Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb

Avqustun 25-də IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində xarici işlər nazirinin müavini Yalçın Rəfiyev proqram iştirakçıları ilə görüşüb.

 

Xarici İşlər Nazirliyində keçirilən görüşdə Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, nazirliyin məsul əməkdaşları, eləcə də proqramın əvvəlki illərdə uğur qazanmış məzunları və hazırkı iştirakçıları iştirak ediblər.

 

Görüş zamanı Yalçın Rəfiyev Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, onun formalaşmasına təsir edən amillər və qərarların qəbul edilməsi mexanizmləri barədə fikirlərini bölüşüb. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi, beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyət və xarici siyasətin müəyyənləşdirilməsində mühüm rol oynayan amillər diqqətə çatdırılıb.

 

Müzakirələr zamanı, həmçinin güclü dövlət anlayışı və onun əsas meyarları ətrafında fikir mübadiləsi aparılıb. Dövlətin gücünü şərtləndirən iqtisadi və hərbi potensial, bu amillərin zamanla dəyişməsi, eləcə də dövlətin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə təsir edən digər amillər barədə danışılıb.

 

Görüşdə iştirakçıların xarici siyasətin prioritetləri, dövlət qərarlarının qəbulu, beynəlxalq proseslərin ölkələrin inkişafına təsiri və diplomatik fəaliyyətin xüsusiyyətləri ilə bağlı sualları cavablandırılıb.

 

Müzakirələrdə gənclərin dövlət idarəçiliyində fəal iştirakının, beynəlxalq proseslərə dair biliklərinin, analitik düşüncə və peşəkar bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Müxtəlif dövlət qurumları arasında əməkdaşlığın gənclərin inkişafı üçün yaratdığı imkanlar və “Maarifçi” proqramının bu istiqamətdə rolu barədə fikir mübadiləsi aparılıb.

 

Xatırladaq ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyə kimi proqramdan 102 gənc məzun olub.  Hazırkı IV tələbə-məzun proqramında 53 nəfər Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində iştirak etməyə haqq qazanıb.


25.08.2026 - 17:23