Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.   Proqram iştirakçılarını salamlayan elm və təhsil naziri “Maarifçi” tələbə-məzun proqramının gənclərin elm və təhsil sahəsində həyata keçirilən prosesləri yaxından tanımaları, real iş mühitində praktiki təcrübə qazanmaları və peşəkar inkişaf etmələri baxımından əhəmiyyətini vurğulayıb.   Nazir qeyd edib ki, gənclərin inkişafı yalnız nəzəri biliklərin əldə olunması ilə məhdudlaşmamalı, onların real iş mühitində formalaşan təcrübə və bacarıqları ilə tamamlanmalıdır. Bu baxımdan “Maarifçi” proqramının iştirakçılara həm müxtəlif istiqamətlər üzrə təcrübə qazanmaq, həm də elm və təhsil sahəsində çalışan mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq imkanı yaratdığını bildirib.   Emin Əmrullayev gənclərə proqram müddətində əldə etdikləri bilik və təcrübədən yararlanmağı tövsiyə edib.    Görüşdə “Maarifçi”lərin təhsil sistemi ilə bağlı sualları cavablandırılıb, prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Emin Əmrullayev müasir dövrün tələbləri, dəyişən əmək bazarı, gənclərin gələcək karyera istiqamətlərini düzgün müəyyənləşdirməsi və ixtisas seçiminə məsuliyyətlə yanaşmasının əhəmiyyəti barədə danışıb. Nazir, həmçinin gənclərin elm və təhsil sistemində fəal iştirakı, onların bilik və bacarıqlarının gələcək inkişaf üçün əhəmiyyətini vurğulayıb.   Xatırladaq ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyədək proqramdan 102 gənc məzun olub. IV tələbə-məzun proqramında isə 53 nəfər Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı qazanıb.

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi rayonunda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.   AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi.   Bildirildi ki, 116 yerlik uşaq bağçası kimi istifadəyə verilən müəssisə 1972-ci ildən eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası kimi fəaliyyət göstərib. Hazırda isə 352 saylı körpələr evi-uşaq bağçası kimi fəaliyyətini davam etdirir.   Heydər Əliyev Fondunun dəstəyi ilə binada əsaslı təmir işləri aparılıb və yeni korpus inşa olunub.   Yeni körpələr evi-uşaq bağçasında eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün xüsusi qrup saxlanılmaqla, uşaqların məktəbəqədər təhsil və tərbiyə almalarına hər cür şərait yaradılıb. Eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün burada 36 yerlik ikimərtəbəli əlavə korpus inşa olunub.   Körpələr evi-uşaq bağçasında surdoloq, oyun və yataq otaqları, idman, tədbir, musiqi və rəqs zalları, tibb, geyinib-soyunma və müəllimlər otaqları var. Surdoloq kabinetləri, dərs, oyun otaqları zəruri avadanlıqlar və mebellərlə təmin olunub.   Uşaqlar üçün açıq havada oyun və idman meydançaları salınıb, söhbətgahlar quraşdırılıb.

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır

27 avqust saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə başlanılacaq.    Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.   Qeyd edək ki, 20 avqust saat 15:00-dan etibarən başlayan 2026–2027-ci tədris ili üzrə 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edən elektron yerdəyişmə prosesi davam edir.    Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb

Avqustun 25-də IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində xarici işlər nazirinin müavini Yalçın Rəfiyev proqram iştirakçıları ilə görüşüb.   Xarici İşlər Nazirliyində keçirilən görüşdə Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, nazirliyin məsul əməkdaşları, eləcə də proqramın əvvəlki illərdə uğur qazanmış məzunları və hazırkı iştirakçıları iştirak ediblər.   Görüş zamanı Yalçın Rəfiyev Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, onun formalaşmasına təsir edən amillər və qərarların qəbul edilməsi mexanizmləri barədə fikirlərini bölüşüb. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi, beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyət və xarici siyasətin müəyyənləşdirilməsində mühüm rol oynayan amillər diqqətə çatdırılıb.   Müzakirələr zamanı, həmçinin güclü dövlət anlayışı və onun əsas meyarları ətrafında fikir mübadiləsi aparılıb. Dövlətin gücünü şərtləndirən iqtisadi və hərbi potensial, bu amillərin zamanla dəyişməsi, eləcə də dövlətin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə təsir edən digər amillər barədə danışılıb.   Görüşdə iştirakçıların xarici siyasətin prioritetləri, dövlət qərarlarının qəbulu, beynəlxalq proseslərin ölkələrin inkişafına təsiri və diplomatik fəaliyyətin xüsusiyyətləri ilə bağlı sualları cavablandırılıb.   Müzakirələrdə gənclərin dövlət idarəçiliyində fəal iştirakının, beynəlxalq proseslərə dair biliklərinin, analitik düşüncə və peşəkar bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Müxtəlif dövlət qurumları arasında əməkdaşlığın gənclərin inkişafı üçün yaratdığı imkanlar və “Maarifçi” proqramının bu istiqamətdə rolu barədə fikir mübadiləsi aparılıb.   Xatırladaq ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyə kimi proqramdan 102 gənc məzun olub.  Hazırkı IV tələbə-məzun proqramında 53 nəfər Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində iştirak etməyə haqq qazanıb.

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.   Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.   Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb

Azərbaycan və Gürcüstan arasında hökumətlərarası əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin əldə etdiyi razılaşmaya əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində fəaliyyət göstərən LEPL – Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzi (TPDC) Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün birgə təlim proqramı hazırlayıb.    Təlimlərdə iştirak etmək istəyən azərbaycandilli ibtidai sinif müəllimləri 17-24 avqust tarixlərində aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://tinyurl.com/5ysptat3

Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat prosesinə başlanılır.    Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.   Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.    Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur:   Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır; Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər; 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA Rəqəmsal İmza" ilə açmalıdırlar.

“Maarifçi”lər arasında intellektual oyun keçirilib

Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirilib.   İntellektual oyun “Maarifçi”lərin asudə vaxtının səmərəli təşkili, şəxsi və peşəkar inkişafının dəstəklənməsi, komanda ruhunun gücləndirilməsi və yeni əlaqələrin qurulması məqsədilə təşkil olunub.   Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən yarışda iştirakçılar 6 komandaya bölünərək bilik və məntiq bacarıqlarını sınayıb. “Murov”, “Aypara”, “Rəşadət”, “İstiqlal”, “Füyuzat” və “Çələbi” adlanan komandalar müxtəlif mövzuları əhatə edən sualları cavablandırıblar.   Rəqabətli mübarizə şəraitində keçən yarış iştirakçıların biliklərini nümayiş etdirməklə yanaşı, komanda işi, çevik düşünmə, məntiqi təhlil və qərarvermə bacarıqlarının inkişafına da töhfə verib.   Yarışın sonunda qalib komanda müəyyənləşdirilib. Qalib komandaya diplom, fərqlənən iştirakçılara isə “Ən yaxşı komanda oyunu göstərən”, “Ən hazırcavab” və “Ən pozitiv” nominasiyaları üzrə sertifikatlar təqdim olunub.   Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramının əsas məqsədi gənclərin dövlət idarəçiliyi sahəsində praktiki bilik və bacarıqlarının artırılması, onların peşəkar inkişafının dəstəklənməsi və gələcək karyera imkanlarının genişləndirilməsidir. Proqram çərçivəsində seçilmiş 53 iştirakçı Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində fəaliyyət göstərirlər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır

12 avqust saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılır.   Namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir.   Nəzərinizə çatdırırıq ki, namizəd seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina etdiyi halda, müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.   Qeyd edək ki, ümumi vakansiya seçimi prosesi 15 avqust saat 15:00-dək davam edəcək.    Bununla yanaşı bildiririk ki, 8 avqust tarixindən etibarən həyata keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-da başa çatıb.

“Təhsil TV” yeni saytı ilə fəaliyyətini genişləndirir

Azərbaycan Respublikasında təhsil sahəsində ilk internet televiziya platforması olan “Təhsil TV” yeni rəsmi saytını istifadəyə verib. tehsil.tv ünvanında fəaliyyət göstərən platforma təhsil sahəsində baş verən yeniliklərin, xəbərlərin, video materialların, verilişlərin və canlı yayımların vahid rəqəmsal məkanda təqdim olunmasına imkan yaradır.   Yeni platformanın əsas məqsədi təhsil sahəsində baş verən prosesləri daha operativ və əlçatan formada ictimaiyyətə çatdırmaq, şagird, tələbə, müəllim və valideynlərin keyfiyyətli təhsil məzmununa çıxış imkanlarını genişləndirməkdir.   İstifadəçilər kompüter, planşet, smartfon və Smart TV vasitəsilə platformaya daxil olaraq təhsil xəbərlərini oxuya, video materiallara və verilişlərə baxa, həmçinin canlı yayımları izləyə bilərlər. “YouTube” inteqrasiyası vasitəsilə təhsil tədbirləri, müsahibələr, müzakirələr, konfranslar və xüsusi proqramlar da real vaxt rejimində təqdim olunur.   Platformada məzmun 6 əsas bölmə üzrə strukturlaşdırılıb: Xəbərlər, Press-relizlər, Shorts, Verilişlər, Kəşf et və Canlı yayım. Bu bölmələr vasitəsilə istifadəçilərə müxtəlif formatlarda təhsil məzmununa daha rahat çıxış imkanı yaradılır.   “Təhsil TV”nin yeni rəqəmsal platforması yalnız məlumatlandırma funksiyası daşımır, eyni zamanda təhsil sahəsində həyata keçirilən islahatların, dövlət siyasətinin, innovativ yanaşmaların və uğurlu təcrübələrin geniş ictimaiyyətə çatdırılması üçün vahid media resursu kimi fəaliyyət göstərir. Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin yayım kanalı olan “Təhsil TV” 2015-ci ildən fəaliyyət göstərir. 2021-ci ildə Təhsil İnstitutunun təsisçiliyi ilə MMC olaraq dövlət qeydiyyatına alınan televiziyaya Audiovizual Şuranın 20 dekabr 2022-ci il tarixli qərarı ilə peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.   Bu gün “Təhsil TV” təhsil sahəsində həyata keçirilən islahatların, dövlət siyasətinin, innovativ yanaşmaların və uğurlu təcrübələrin ictimaiyyətə operativ, obyektiv və əlçatan şəkildə çatdırılmasına xidmət edən müasir media platforması kimi fəaliyyət göstərir. “Təhsil TV” sosial media platformalarında da geniş auditoriyaya malikdir. “Facebook” səhifəsində 100 mindən, “Instagram” hesabında 58 mindən, “YouTube” kanalında 42 mindən, “TikTok” hesabında 40 mindən, “LinkedIn” səhifəsində isə 13 mindən çox izləyici var. “WhatsApp” və “Telegram” kanallarının hər birində 3 mindən çox istifadəçi yer alır.

07/11/2026

Zəfərlə ucalan bayrağımız daim zirvələrdə dalğalansın! ?? #Azərbaycan #ElmVəTəhsilNazirliyi #8Noyabr #ZəfərGünü

Ətraflı
07/11/2026

8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə təhsil müəssisələrində keçirilən tədbirlərdən fotolent #Azərbaycan #ElmVəTəhsilNazirliyi #8Noyabr #ZəfərGünü #Fotolent

Ətraflı
07/11/2026

Prezident İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib. Ətraflı: https://president.az/az/articles/view/74584 #Azərbaycan #PrezidentAz #QarabağUniversiteti #BöyükQayıdış

Ətraflı