Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsil TV” yeni saytı ilə fəaliyyətini genişləndirir

Azərbaycan Respublikasında təhsil sahəsində ilk internet televiziya platforması olan “Təhsil TV” yeni rəsmi saytını istifadəyə verib. tehsil.tv ünvanında fəaliyyət göstərən platforma təhsil sahəsində baş verən yeniliklərin, xəbərlərin, video materialların, verilişlərin və canlı yayımların vahid rəqəmsal məkanda təqdim olunmasına imkan yaradır.

 

Yeni platformanın əsas məqsədi təhsil sahəsində baş verən prosesləri daha operativ və əlçatan formada ictimaiyyətə çatdırmaq, şagird, tələbə, müəllim və valideynlərin keyfiyyətli təhsil məzmununa çıxış imkanlarını genişləndirməkdir.

 

İstifadəçilər kompüter, planşet, smartfon və Smart TV vasitəsilə platformaya daxil olaraq təhsil xəbərlərini oxuya, video materiallara və verilişlərə baxa, həmçinin canlı yayımları izləyə bilərlər. “YouTube” inteqrasiyası vasitəsilə təhsil tədbirləri, müsahibələr, müzakirələr, konfranslar və xüsusi proqramlar da real vaxt rejimində təqdim olunur.

 

Platformada məzmun 6 əsas bölmə üzrə strukturlaşdırılıb: Xəbərlər, Press-relizlər, Shorts, Verilişlər, Kəşf et və Canlı yayım. Bu bölmələr vasitəsilə istifadəçilərə müxtəlif formatlarda təhsil məzmununa daha rahat çıxış imkanı yaradılır.

 

“Təhsil TV”nin yeni rəqəmsal platforması yalnız məlumatlandırma funksiyası daşımır, eyni zamanda təhsil sahəsində həyata keçirilən islahatların, dövlət siyasətinin, innovativ yanaşmaların və uğurlu təcrübələrin geniş ictimaiyyətə çatdırılması üçün vahid media resursu kimi fəaliyyət göstərir.


Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin yayım kanalı olan “Təhsil TV” 2015-ci ildən fəaliyyət göstərir. 2021-ci ildə Təhsil İnstitutunun təsisçiliyi ilə MMC olaraq dövlət qeydiyyatına alınan televiziyaya Audiovizual Şuranın 20 dekabr 2022-ci il tarixli qərarı ilə peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.

 

Bu gün “Təhsil TV” təhsil sahəsində həyata keçirilən islahatların, dövlət siyasətinin, innovativ yanaşmaların və uğurlu təcrübələrin ictimaiyyətə operativ, obyektiv və əlçatan şəkildə çatdırılmasına xidmət edən müasir media platforması kimi fəaliyyət göstərir. “Təhsil TV” sosial media platformalarında da geniş auditoriyaya malikdir. “Facebook” səhifəsində 100 mindən, “Instagram” hesabında 58 mindən, “YouTube” kanalında 42 mindən, “TikTok” hesabında 40 mindən, “LinkedIn” səhifəsində isə 13 mindən çox izləyici var. “WhatsApp” və “Telegram” kanallarının hər birində 3 mindən çox istifadəçi yer alır.


10.08.2026 - 14:23