“Maarifçi”lər arasında intellektual oyun keçirilib
Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirilib.
İntellektual oyun “Maarifçi”lərin asudə vaxtının səmərəli təşkili, şəxsi və peşəkar inkişafının dəstəklənməsi, komanda ruhunun gücləndirilməsi və yeni əlaqələrin qurulması məqsədilə təşkil olunub.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən yarışda iştirakçılar 6 komandaya bölünərək bilik və məntiq bacarıqlarını sınayıb. “Murov”, “Aypara”, “Rəşadət”, “İstiqlal”, “Füyuzat” və “Çələbi” adlanan komandalar müxtəlif mövzuları əhatə edən sualları cavablandırıblar.
Rəqabətli mübarizə şəraitində keçən yarış iştirakçıların biliklərini nümayiş etdirməklə yanaşı, komanda işi, çevik düşünmə, məntiqi təhlil və qərarvermə bacarıqlarının inkişafına da töhfə verib.
Yarışın sonunda qalib komanda müəyyənləşdirilib. Qalib komandaya diplom, fərqlənən iştirakçılara isə “Ən yaxşı komanda oyunu göstərən”, “Ən hazırcavab” və “Ən pozitiv” nominasiyaları üzrə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramının əsas məqsədi gənclərin dövlət idarəçiliyi sahəsində praktiki bilik və bacarıqlarının artırılması, onların peşəkar inkişafının dəstəklənməsi və gələcək karyera imkanlarının genişləndirilməsidir. Proqram çərçivəsində seçilmiş 53 iştirakçı Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində fəaliyyət göstərirlər.
17.08.2026 - 11:31
Digər xəbərlər
-
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb
01.10.2026 - 16:35 -
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət edib
01.10.2026 - 10:18 -
Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
30.09.2026 - 21:18 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək
29.09.2026 - 15:47 -
“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub
29.09.2026 - 15:11
