərbaycan Texniki Universitetində "Açıq qapı" günü keçirilir. Abituriyentlər "Açıq qapı" günündə iştirak etməklə universitetlə əlaqədar onları maraqlandıran suallara cavab tapa bilərlər.     "Açıq qapı" günü şənbə və bazar daxil olmaqla hər gün saat 09:00-dan 18:00-a qədər davam edir.    Ünvan: Azərbaycan Texniki Universiteti, Hüseyn Cavid pr. 25.

Apellyasiya Şurasının növbəti iclası keçirilib

Avqustun 7-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.   İclasda Elm və Təhsil Nazirliyinin Audit şöbəsinin Dövlət əmlakının monitorinqi sektorunun müdiri vəzifəsinə namizəd Rəşad Məmmədovun, Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin Strateji planlaşdırma və koordinasiya sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Altun Rəcəbli və Yadigar İsgəndərovun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Qazax – Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə namizəd Röyalə Nəsirli Səfərbəyovanın müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb. İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdikləri məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb və 1 şikayətin təmin edilməsi, 1 şikayətin qismən təmin edilməsi, 2 şikayətin isə təmin edilməməsi barədə qərarlar qəbul olunub.

İyulda 754 nəfərin diplomu tanınıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyul ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, iyul ayı üzrə müraciət edən 937 nəfərin 754-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim olunub, 183 şəxsin müraciəti isə mənfi qərarla yekunlaşıb.    Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb edilən normativdən az olması səbəbi ilə 142, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbi ilə 17, təhsil forması səbəbi ilə 8, dövlət nümunəli olmayan diplom səbəbi ilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbi ilə 3, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbi ilə 2, ekvivalenti olmayan ixtisas səbəbi ilə 2, baza təhsili diplomu olmadan magistratura təhsili alınması səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.   Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 346, Rusiyadan 308, Ukraynadan 114, Gürcüstandan 59, Birləşmiş Krallıqdan 16, İtaliyadan 11, Macarıstandan 9, Amerika Birləşmiş Ştatlarından 7, Qazaxıstandan 7, Polşadan 6, Almaniyadan 5, Belarus Respublikasından 5, Çex Respublikasından 4, Çin Xalq Respublikasından 4, Litvadan 4, Niderland Krallığından 4, Pakistandan 4, Belçika Krallığından 3, Estoniyadan 3, Latviyadan 3, Fransadan 2, Koreyadan 2, Avstriyadan 1, Bolqarıstandan 1, Əfqanıstandan 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, Kanadadan 1, Norveç Krallığından 1, Özbəkistandan 1, Qambiyadan 1, Səudiyyə Ərəbistanı Krallığından 1, Sinqapurdan 1 müraciətin olduğu müşahidə edilir.   Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 153, biznesin idarə edilməsi üzrə 71, iqtisadiyyat üzrə 64, maliyyə üzrə 54, stomatologiya üzrə 37 müraciət qeydə alınıb.

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə sənəd qəbulu davam edir

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə sənəd qəbulu davam edir.    Qrant müsabiqəsində Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları iştirak edə bilər.   Layihə sənədlərinin qəbulu 16 avqust 2024-cü il tarixinə qədər musabige@edu.gov.az elektron poçt  ünvanı vasitəsilə həyata keçiriləcək.    Qrant müsabiqəsi barədə ətraflı məlumatla elan vasitəsilə tanış olmaq mümkündür.

Elm və Təhsil Nazirliyi növbəti “Maarifçi” tələbə-məzun təcrübə proqramını elan edir

Avqustun 5-dən Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına növbəti qeydiyyat prosesi elan edilir.   Proqramın məqsədi tələbə və yeni məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.   3 ay davam edəcək “Maarifçi” proqramı çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. İştirakçılar həmçinin onlar üçün təşkil olunan təlimlərdən yararlanacaq və sosial bacarıqlarını inkişaf etdirəcəklər.   Proqramın Gəncə şəhəri və Şamaxı, Sabirabad, Salyan, Şəmkir rayonlarında da təşkili nəzərdə tutulub.    Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kursunda və ya magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də təhsilini son 3 il ərzində başa vurmuş məzunlar proqrama müraciət edə bilərlər.   Əlavə sual və təkliflər üçün İnsan.Resurslari@edu.gov.az ünvanına “Maarifçi tələbə-məzun proqramı” başlığı ilə elektron məktub ünvanlaya bilərsiniz.   Proqrama müraciət üçün linkə keçid etmək mümkündür:  https://app.anket.edu.az/user/29  

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Avqustun 8-də 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.   Proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə  2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.    Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə “Scopus AI” istifadəyə verilib

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI” istifadəyə verilib.   “Scopus AI” akademik heyət, tədqiqatçı və tələbələrə istənilən mövzuda axtarış aparmağa, elmi fakt, məqalələrə əsaslanan xülasələr əldə etməyə imkan verir. Bu xidmət sayəsində istifadəçilər minlərlə məqalədə mövcud olan məlumatların ümumiləşdirilmiş təsvirini bir anda əldə edə və bir neçə saniyə içərisində oxuya biləcəklər.   Qeyd edək ki, “Elsevier” şirkəti tərəfindən yaradılmış sistem ölkəmizdə 100-dən çox elmi, eləcə də ali təhsil müəssisəsinin istifadəsinə verilib.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı