Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır
12 avqust saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılır.
Namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir.
Nəzərinizə çatdırırıq ki, namizəd seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina etdiyi halda, müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.
Qeyd edək ki, ümumi vakansiya seçimi prosesi 15 avqust saat 15:00-dək davam edəcək.
Bununla yanaşı bildiririk ki, 8 avqust tarixindən etibarən həyata keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-da başa çatıb.
10.08.2026 - 17:24
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
